AzTehsil.com


Xəbərlər / H/N sənədlər / Kurikulum / Sinif rəhbəri / Tədris işləri üzrə dr/müavini / Direktor / Müəllim
13 may 2018
10 558


Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT



Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

 


Təqdim olunan Təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2010-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumi təhsilin dövlət standartları və proqramları (kurikulumları)” və 13 yanvar 2009-cu il tarixli, 09 nömrəli qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” əsasında fənn kurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili qiymətləndirmənin aparılmasını müəyyən edir:

1.Ümumi müddəalar

.1. Məktəbdaxili qiymətləndirmə diaqnostik (ilkin səviyyənin  qiymətləndirilməsi), formativ (fəaliyyətin qiymətləndirilməsi), summativ (kiçik, böyük və yekun) qiymətləndirmələrdən ibarətdir.

.2. Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyən- ləşdirməklə müəllim üçün şagirdlərin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət edir.

.3. Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqlara nail olması üçün onun fəaliyyətini izləmək məqsədi ilə aparılır.

.4. Summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (tədris vahidinin, yarımilin sonunda) yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyətini qiymətləndirmək məqsədilə aparılır.

.5. Diaqnostik, formativ və summativ qiymətləndirmələr sistemli şəkildə yeni fənn kurikulumları tətbiq olunan siniflərdə həyata keçirilir.
 
2.Diaqnostik qiymətləndirmə


2.1Diaqnostik qiymətləndirmə müəllim üçün təlim strategiyasını müəyyənləşdirməyə xidmət edir. Bir qayda olaraq, təhsil səviyyəsinin, dərs ilinin, tədris vahidlərinin əvvəlində sinifdəki şagirdlərin bilik və bacarıqları, eyni zamanda şagird bir ümumi təhsil müəssisəsindən digərinə gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, şagirdə fərdi yanaşmanı təmin etmək məqsədilə aparılır.

2.2Diaqnostik qiymətləndirmənin üsul və vasitələri fənn müəllimi tərəfindən müəyyənləşdirilir və aparılır.

2.3Diaqnostik qiymətləndirmə vasitələri bir qayda olaraq, standartlar üzrə əldə olunmuş bilik və bacarıqlar əsasında hazırlanır (ibtidai təhsil səviyyəsinin birinci sinfində dərs ilinin əvvəli istisna edilməklə).

2.4Diaqnostik qiymətləndirmə məqsədinə uyğun olaraq iki formada keçirilir: davamlı və qısamüddətli.

2.5Davamlı diaqnostik qiymətləndirmə, adətən, təhsil səviyyəsinin və dərs ilinin əvvəlində bir neçə dərsin müəyyən hissəsində aparılır.

2.6Davamlı diaqnostik qiymətləndirmənin məqsədi sinifdəki şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini öyrənməkdir.

2.7Davamlı diaqnostik qiymətləndirmədə müəllim şagirdin bilik və bacarıqlarının daxil olduğu inkişaf sahələrini (idraki, fiziki, sosial-emosional, hərəki) öyrəndiyinə görə daha çox müşahidə üsulundan və bu üsulu reallaşdıran vasitədən – müşahidə cədvəlindən istifadə edir. Şagird haqqında daha ətraflı məlumat toplamaq üçün valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq üsulundan və sorğu vasitələrindən istifadə edilir.

2.8Qısamüddətli diaqnostik qiymətləndirmə, adətən, tədris vahidlərinin əvvəlində bir dərsin müəyyən hissəsində aparılır.

2.9Qısamüddətli diaqnostik qiymətləndirmənin məqsədi şagirdin fənn üzrə zəruri bilik və bacarıqları haqqında məlumat toplamaqdır.

2.10Qısamüddətli diaqnostik qiymətləndirmədə müəllim şagirdin hər hansı bir bəhs və bölmə üzrə bilik və bacarıqlarını yoxladığına görə tapşırıqvermə, müsahibə, layihə kimi qiymətləndirmə üsullarından və müvafiq olaraq çalışma, şifahi sual-cavab, təqdimat vasitələrindən istifadə edir.

2.11Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, yazılı qeydlər sinif və şagird portfoliosunda saxlanılır.
 
3.Formativ qiymətləndirmə


3.1.Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.

3.2.Formativ qiymətləndirmə dərsi müşayiət edən prosesdir. Fənn üzrə aparılan formativ qiymətləndirmə şagirdin ehtiyaclarını öyrənmək, uğur qazana bilməməsinin səbəblərini araşdırmaq və onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq həyata keçirilir.

3.3.Fənni tədris edən müəllim formativ qiymətləndirmə aparmaq üçün məzmun standartları əsasında qiymətləndirmə meyarlarını müəyyənləşdirməlidir. Qiymətləndirmə meyarları birbaşa məzmun standartlarından çıxarılarkən məzmun kənarda qalmamalıdır, çünki məzmun standartlarındakı fəaliyyət konkret dərs mövzusu üzərində icra olunur. Məsələn: IV sinif Həyat bilgisi fənni üzrə "2.4.2. Hüquq və vəzifələri barədə kiçik təqdimatlar edir”, "1.4.2. Ekologiyanın qorunması ilə bağlı kiçik təqdimatlar edir” standartlarında təqdimetmə bacarığının izlənilməsi zəruriləşir. Bu bacarıq yuxarıdakı standartların məzmununa uyğun olaraq, müxtəlif dərslərdə "Ekologiya” və ya "Uşaq hüquqları və vəzifələri” mövzuları üzərində icra olunur. Nəticədə formativ qiymətləndirmə zamanı müəllim şagirdlərin standartlarda tələb olunan bacarıqlara yiyələnməsi üçün onların fəaliyyətini konkret mövzular üzrə izləməyə müvəffəq olur.

3.4.Eyni bir standart dərslikdəki bir neçə mövzu ilə reallaşdığına görə həmin standartlardan çıxan qiymətləndirmə meyarları növbəti müvafiq dərslərdə də istifadə edilir.

3.5.Formativ qiymətləndirmə zamanı müşahidə üsulu və müşahidə vərəqləri vasitəsindən, müsahibə üsulu və şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi vasitəsindən, yazı üsulu və yazı işləri, imla, inşa, esse, ifadə, məsələ, misal həlli vasitəsindən, oxu üsulu və mətnlər vasitəsindən, layihə üsulu, ayrı-ayrı şagirdlərin və ya qrupların hazırladığı təqdimat vasitəsindən istifadə olunur.

3.6.Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil, nəticələr formativ qiymətləndirmə jurnalı və məktəbli kitabçasında şagirdin idraki və hərəki fəaliyyətinin səviyyələrinə uyğun sözlərlə ifadə olunur. Heç bir rəqəm və simvollardan, "mənimsəyir”, "mənimsəmir”, "bilir”, "bilmir”, "yaxşı”, " orta”, "zəif” və digər bu kimi ifadələrdən istifadə olunmur.

3.7.Müəllim formativ qiymətləndirmədə şagirdin fəaliyyətini bütün dərs boyu izləyir, nəticələri yazmaq üçün dərsin sonunda 6 dəqiqəyədək vaxt ayırır.

3.8.Eyni bir standart bir neçə dərsdə reallaşdığına görə formativ qiymətləndirmə zamanı jurnalda şagirdin adının qarşısında hər dərsdə qeydlərin olması mütləq deyil.
 
3.9.Sinif iki yarımqrupa bölündükdə həmin fənn müəllimləri hər bir şagirdin fəaliyyəti barədə qeydləri onun hansı yarımqrupda olmasından asılı olmayaraq, adının qarşısında yazır.

3.10.Formativ qiymətləndirmə jurnalındakı qeydlər məktəbli kitabçasında da yazılır.



4.Formativ qiymətləndirmənin icra mexanizmi


4.1.Formativ qiymətləndirməni həyata keçirən müəllim aşağıdakıları bilməlidir:

4.1.1 Fənn üzrə hər bir dərs müəyyən məzmun standartlarının reallaşdırılmasına xidmət edir.

4.1.2.Hər dərsdə müəllim təlim prosesini şagirdlərin məzmun standartlarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsinə yönəltməlidir.

4.1.3.Şagirdlər fəaliyyətlərində potensial imkanları daxilində həmin bacarıqlara yiyələnmənin müxtəlif səviyyələrini nümayiş etdirə bilərlər.

4.1.4.Qaydaların 3.3. bəndinə uyğun olaraq, müəllim əvvəlcədən hazırladığı qiymətləndirmə meyarları əsasında şagirdlərin müşahidə oluna biləcək fəaliyyət səviyyəsini zəif, orta, yüksək olmaqla qruplaşdırmalı və şagirdin adının qarşısında fəaliyyətinə uyğun müvafiq qeydlərini yazmalıdır. Formativ qiymətləndirmədə müəllim əvvəlcədən proqnozlaşdırmadığı və dərs prosesində müşahidə etdiyi fəaliyyətləri də uyğun ifadələrlə təsvir edə bilər.


QEYD: Müəllimlərin nəzərinə!
Təqdim edilən nümunələrdə standartlardakı məzmunun kənarda qalmasına baxmayaraq, müəllim şagirdləri formativ qiymətləndirərkən məzmunu nəzərə almalıdır. Təlimatın 3.3. bəndinə uyğun olaraq, şagird bacarığa yiyələnməni müəyyən məzmun üzərində icra edir. Bacarığa yiyələnmənin məzmunla vəhdətdə qiymətləndirilməsi müəllimin öz yaradıcılığının məhsulu olmalıdır. Verilən nümunələrdə müəllim şagirdlərin fəaliyyət səviyyələri üzrə qeydlərini məzmun üzərində yazılı izah edə bilər.



Müəllim dərsin sonunda formativ qiymətləndirmə jurnalında şagirdlərin adının qarşısında və məktəbli kitabçasında onların fəaliyyətinə uyğun, nümunələrdə verilməyən məzmunu nəzərə almaqla da zəruri qeydləri edir.
 
Formativ qiymətləndirmənin aparılmasına dair nümunələr: Azərbaycan dili
V sinif Standart
1.2.2. Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.
2.1.2.Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.
Qiymətləndirmə meyarları:
1.Mühakimə yürütmə;
2.Fikri əsaslandırma;
3.Sözlərin semantik xüsusiyyətlərini müəyyənləşdirmə.
Standartlardan irəli gələn tələblərə yiyələnmə prosesində müəllim şagirdlərin aşağıdakı fəaliyyətlərini müşahidə edə bilər.

 

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

 

Nümunə:
1.Mühakimə yürütməkdə çətinlik çəkir.
2.Mühakimələri mətndəki əsas fikri qismən əhatə edir.
3.Əsas fikirlə bağlı sərbəst mühakimə yürüdə bilir.
4.Fikirlərini müəllimin və yoldaşlarının verdiyi sualların köməyi ilə ifadə edir.
5.Faktları dəqiq olmasa da, sərbəst fikir söyləyir.
6.Fikirlərini dəqiq fakt və nümunələrlə əsaslandırır.
7.Mətndəki sözlərin semantik xüsusiyyətlərini sualların köməyi ilə müəyyənləşdirir.
8.Sözlərin semantik xüsusiyyətlərini yalnız tanış mətn daxilində müəyyənləşdirir.
9.Tanış olmayan mətndə sözlərin semantik xüsusiyyətlərini müəyyənləşdirir və nümunələrlə izah edir.
 
Riyaziyyat
III sinif
Standart:
1.1.5.1000 dairəsində ədədləri müxtəlif ekvivalent formalarda təsvir edir.
1.1.6.1000 dairəsində ədədləri düzünə və tərsinə on-on, yüz-yüz ritmik sayır.


Qiymətləndirmə meyarları:
1.Təsviretmə.
2.Təqdimetmə.

 

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

 


Nümunə:
1.Əyani vəsaitlərin köməyi ilə təsvir edir.
2.Əyani vəsaitlərin köməyi ilə izahlı təsvir edir.
3.Nümunələr qurmaqla izahlı təsvir edir.
4.Ədədləri on-on yalnız düzünə saymaqla təqdim edir.
5.Ədədləri on-on, yüz-yüz yalnız düzünə saymaqla təqdim edir.
6.Ədədləri on-on, yüz-yüz düzünə və tərsinə saymaqla təqdim edir.


Azərbaycan tarixi
V sinif Standart:
1.1.2. Sadə xronoloji məsələləri həll edir.
2.1.2. Xəritələrdə Azərbaycan ərazisini və mühüm tarixi abidələri müəyyənləşdirir.
3.1.2.Xalqın mənafeyinin qorunmasında dövlətin rolunu dəyərləndirir.
Qiymətləndirmə meyarları:
1.Xronoloji məsələləri həll etmə

2.Xəritədə məkanı müəyyənləşdirmə

3.Dəyərləndirmə
 

 

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

 


Nümunə:

1.Hadisələrin xronoloji çərçivəsini müəyyənləşdirir, məsələni həll edə bilmir.

2.Tarixi faktların xronoloji ardıcıllığını müəyyənləşdirir.

3.Xronoloji məsələləri həll edir.

4.Öyrədilən məkanı xəritədə çətinliklə müəyyənləşdirir.

5.Xəritədə məkanları mövzu üzrə müəyyənləşdirir.

6.Xəritədə məkanı dəqiq müəyyənləşdirir.

7.Hadisələri, faktları yalnız təsvir edir, dəyərləndirmir.

8.Hadisələri, faktları məzmuna istinad etməklə dəyərləndirir.

9.Hadisələri, faktları zaman və məkan daxilində faktlarla sərbəst dəyərləndirir.


Həyat bilgisi
IV sinif
Standart:
2.4.2.Hüquq və vəzifələri barədə kiçik təqdimatlar edir.
Qiymətləndirmə meyarları:
1.Təqdimetmə

 

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

 

 
Nümunə:
1.Faktları sadalayır, mahiyyətini izah edə bilmir.
2.Faktların səciyyəvi xüsusiyyətlərini mətn əsasında təqdim edir, nitqi rabitəli deyil.
3.Nümunələrə əsaslanmaqla sərbəst təqdimat edir.


Fiziki tərbiyə V sinif Standart:
2.2.3Müxtəlif təyinatlı estafetləri, oyunları icra edir.
Qiymətləndirmə meyarları:
1. Hərəkətləri icraetmə.

Müəllim şagirdin standartlardan irəli gələn bacarıqlara yiyələnməsi prosesində onların aşağıdakı fəaliyyətlərini müşahidə edə bilər:


 

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

 

Nümunə:
1.Hərəkətin icrası qüsurludur.
2.Hərəkətin icrasında kiçik qeyri-dəqiqliyə yol verir.
3.Hərəkətləri nümunələrə müvafiq icra edir.



6. Summativ qiymətləndirmə


6.1.Summativ qiymətləndirmə kiçik, böyük və yekun olmaqla üç yerə ayrılır.

6.2.Kiçik summativ qiymətləndirmə bəhs və ya bölmələrin sonunda müəllim tərəfindən, böyük summativ qiymətləndirmə isə yarımillərin sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır. Yekun qiymətləndirmə təhsil səviyyələrinin sonunda buraxılış imtahanları şəklində aparılır.

6.3.Summativ qiymətləndirmələrin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.

6.4.Kiçik summativ qiymətləndirmə fənn kurikulumları tətbiq olunan siniflərdə bəhs və ya bölmələrin sonunda altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Onun nəticələri yarımillik qiymətlərin hesablanmasında nəzərə alınır.

 
6.5.Kiçik summativ qiymətləndirmənin keçirilməsi üçün vaxt fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilərək qiymətləndirmə vasitələri hazırlanır. Böyük summativ qiymətləndirmə vasitələri isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tövsiyələri əsasında yerli təhsili idarə edən orqanlar və ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır.

6.6.Kiçik summativ qiymətləndirmə bir dərs saatı və ya dərs saatının bir hissəsində aparıla bilər. Bu müddət fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir.

6.7.Yarımillərinsonunda  böyük  summativ  qiymətləndirməninbir dərs saatı ərzində keçirilməsi illik planlaşdırmada nəzərdə tutulur.

6.8.Kiçik və böyük summativ qiymətləndirmə vasitələri asan, orta, çətin olmaqla hazırlanır. Asan tapşırıqlar idrakın bilmə mərhələsinə aid olub şagirdin hər hansı bir məlumatı bilməsini və yadda saxlamasını ölçür. Orta səviyyəli tapşırıqlar idrakın anlama, tətbiq və təhlil mərhələsinə aid olub şagirdin səbəb-nəticə əlaqələrini anlamaq, tətbiq etmək, müqayisə etmək və fərqləndirmək kimi bacarıqlarını qiymətləndirir. Çətin səviyyəli tapşırıqlar idrakın sintez və dəyərləndirmə mərhələsinə aid olub şagirdin sintez etmək, qarşılaşdırmaq, dəyərləndirmək, qərar qəbul etmək bacarıqlarını ölçür.

6.9.Kiçik summativ qiymətləndirmənin keçirildiyi gün dərsdə iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısındakı xana diaqonalla 2 yerə ayrılır və onun surətində "q”(qaib) yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə növbəti 2 həftə ərzində kiçik summativ qiymətləndirmə aparır və onun nəticəsini məxrəcdə qeyd edir.

6.10.Şagird I yarımildə böyük summativ qiymətləndirmədə iştirak etmədikdə, bir ay müddətində onun böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir. Şagird II yarımildə üzrlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə, II yarımillik qiyməti çıxarılarkən I böyük summativ qiymətləndirmədə aldığı qiymət həm də II böyük summativ qiymət hesab olunur. Şagirdin üzrsüz səbəbdən iştirak etmədiyi II yarımildəki böyük summativ qiymətləndirmənin nəticəsi yarımillik qiyməti çıxarılarkən "0" qəbul edilir.

6.11.Böyük summativ qiymətləndirmə vasitələri fənnin məzmunundakı əsas zəruri bilikləri əhatə etməklə daha çox tətbiqi bacarıqları yoxlamağa xidmət edir. Təhsil Nazirliyinin tövsiyələri və verdiyi nümunələr əsasında hər bir ümumi təhsil müəssisəsində qiymətləndirmə vasitələri bankı tərtib edilir.

6.12.Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni, lakin sinif üçün istifadə olunan tapşırıqlarla eyni səviyyəli qiymətləndirmə vasitələri hazırlanır.

6.13.Şagirdin yarımillik qiyməti kiçik summativ (yarımillik ərzində keçirilən) qiymətləndirmənin nəticələri 40%, böyük summativ (yarımillik sonunda keçirilən) qiymətləndirmənin nəticələri 60 % hesab olunmaqla aşağıdakı düstur əsasında çıxarılır:
 
 

 


Burada, Y- şagirdin I və ya II yarımil üzrə qiymətini, ksq1,  ksq2  ,...,  ksqn  -şagirdin müvafiq yarımil ərzində kiçik summativ qiymətləndirmələrinin nəticələrini, n-müvafiq yarımildə keçirilən kiçik summativ qiymətləndirmələrin sayını, BSQ isə, I və ya  II  yarımildə  keçirilən böyük summativ qiymətləndirmənin nəticəsini bildirir.
Şagirdin yarımillik və illik qiymətləri çıxarılarkən yuvarlaqlaşdırma qaydası tətbiq edilir.
Məsələn, şagird 1-ci yarımildə aparılmış kiçik summativ qiymətləndirmələrdə 3, 3, 4 və böyük summativ qiymətləndirmədə 3 qiymət aldıqda, onun yarımil üzrə qiyməti aşağıdakı kimi hesablanır:
 
 

 


Və yaxud, şagird 1-ci yarımildə kiçik summativ qiymətləndirmələrdən 2, 3, 3 və böyük summativ qiymətləndirmədən 3 aldıqda, onun yarımillik qiyməti aşağıdakı kimi hesablanır:

 
 

 

 

6.14.Şagirdin illik qiyməti aşağıdakı düsturla müəyyən edillir:
 

 

Burada I - şagirdin illik qiyməti, Y1 və Y2
 
isə 1-ci və 2-ci yarımillər üzrə qiymətləridir.
 
Məsələn, şagirdin birinci yarımil üzrə qiyməti 3, ikinci yarımil üzrə qiyməti 4 olduqda, onun illik qiyməti

 

 


6.15.Summativ qiymətləndirmə sinfin bütün şagirdləri üçün eyni vaxt ərzində eyni çətinlik dərəcəsinə malik olan qiymətləndirmə vasitələri ilə aparılır. Summativ qiymətləndirmənin aparılması üçün vaxt sualların sayına uyğun olaraq müəllim tərəfindən müəyyənləşdirilir.

6.16.Qiymətlər şagirdin tapşırıqlara verdiyi düzgün cavabların sayına uyğun müəyyənləşdirilir. Sualların ümumi sayının 10%-nə qədər düzgün cavab verən "1”, 10% daxil olmaqla 20%-nə qədər düzgün cavab verən "2”, 20% daxil olmaqla 50%-nə qədər düzgün cavab verən "3”, 50% daxil olmaqla 80%-nə qədər düzgün cavab verən "4”, 80% daxil olmaqla 100%-nə qədər düzgün cavab verən şagird "5” qiymətlə qiymətləndirilir.

6.17.Summativ qiymətləndirmə şagird nailiyyətinin rəsmi qiymətləndirilməsidir və nəticələr 5 ballıq qiymət şkalası üzrə (1,2,3,4,5) rəqəmlə ifadə olunur və qiymətlər sinif jurnalına yazılır.

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT




Загрузка...
Həmçinin oxuyun:
Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Bakı məktəblərində I yarımil üzrə yekun qiymətləndirmə aparılır

Bakı məktəblərində I yarımil üzrə yekun qiymətləndirmə aparılır

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Təhsil Nazirliyindən summativ qiymətləndirmə barədə AÇIQLAMA

Təhsil Nazirliyindən summativ qiymətləndirmə barədə AÇIQLAMA

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalıdır- AÇIQLAMA

Aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalıdır- AÇIQLAMA

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

Azərbaycanda imtahan sisteminin dəyişdirilməsi təklif edilir

Azərbaycanda imtahan sisteminin dəyişdirilməsi təklif edilir

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

"...ŞAGİRDLƏRİN DƏRS VƏ İMTAHAN YÜKÜ AZALACAQ" - NAZİRLİK

"...ŞAGİRDLƏRİN DƏRS VƏ İMTAHAN YÜKÜ AZALACAQ" - NAZİRLİK

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

Məktəblilərin və valideynlərin arzuları reallaşır - Bu qiymətləndirmə ləğv edilə bilər - VİDEO

Məktəblilərin və valideynlərin arzuları reallaşır - Bu qiymətləndirmə ləğv edilə bilər - VİDEO

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

HƏMKARA DƏSTƏK I kitabından seçmələr III MƏQALƏ

HƏMKARA DƏSTƏK I kitabından seçmələr III MƏQALƏ

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

Təhsil Nazirliyi: "İmtahanların sayı azaldılır"

Təhsil Nazirliyi: "İmtahanların sayı azaldılır"

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

Məktəbdaxili qiymətləndirmə növlərinin təşkilinin təkmilləşdirilməsi haqqında TƏLİMAT 2016

Məktəbdaxili qiymətləndirmə növlərinin təşkilinin təkmilləşdirilməsi haqqında TƏLİMAT 2016

Yeni Qiymətləndirmə Konsepsiyasının qəbul edilməsinə ehtiyac var...

Yeni Qiymətləndirmə Konsepsiyasının qəbul edilməsinə ehtiyac var...