AzTehsil.com


Xəbərlər / Müəllim
22 may 2020
1 410


Xanlar Xanlarzadə: Abituriyentlər mayın 18-dən etibarən elektron növbə götürməklə SQK-a müraciət edə bilirlər



Xanlar Xanlarzadə: Abituriyentlər mayın 18-dən etibarən elektron növbə götürməklə SQK-a müraciət edə bilirlər

 

"Ərizələrin təsdiqi iki formada həyata keçirilir.  Abituriyent barədə DİM-də məlumat varsa, öz ərizələrini təsdiq edə bilərlər. Digərləri isə Sənəd Qəbulu Komissiyalarına yaxınlaşmalıdırlar”.

Bunu DİM-in sektor müdiri Xanlar Xanlarzadə deyib.

O qeyd edib ki, mayın 18-dən etibarən abituriyentlər elektron növbə götürməklə SQK-a müraciət edə bilirlər.

"Ali və orta təhsil müəssisələrinə sənəd qəbulu mayın 12-dən etibarən başlayıb. DİM-in rəsmi saytında  abituriyentlərin qeydiyyatdan keçməsi üçün keçid (link) yerləşdirilib. Qeyd edim ki,  sənəd qəbulu iyunun 5-dək davam edəcək.

Bu müddət ərzində abituriyentlər öz ərzilərini mütləq təsdiq etməlidirlər. Abituriyentlərə I-IV qurp ixtisasları ilə yanaşı, V qrupu da seçə bilərlər. Həmçinin kolleclərə qəbul üçün növbəti bəndləri də qeyd edə bilərlər. Ərazilərin təsdiqi iki formada həyata keçirilir. Abituriyent barədə DİM-də məlumat varsa, öz ərizələrini təsdiq edə bilərlər.

Digərləri isə Sənəd Qəbulu Komissiyalarina yaxınlaşmalıdirlar. 80-90 faiz abituriyentlər özləri öz ərazilərinə təsdiq edə bilirlər.

Xaricdə təhsil alanlar, əvvəlki ilin oğlan məzunları isə mayın 18-dən iyunun 5-ə qədər Sənəd Qəbulu Komissiyalarina elektron növbə götürməklə  yaxınlaşıb ərizələrini təsdiq etməlidirlər. Kolleclərə qəbul olmaq istəyənlər də bu qaydada ərizə verməlidirlər”.

Məlumat üçün bildirək ki  SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər:

DİM-in Badamdar ofisi (Bakı ş, Yasamal r, Mikayıl Müşfiq küç., 1M)

DİM-in Asiya ofisi (Bakı ş, Nəsimi r, Abdulvahab Salamzadə küç., 28)

DİM-in Gənclik ofisi (Bakı ş, Nərimanov r, Koroğlu Rəhimov küç., 108A)

DİM-in Naxçıvan MR  Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);

DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);

DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı, 52);

DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);

DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);

DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);

DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);

DİM-in Bərdə Regional Bölməsi (Bərdə ş., H. Əliyev prospekti, 88);

DİM-in Şəmkir Regional Bölməsi (Şəmkir ş., Bakı – Qazax şosesi, İnzibati bina –"west gate”).

 Elektron ərizələrini SQK-larda təsdiq etdir­məli olan abituriyentlər  SQK-ya aşağıdakı sə­nəd­ləri təq­dim edirlər:

–    elektron ərizəsinin iş nömrəsi və şəxsi kabinetinin istifadəçi adını (şəxsiyyəti  təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN));                    

–    tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini[1] (orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin məzunu olduqları ümumi təhsil müəssisəsi tərəfindən verilən, müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı – "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na  2 nömrəli əlavə[2]);

–    şəxsiyyətlərini təsdiq edən sənədin əslini:

     Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini;
     əcnəbilər icazə vəsiqələrini və (və ya) pasportlarını;
     vətəndaşlığı olmayan şəxslər icazə vəsiqələrini və ya yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədlərini;
     Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini;
     qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədlərini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, digər sənədləri və ya icazə vəsiqələrini;
–    Azərbaycan Respublikasında ali təhsil müəssisələrini ödənişli əsaslarla bitirən abituriyentlər (2012 və ondan sonrakı illərdə ali təhsil müəssisələrini bitirənlər istisna olmaqla) dövlət hesablı yerlərin müsabiqəsində iştirak etmək üçün bitirdikləri təhsil müəssisələri tərəfindən verilən və ali təhsilinin ödənişli əsaslarla olmasını təsdiq edən arayışı ("Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 3 nömrəli əlavə [3]);

–    hərbi bilet və ya çağırışçı şəhadətnaməsini;

–    əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər yuxarıda qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.



Загрузка...
Həmçinin oxuyun:
Buraxılış imtahanlarının nəticələri açıqlandı: 30 şagird imtahandan kənarlaşdırlıb

Buraxılış imtahanlarının nəticələri açıqlandı: 30 şagird imtahandan kənarlaşdırlıb

Abituriyent Məsləhət Mərkəzləri bu ünvanlarda fəaliyyət göstərir...

Abituriyent Məsləhət Mərkəzləri bu ünvanlarda fəaliyyət göstərir...

268 şagird yazdığı inşada özünün kimliyini qeyd edib...IX sinif buraxılış imtahanında nəticəsiz qalan inşalar

268 şagird yazdığı inşada özünün kimliyini qeyd edib...IX sinif buraxılış imtahanında nəticəsiz qalan inşalar

DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət etdi

DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət etdi

30 iyun buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə

30 iyun buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib

DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

Abituriyentlərin nəzərinə

Abituriyentlərin nəzərinə

Səhiyyə Nazirliyi rezidenturanın boş qalan yerlərinə qəbul olanlara müraciət edib

Səhiyyə Nazirliyi rezidenturanın boş qalan yerlərinə qəbul olanlara müraciət edib

Ali məktəbələrə və kolleclərə sənəd qəbulu QAYDALARI açıqlandı

Ali məktəbələrə və kolleclərə sənəd qəbulu QAYDALARI açıqlandı

Yay imtahanlarına qatılmaq istəyən abituriyentlərə xəbər var

Yay imtahanlarına qatılmaq istəyən abituriyentlərə xəbər var

DİM-dən kurikulumla bağlı - AÇIQLAMA

DİM-dən kurikulumla bağlı - AÇIQLAMA

Ərizələrin qəbulu bu gün başa çatır

Ərizələrin qəbulu bu gün başa çatır

DİM ikinci qəbul imtahanında iştirak etmək istəyənlərə müraciət etdi

DİM ikinci qəbul imtahanında iştirak etmək istəyənlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti   imtahanlar keçirilir

Dövlət İmtahan Mərkəzi tərəfindən növbəti imtahanlar keçirilir

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi bütün abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

Dövlət İmtahan Mərkəzi bütün abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

Dövlət İmtahan Mərkəzi vətəndaşlara müraciət etdi

Dövlət İmtahan Mərkəzi vətəndaşlara müraciət etdi

DİM ixtisas seçimi edəcək abituriyentlərə müraciət etdi

DİM ixtisas seçimi edəcək abituriyentlərə müraciət etdi

Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq

Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır