Yeni istifadəyə verilmiş iki bağçaya elektron qeydiyyat başlanıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki yeni istifadəyə verilmiş iki uşaq bağçasına elektron qeydiyyata start verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən 348 nömrəli uşaq bağçası və Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 347 nömrəli körpələr evi-uşaq bağçasına uşaqların qəbulu prosesinə başlanılıb. Həmin ərazidə yaşayan valideynlər https://www.bq.edu.az qeydiyyat sistemində şəxsi kabinet yaradaraq övladlarını qeydiyyatdan keçirə və növbəyə yazıla bilərlər.
Qeyd edək ki, 348 nömrəli uşaq bağçasında beş qrupun, 347 nömrəli körpələr evi-uşaq bağçasında isə yeddi qrupun fəaliyyətə başlaması nəzərdə tutulur.