AzTehsil.com


Xəbərlər / Ekspert
19 mart 2018
2 930


Azərbaycanda imtahan sisteminin dəyişdirilməsi təklif edilir



Azərbaycanda imtahan sisteminin dəyişdirilməsi təklif edilir

 

Aztehsil.com xəbər verir ki. məktəbdaxili qiymətləndirmə növlərindən biri də summativ qiymətləndirmədir. O, kiçik və böyük olmaqla iki formada aparılır və altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Hər iki summativin nəticələri şagirdlərin illik qiymətlərinin hesablanmasında nəzərə alınır.

Əgər, şagird bu qiymətləndirmədə iştirak etməzsə, jurnalda onun adının qarşısındakı xana diaqonalla iki yerə ayrılır. Surətində qaib yazılaraq məxrəci boş saxlanır.  Növbəti summativ qiymətləndirmənin keçiriləcəyi tarixədək müəllim, həmin şagirdin keçmiş summativdə iştirakı üçün şərait yaratmalı və nəticəni xananın məxrəcində qeyd etməlidir.

Summativ qiymətləndirmə təhsil sahəsində yenilik hesab olunsa da, müəyyən sui-istifadə hallarına da səbəb olub. Belə ki, summativlərin çap olunması üçün tələb olunan ödəniş ya müəllimlər, ya da şagirdlər tərəfindən qarşılanır.

Bu mövzu ilə bağlı AzEDU-ya danışan təhsil eksperti Etibar Əliyev buraxılış imtahanları olduğu halda, summativ qiymətləndirmələrə ehtiyac görmədiyini bildirib:

"Summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla, qiymətləndirmə standartlarının səviyyələrinə əsasən hazırlanmış vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır. Təlimata görə kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə vasitələri isə məktəb rəhbərliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanır. Bu cür qiymətləndirmələr yeni kurikulumlar hazırlanarkən müəyyənləşdi. Amma təəssüf ki, milli təhsilimizin xüsusiyyətləri nəzərə alınmadı.

Qeyd edim ki, bunların məktəb üçün elə böyük əhəmiyyəti olmadı. Kiçik summativ prosesi subyektiv yanaşmaları gücləndirdi, sui-istifadə hallarını çoxaltdı. Axı Dövlət İmtaham Mərkəzi 9-11- ci siniflərdə buraxılış imtahanlarını həyata keçirdiyi halda bu cür qiymətləndirmələrə nə ehtiyac var? Müşahidələrimiz göstərir ki, Azərbaycan məktəbliləri dünyada ən çox imtahana çəkilən məktəblilərdir”.

Ekspert həm də belə qiymətləndirmələrin formal xarakter daşıdığını vurğulayıb:

"Düşünürəm ki, onların ləğvinin əks effekti olmayacaq. Uşaqları mərhələli imtahanlara çəkməklə onlarda imtahan xofunu gücləndiririk. Belə imtahanlarla həm də böyük vaxt itkisinə yol verilir. Digər tərəfdən, birmənalı olaraq söyləmək olar ki, onlar məktəblərdə formal xarakter daşıyır və uşaqların test tapşırıqlarına maraqlarını artırır”.

O,həm də bildirib ki, müəllimlər summativlər üçün pul xərcləməməlidirlər:

"Bizim orta məktəblərdə çoxsaylı direktorlar tətbiq olunan hər hansı yeniliyin maddi tərəfini düşünürlər. Summativlərlə bağlı şagirdlərdən hansısa vəsaitlərin toplanması hallarına çox təsadüf olunur. Müəllimlər bu istiqamətdə pul xərcləməməlidirlər. Bunlar məktəb üçün yaxşı hal deyil. Bizim məktəb şagirdlərinə dərsliklər pulsuz paylanılır. Müəllimlər həmin dərsliklər və özlərinin seçdikləri alternativ dərsliklər vasitəsilə fənn proqramlarının normal mənimsənilməsinə çalışmalıdırlar. Müəllimin ən böyük vəzifəsi bu olmalıdır.

Summativ qiymətləndirmədənsə, Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarının tapşırıqları məktəbdə öyrənilməli, şagirdlərin esse yazmaq və açıq tipli test tapşırıqlarını cavablandırmaq vərdişləri gücləndirilməlidir.

Bu məsələrə məktəb rəhbərliyi səviyyəsində müzakirə olunmalı və hər bir məktəb bunlarla bağlı hesabat verməlidir”.



Загрузка...
Həmçinin oxuyun:
Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Bakı məktəblərində I yarımil üzrə yekun qiymətləndirmə aparılır

Bakı məktəblərində I yarımil üzrə yekun qiymətləndirmə aparılır

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

"...ŞAGİRDLƏRİN DƏRS VƏ İMTAHAN YÜKÜ AZALACAQ" - NAZİRLİK

"...ŞAGİRDLƏRİN DƏRS VƏ İMTAHAN YÜKÜ AZALACAQ" - NAZİRLİK

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

Təhsil Nazirliyi summativ qiymətləndirmə ilə bağlı təklif olunan yenilikləri açıqlayıb

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində qiymətləndirmə

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

Məktəblərdə summativlər ləğv olunur: Yazı işləri də azalacaq

Məktəblərdə summativlər ləğv olunur: Yazı işləri də azalacaq

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Məktəblilərin və valideynlərin arzuları reallaşır - Bu qiymətləndirmə ləğv edilə bilər - VİDEO

Məktəblilərin və valideynlərin arzuları reallaşır - Bu qiymətləndirmə ləğv edilə bilər - VİDEO

Təhsil Nazirliyindən summativ qiymətləndirmə barədə AÇIQLAMA

Təhsil Nazirliyindən summativ qiymətləndirmə barədə AÇIQLAMA

Təhsil Nazirliyi: "İmtahanların sayı azaldılır"

Təhsil Nazirliyi: "İmtahanların sayı azaldılır"

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalıdır- AÇIQLAMA

Aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalıdır- AÇIQLAMA

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

Təhsil sisteminin “qorxulu yuxusu”, məktəblərdə paylanan “dadlı konfetlər”... -Həftənin icmalı LAYİHƏ

Təhsil sisteminin “qorxulu yuxusu”, məktəblərdə paylanan “dadlı konfetlər”... -Həftənin icmalı LAYİHƏ

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

HƏMKARA DƏSTƏK I kitabından seçmələr III MƏQALƏ

HƏMKARA DƏSTƏK I kitabından seçmələr III MƏQALƏ

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh