DİM-də informatika fənni üzrə hazırlıq kursunun müdavimləri üçün imtahan keçirilib
Mayın 15-də Bakı şəhərindən olan iştirakçılar üçün Dövlət İmtahan Mərkəzinin (DİM) Abdulvahab Salamzadə küçəsi, 28 ünvanda yerləşən binasında, bölgələrdən olanlar üçün isə Mərkəzin Gəncə, Şəki, Şirvan, Lənkəran, Şəmkir və Göyçay regional bölmələrində informatika fənni üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun müdavimləri üçün proqramlaşdırma ilə bağlı imtahan keçirilib.
Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan nəticələrinə əsasən müdavimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək.