Qrup işi zamanı qarşıya çıxan çətinliklər və onlardan çıxış yolları
Qrup işi zamanı müəllimlər əsasən aşağıdakı problemlərlə üzləşirlər:
•Qruplara bölmə qaydalarını bilmir
•Təşkilati proseslər vaxt itkisinə səbəb olur.
•Səs-küyü aradan qaldırmaq mümkün olmur.
•Bəzi uşaqlar digərləri ilə birlikdə işləmək istəmirlər.
•Sinfi təşkil edə bilmir
•Qruplarda iş əməkdaşlıq əsasında aparılmır.
•Şagirdlər işi düzgün istiqamətdə aparmırlar
•Şagirdlər işi əyləncə kimi qavrayırlar
•Kağızdan istfadədə israfçılığa yol verilir.
•Bütün sinfi idarə etmək üçün diqqətini paylaşdıra bilmir.
Qrup işi zamanı şagirdlərin qarşılaşdığı problemlər:
•Məqsədyönlü işləyə bilmirlər , fikirləri dağılır
•İşi qısa müddətdə həyata keçirə və vaxta qənaət edə bilmirlər.
• Passiv olmağa vərdiş edirlər
•Həddindən artıq fəallıq göstərərək , digərinə fikir söyləməyə imkan vermirlər.
•Şagirdlər əməkdaşlıq edə bilmirlər
•Bir-birini tənqid edirlər
•Bir-birinə qulaq asmırlar
•Uşaqlar müxtəlif qrup və rollarda iştirak etməyi bacarmır
Problemlərdən çıxış yolları aşağıdakılardır:
•Müəllim uşaqlarla birlikdə qrupda işin qaydalarını hazırlayır
•Qruplara bölünmək üçün müxtəlif əsaslar seçilir
•Müəllim qrupları və uşaqlar tərəfindən yerinə yetirilən rolları dəyişir
•Tapşırıqlar hazırlayərkən uşaqların təfəkkür səviyyəsini nəzərə alır
•Şagirdlərdən biri cavab verdikdə digərləri öz dəftərində onlarda yaranan sualları və əlavələri qeyd edirlər
•Şagird-liderə əlavə mürəkkəb tapşırıq verir
•Şagird-lider müəllimin köməkçisi kimi çıxış edir
•Qrup işinin qiymətləndirilməsini sinif vasitəsi ilə həyata keçirir