Xəbərlər / Müəllim
29 avqust 2018
9 289


DİM-dən kurikulumla bağlı - AÇIQLAMA

 

Yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kurslarında iştirak etmək istəyənlərin nəzərinə.

DİM-dən verilən məlumata əsasən, qeydiyyat 3 sentyabr 2018-ci il tarixindən 12 oktyabr saat 23.59-dək aparılır.

Dövlət İmtahan Mərkəzində 17 oktyabr 2018-ci il tarixindən yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətinə başlayacaq. Hər fənn üzrə kursun müddəti 2 aydır. Kurslar Bakıda, Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay və Şirvan Regional Bölmələrində təşkil ediləcək. Hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər də iştirak edə bilərlər. Regional Bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (1 qrupda 10 nəfər) elan ediləcək.

Qeydiyyat 3 sentyabr 2018-ci il tarixindən 12 oktyabr saat 23.59-dək aparılır.

Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. "Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra "hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır.

Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron "Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb oluna bilərlər.

Qeyd:

Pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.

Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər təhsil haqqında sənəd və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməklə DİM-in Abdulvahab Salamzadə 28 ünvanında yerləşən binasının 404-cü otağına müraciət edə bilərlər (telefon nömrəsi: 431-63-86/87/91 (daxili nömrə: 1-32). Regional Bölmələrin ünvanları və əlaqə vasitələri ilə aşağıda tanış ola bilərsiniz.*

Hazırlıq kurslarının qrafiki

(2018/2019-cu tədris ili üçün)

 Yeni təhsil proqramları (kurikulumlar) əsasında buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair Dövlət İmtahan Mərkəzində 17 oktyabr 2018-ci il tarixindən fənlər üzrə hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətini bu qrafikə uyğun davam etdirəcək.
 

DİM-dən kurikulumla bağlı - AÇIQLAMA

 

  Hazırlıq kurslarının keçirildiyi ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı

*DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10); Tel: (036 5) 44 04 02

DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina); Tel: (022 25) 6 50 67

DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52); Tel: (025 25) 5 24 82

DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., Məmmədəmin Rəsulzadə küçəsi, 7b); Tel: (023 32) 5 01 21

DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182); Tel: (024 24) 4 66 14

DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., Rəsulzadə küçəsi, 19); Tel: (021 21) 5 15 23

DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43); Tel: (020 27) 4 66 74

DİM-in Bərdə Regional Bölməsi (Bərdə ş., H.Əliyev prospekti, 100). Tel: (020) 205-01-86
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları yaradılır

Yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları yaradılır

DİM-də keçiriləcək hazırlıq kurslarına qeydiyyat başlanıb

DİM-də keçiriləcək hazırlıq kurslarına qeydiyyat başlanıb

Hazırlıq kurslarında iştirak etmək istəyənlərin – NƏZƏRİNƏ

Hazırlıq kurslarında iştirak etmək istəyənlərin – NƏZƏRİNƏ

Abituriyent Məsləhət Mərkəzləri bu ünvanlarda fəaliyyət göstərir...

Abituriyent Məsləhət Mərkəzləri bu ünvanlarda fəaliyyət göstərir...

DİM Bərdədə hazırlıq kursları təşkil edəcək

DİM Bərdədə hazırlıq kursları təşkil edəcək

Buraxılış imtahanlarının nəticələri açıqlandı: 30 şagird imtahandan kənarlaşdırlıb

Buraxılış imtahanlarının nəticələri açıqlandı: 30 şagird imtahandan kənarlaşdırlıb

268 şagird yazdığı inşada özünün kimliyini qeyd edib...IX sinif buraxılış imtahanında nəticəsiz qalan inşalar

268 şagird yazdığı inşada özünün kimliyini qeyd edib...IX sinif buraxılış imtahanında nəticəsiz qalan inşalar

Bu rayonda yeni təhsil proqramı üzrə hazırlıq kursu təşkil olunacaq

Bu rayonda yeni təhsil proqramı üzrə hazırlıq kursu təşkil olunacaq

30 iyun buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə

30 iyun buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə

DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət etdi

DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət etdi

Şəmkir şəhərində yeni təhsil proqramı əsasında hazırlıq kursu təşkil edilib.

Şəmkir şəhərində yeni təhsil proqramı əsasında hazırlıq kursu təşkil edilib.

DİM: Ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmirik

DİM: Ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmirik

Bu rayonda yeni təhsil proqramı üzrə hazırlıq kursu təşkil olunacaq

Bu rayonda yeni təhsil proqramı üzrə hazırlıq kursu təşkil olunacaq

DİM müəllimlər üçün hazırlıq kursu təşkil edib

DİM müəllimlər üçün hazırlıq kursu təşkil edib

DİM hazırlıq kurslarına start verir

DİM hazırlıq kurslarına start verir

Dövlət qulluğu ilə bağlı növbəti sınaq imtahanı keçiriləcək

Dövlət qulluğu ilə bağlı növbəti sınaq imtahanı keçiriləcək

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği - AÇIQLANDI

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği - AÇIQLANDI

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyən üçün sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyən üçün sınaq imtahanı keçiriləcək

Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatır

Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatır

Dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün sınaq imtahanı

Dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün sınaq imtahanı

Sınaq imtahanına qeydiyyat başa çatır

Sınaq imtahanına qeydiyyat başa çatır

Dövlət qulluqçusu olmaq istəyənlər üçün sınaq imtahanları keçiriləcək

Dövlət qulluqçusu olmaq istəyənlər üçün sınaq imtahanları keçiriləcək

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilib

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilib