AzTehsil.com


Xəbərlər
22 yanvar 2018
24 140


Məktəblərdə summativlər ləğv olunur: Yazı işləri də azalacaq



Məktəblərdə summativlər ləğv olunur: Yazı işləri də azalacaq

Növbəti təhsil ilindən etibarən orta məktəblərdə tətbiq edilən summativ qiymətləndirmələrin sayının azaldılması gözlənilir.

 

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, artıq bununla bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi qərar qəbul edib.

 
Aztehsil.com xəbər verir ki, müəllimlərin fed.az-a açıqladığı məlumatlara görə, gələn il ibtidai siniflərdə böyük summativ qiymətləndirmə ləğv ediləcək. I siniflərdə isə ümumiyyətlə heç bir yoxlama olmayacaq. II-IV siniflərdə yalnız kiçik summativ qiymətləndirmələr aparılacaq.

Yuxarı siniflərdə də yoxlamaların sayı azaldılacaq. V-VIII siniflərdə də ancaq kiçik summativlər aparılacaq. Böyük summativ qiymətləndirmə isə ancaq 9-cu sinifdə buraxılış imtahanının əvəzində olacaq. Bu zaman şagirdlər seçdikləri ixtisaslar üzrə yoxlamadan keçəcəklər. Bütün bunlar uşaqların dərs yükünün, müəllimlərin isə hesabat işlərinin azaldılmasına hesablanıb. 

Orta məktəblərdə summativ qiymətləndimələrin sayının azaldılmasını ekspertlər də müsbət addım kimi dəyərləndirirlər.
 
Azad Müəllimlər İctimai Birliyinin rəhbəri Məlahət Mürşüdlünün sözlərinə görə, indiyədək orta məktəblərdə tətbiq edilən qiymətləndirmə sistemləri özünü doğrultmayıb:

"Şagirdlərin biliyinin qiymətləndirilməsi sistemi kökündən yanlışdır. Burada müəllimlərin yazı işləri, hesabatları artıb. Ona görə də bu dəyişiklik gözlənilən idi. Ancaq yenə də bu sistemin mürəkkəbliyi qorunur”.

Ekspertin fikrincə, hesabatların çoxluğu doğru olmayan məlumatların verilməsinə, formalizmə yol açır. Ona görə də vahid qiymət sisteminin tətbiqi təklif edlir:

"Bugün bizim liseylərdə kurikulumun tələblərinə uyğun dərslər keçilir və 100 ballıq sistemlə uşaqların bilikləri qiymətləndirilir. Növbəti mərhələlərdə də bu, özünü doğruldur. Ona görə də düşünürəm ki, bütün məktəblərdə vahid qiymətləndirmə sistemini tətbiq etmək lazımdır. Yalnız bundan sonra qiymətləndirmədəki problemlər həll oluna bilər”.

Təhsil üzrə ekspert Nabatəli Qulamov da biliklərin qiymətləndirilməsinin ildə 2 dəfə olmasını məqbul sayır:

"Azərbaycanda şagirdlərin biliyinin qiymətləndirilməsini dünya standartlarına  uyğunlaşdırmağa çalışırlar. Ancaq summativ yoxlamalar daha çox müəllimlərin əlavə vaxt itkisinə, dəftərxana işinin artmasına səbəb olub. Bunun əvəzində müəllim öyrətməyə daha çox vaxt sərf edə bilər. Ona görə də summativlərin sayını optimallaşdırmağa ehtiyac var”.



Загрузка...
Həmçinin oxuyun:
"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Təhsil Nazirliyindən summativ qiymətləndirmə barədə AÇIQLAMA

Təhsil Nazirliyindən summativ qiymətləndirmə barədə AÇIQLAMA

Aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalıdır- AÇIQLAMA

Aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalıdır- AÇIQLAMA

Bakı məktəblərində I yarımil üzrə yekun qiymətləndirmə aparılır

Bakı məktəblərində I yarımil üzrə yekun qiymətləndirmə aparılır

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Şagirdlərin qiymətləndirliməsində dəyişikliklər olunacaq

Şagirdlərin qiymətləndirliməsində dəyişikliklər olunacaq

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

Müəllimlik qadın peşəsidirim?...ARAŞDIRMA

Müəllimlik qadın peşəsidirim?...ARAŞDIRMA

Şagirdlərimiz niyə oxumur?

Şagirdlərimiz niyə oxumur?