İranda zəhərlənərək dünyasını dəyişən məktəblinin valideynləri hədələndilər
İranın Qum şəhərində zəhərlənən məktəbli qızlardan biri Fatimə Rzayi dünyasını dəyişib. Ancaq Qum şəhər prokuroru ailə üzvlərini xəbərin yayılmaması üçün hədələyib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Bildirilib ki, təhdidlər səbəbindən ailə susmaq məcburiyyətində qalıb. Məlumatı qızın dostları xəbər veriblər.
Fatimənin gizlin dəfn edildiyi bildirilib.