AzTehsil.com
RU


Kurikulum
30 may 2016
4 615


Psixoloji dəstəkləmənin qaydaları:



Psixoloji dəstəkləmənin qaydaları: Psixoloji dəstəkləmənin qaydaları:
1.      Müsbət dil ifadələrindən istifadə edin, müzakirədə və qrup işində iştirak etmələrinə görə iştirakçılara öz minnətdarlığınızı bildirin (pozitiv münasibət və hörmət).
2.      Danışanlara diqqətlə qulaq asın. Hər bir iştirakçıya öz fikrini söyləməyə imkan yaradın. Qrupun yalnız yüksəkdən danışan iştirakçılarını dinləməyinizi yox, bütün qrupun iştirakçılarını diqqətlə dinləməyə hazır olduğunuzu nümayiş etdirin («fəal dinləmə» vərdişi).
3.      İştirakçılarla birlikdə işləyib hazırladığınız qaydalara riayət edin. Unutmayın ki, treninq zamanı Siz davranış nümunəsi kimi çıxış edirsiniz (təlimçi davranış modeli kimi).
4.      İştirakçılara adları ilə müraciət edin və onların gözlərinə baxın (fərdi yönəlmə).
5.      Konstruktivliyi dəstəkləyin, qarşıdurmaya şərait yaratmayın.
6.      İştirakçıların fikirləri ilə səmimi maraqlanın.
7.      Yalnız liderlərin və ən fəalların deyil, bütün iştirakçıların nöqteyi-nəzərinə eyni dərəcədə diqqətlə yanaşın.
8.      Hər hansı bir fikrin qiymətləndirilməsinə, məzəmmət və lovğalığa imkan verməyin.
9.      Lazımsız olaraq qrupun işini qiymətləndirməyin. Təlimçinin qiyməti onun şəxsi fikrini əks etdirməməlidir və qiymətləndirmə üçün yox, fasilitasiya üçün bir vasitə olmalıdır! O, iştirakçıların fikirləri ilə razı olmadıqda, bunu onlarla müzakirə etməyi təklif etməlidir. Lakin təlimçi işi mütləq qiymətləndirməli olduqda, o, bunu meyarlar əsasında həyata keçirməlidir.
 



Загрузка...