Goranboyda sinif yoldaşına bıçaqla xəsarət yetirən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB + VİDEO
Sinif yoldaşına xəsarət yetirən şəxsin kimliyi məlum olub.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Dəliməmmədli şəhərində yerləşən tam orta məktəbin 11-ci sinif şagirdi A. Seyxova bıçaqla xəsarət yetirən şəxsin U.Tağıyev (sinif yoldaşı) olması müəyyən edilib.
Hazırda araşdırmalar davam etdirilir.
15:34
“Aprelin 3-də Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident (şagirdlərin biri-birinə xəsarət yetirməsi) yaranıb”.
Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi açıqlama yayıb.
“Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları da təhsil müəssisəsindədirlər. Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə idarədən bildirilib.