Bəzilərinə görə liderlik insanın genetikasında olmalıdır.Bəziləri isə liderin mühitdə formalaşdığını və sosial şərtlər altında yetişdiyini iddia edir.Mən deyərdim ki, hər iki yanaşma müəyyən aspektdə doğrudur.Lider deyərkən, ilkin olaraq fikrimizə insan kütlələrini arxasınca aparan şəxs gəlir. Əslində isə bu doğru deyil.Lider insanların etmək istəyib də, edə bilmədiklərini onlara elətdirən şəxsdir.Liderlik bir hədəf uğrunda, eyni məqsəd ətrafında başqalarına təsir edə bilməkdir.
Kimlər lider olurlar?
Lider olmaq üçün insan ilk öncə özünü yetişdirməlidir.Liderdə gözəl natiqlik qabiliyyəti, insanları motivasiya etmək bacarığı, onlara stimul vermək istedadı olmalıdır.Liderə kimləri isə idarə etmək xüsusiyyəti lazım deyil.O, ilk növbədə özü –özünü idarə etməyi bacarmalıdr.O nümünəvi davranarsa və ətrafındakıların güvəninə, etibarına nail olarsa, yanındakı kütlə istər istəməz düzgün istiqaməti alacaqdır və onu təqib edəcəkdir.
Lider ilə idarəçinin fərqi nədədir?
Bir lider ilə bir idarəçinin arasında kifayət qədər fərq var.Diqqətinizi bir sitata çəkmək istərdim.Piter.F.Draker belə deyib:”Managment is doing things right;Lidership is doing the right things”.Təxminən tərcümə belə alınır: İdarəçi işləri düzgün edir, lider isə düzgün işlər edir. Gözəl analizdir Demək olar ki, bu fikir aradakı fərqi bütünlüklə ifadə edir.Bəli, idarəçi idarə edir,lider isə yenilik edir.İdarəçi ondan əvvəlkilərin etdiyini təkrarlayır.Lider isə yaradıcıdır.İdarəçi idarəetməyə əsaslanır, lider isə insan amilinə söykənir.İdarəçi insanlar üzərində nəzarəti artırır, lider isə insanların etibarını qazanır.İdarəçi idarə etdiyi heyəti təzyiq və qorxu altında saxlayır,lider isə onlara stimul verib işə safərbər edir, onların güvənini əsas tutur,onlar liderlərinə inanırlar və könüllü onun ardınca gedirlər.
İdarəçi insanları bir cihaz kimi görür və onlarla bir cihazla davranılan kimi davranır,əmrlərlə işləyir.Lider isə insan məhfumunu göz önündə tutur, insana önəm verir, uğuru onunla qazanacağına inanır.Liderlər öz komandasını bir böyük ailə kimi görür, onların problemləri ilə maraqlanır, maddi mənəvi dayaq olmağa çalışır. İdarəçi qərarı təkbaşına qəbul edir, lider isə bütün komandanın ortaq qərar qəbul etməsinə şərait yaradır və daha obyektiv olur.İdarəçi işçilər arasında rəqabət yaradır,lider isə qarşıdakı hədəf uğrunda komanda üzvüləri arasında əməkdaşlıq yaratmağa çalışır.İdarəçilər”mən və sən”sözlərini tez-tez işlədir, lidelər isə "biz " deyir.İdarəçilərin sayı çoxdur.Liderlər isə çox azdır.
Lider necə olunur?
Liderliyin əsasında başqalarına təsir etmək bacarığı dayanır.Bu bacarıq sonradan qazanılırmı yoxsa irsən ötürülürmü? Demək çətindir əslində.Lakin , insanlara təsir etmək üçün bir şəxsin dərin zəkası,dünyagörüşü,iti təfəkkürü, analiz, sintez bacarığı olmalıdır.Bu mütləqdir.Bəli, liderlik bilik və təcrübə tələb edir.Liderin iki əsas vəzifəsi var:problemi həll etmək və kömək etmək.Bir lider yol göstərməli, ilham verməli, əməkdaşlıq üçün zəmin yaratmalı, ən əsası isə örnək olmalıdır.Lider olacaq şəxsin tam formalaşması,öz insani və liderlik xüsusiyyətləri ilə tamlıq , bütövlük yaratması lazımdır.Mənəvi cəhətdən qüvvətli, dayanıqlı,ədalətli olmalı, toplum içərisində hörmətə sahib olmalıdır.O komandasının bütün üzvülərinə bərabər yanaşmalı,qarşılıq gözləmədən, mənfəət istəmədən rəğbətləndirməyi bacarmalıdır.Sadə və təvazökar olmalıdır.Lider növbəti addımı görməlidir.Sistemli davranmalıdır.Təkcə bu xüsusiyyətlərin var olması bir kəsi lider etməz.Əsl lider bu bacarıqları səriştəyə çevirməyi bacarmalı, onlardan yerində və zamanında düzgün istifadə etməlidir.
Bəli, liderliyin genetik keçməsi şərt deyil.Liderlik sonradan da qazanıla bilər.Lider olan cəmiyyətdə insanlar onlara ilham verən liderin ardınca gedir, onu təqib edir.Onlar inanırlar ki, məqsədi və hədəfi olan bu insan böyük uğur qazana bilər və zirvəyə gedən yolda böyük bir enerji və həvəslə onun yanında olurlar.Səhvlər ,əlbəttə ,olacaq.Bu səhvlərdən dərs almaq çox mühimdir.Bir lider böyük bir rəsmdəki incə cizgiləri görə bilməlidir.
Bir liderin bir idarəçidən fərqi çoxdur.Lakin ümümi cəhətlər də var.Hər ikisi öndədir.Hər ikisi zəncirin ən əsas və qərarverici halqasıdır.Hər ikisi nəticələr üçün məsuldurlar.Hər ikisi üçün məqsəd eyni, lakin yanaşmalar fərqlidir.Yanaşma isə çox mühim və vacib amildir.İşin gedişinə də, son nəticəyə də mütləq şəkildə öz təsirini göstərir.Bunu unutmaq olmaz.ğ
Mehriban Məmmədova Bakı şəhəri,Sabunçu rayonu, 309 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini,ingilis dili müəllimi.