AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
04 sentyabr 2019
3 838


Digər ölkələrdə məktəblilər necə geyinir?



 

 
Hazırda Azərbaycanda valideynlərin ən böyük qayğılarından biri heç şübhəsiz ki, məktəb bazarlığıdır. Bazarlığın olduqca önəmli hissəsini isə məktəbli formaları tutur. Maraqlıdır ki, bizdə valideynləri məsrəfə salan, bir çox hallarda əziyyət verən məktəbli forması dünyanın bir çox ölkələrində fərqli şəkildə tənzimlənir. Bəzi ölkələrdə uşaqlar üçün məktəb geyimi sərbəst, bəzilərində isə…

Başlayaq dünyanın super güc dövləti olan Amerikadan.
ABŞ-da məcburi məktəbli geyimi əsasən özəl məktəblər üçün keçərlidir. Həmin məktəblərdə oxuyan şagirdlərin geyimlərinin üzərində məktəbin emblemi əks olunur. Adi, dövlət məktəblərində isə vahid məktəbli forması olmur. Amma bunun əvəzində dress-kod mövcuddur. Məsələn, yubkanın uzunluğu önəmli məsələdir. Belə ki, əllərini ayağı ilə paralel tutan şagird bilməlidir ki, yubkasının uzunluğu barmaq uclarından daha yuxarıda ola bilməz. Bundan başqa, parlaq geyimlər, üzərində senzuradan kənar sözlər yazılmış maykalar qadağandır. Bir qayda olaraq, məktəblilər adi geyimdən istifadə edirlər: cinslər, enli köynək və idman ayaqqabısı.

Bəzən dress-kod çox sərt də ola bilir. Məsələn, "Salisbury School”da oğlan məktəblilər tünd rəngli pencəkdən ibarət kostyum, parlaq köynək və qalstukdan istifadə edirlər. Bu qaydanı pozmaq cəzalandırma ilə nəticələnə bilər.

Almaniyada isə məktəbli forması yoxdur.
Bununsa xüsusi psixoloji səbəbləri var. Bu, Hitler Gənclər Dəstəsi ilə xoşagəlməz assosasiya yaratdığı üçün almanlar bundan imtina ediblər. Bununla belə, ölkədəki hər məktəb şagirdlərinə vahid stildə geyimi tövsiyə edir. Bəzi məktəblər isə özəl olaraq öz məktəbli formalarını hazırlayıb, məktəblilərə təqdim edir və bununla da ayrı-seçkiliyin qarşısını alırlar.

Fransaya keçək.
Bu ölkənin qanunvericiliyinə məktəbli forması ilə bağlı qanun 1927-ci ildə daxil olub, amma 1968-ci ildə onu ləğv ediblər. Qonşu Belçikada isə vahid məktəbli forması bəzi katolik məktəblərində, eləcə də britaniyalılar tərəfindən əsası qoyulan məktəblərdə tətbiq olunur. Məsələn, Antverpendə yerləşən International Da Vinci School adlı məktəbin şagirdlərinin geyimi aşağıdakı kimidir: Oğlanlar – qara şalvar, çəhrayı rəngdə kostyum.

Qızlar – dama-dama yubka, tünd qırmızı rəngdə qalstuk, ağ rəngdə köynək

İspaniyada isə bir çox Avropa ölkələrində olduğu kimi məktəbli forması məktəbin öz qərarına buraxılır.
Amma özəl məktəblərdə oğlanlar bir qayda olaraq tünd şalvar, açıq rəngdə köynək, qalstuk, hərdən də pencək geyinirlər. Qızlar isə ağ köynək və dama-dama yubkadan istifadə edirlər.

Kubada məktəbli forması mütləqdir.
Aşağı sinif şagirdləri ağ köynək və tünd qırmızı rəngdəşortiklər(oğlanlar), tünd qırmızı rəngdə yubka (qızlar) geyinir. Bundan əlavə isə qırmızı rəngdə qalstuk taxmağı unutmurlar. Yuxarı sinif şagirdləri isə ağ köynək, qum rəngindəyubka, şalvar geyinirlər.

Şimali Koreyada məktəbli forması ölkədəki bir çox şeylərdə olduğu kimi, sovet sistemini xatırladır.
Oğlanlar ağ rəngdə köynək və qara, ya da tünd göy rəngdə şalvar geyinirlər. Bundan başqa, qırmızı pioner qalstuku da unutmaq olmaz. Qızlar isə elə həmin rəngdə köynək və önlüksüz yubkalar.

 Cənubi Koreyada isə vəziyyət fərqlidir 
Orda hər məktəbin .öz vahid məktəbli forması var. Bütün fərqliliklərə və geniş seçimə baxmayaraq, ümumi tendensiya özünü göstərir. Qızlar ağ köynək və yubka geyinir. Yubkanın rəngi və uzunluğu məktəbə görə dəyişir. Oğlanlar isə tünd rəngdə şalvar və ağ köynək. İlin soyuq fəsillərində isə bu geyimə pencək və jilet əlavə olunur.

Yaponiya məktəblərində oğlanlar bir az darıxdırıcı geyimdən istifadə edirlər – qara və boz rəngli şalvar-pencək.
Qızlarda isə seçim daha rəngarəng və əyləncəlidir. Bu, dama-dama və ya tünd rəngdə, kifayət qədər qısa yubkalar, dizə qədər olan corablar, istənilən rəngdə köynək və matroskalardır. Bundan başqa, hər yapon məktəbi müstəqil şəkildə öz şagirdlərinin necə geyinəcəyinə qərar verir. Hətta məktəbli geyiminin hazırlanması üçün məşhur dizaynerlərə də sifarişlər verilir.

Rusiya məktəblərində şagirdlərin üç növ geyimləri var.
Gündəlik, tədbir və idman geyimləri. Bunların hər üçü vahid geyim sayılır və ümumi qəbul olunmuş, təsdiqlənmiş modelə uyğun olmalıdır. Yeni məktəbli formalarında məktəbin emblemi də əks olunur.
Avstraliyada məktəbli forması ənənəvi britaniyalı formasını xatıradır.
Amma nisbətən azad və açıq. Avstraliya və Yeni Zelandiyada isti, Günəşli hava şəraiti ilə əlaqədar olaraq şlyapa da məcburi geyim atributudur. Yeni Zelandiya adası uzun müddət Britaniyaya tabe olub. Ona görə də ingilis stili hətta məktəblərdə də hiss olunur.

Afrikada məktəbli forması özünün fərqliliyi ilə insanları şoka salır.
Belə ki, siz bu ölkədə şagirdlərə təkcə göy və ya mavi geyimdə yox, eyni zamanda sarı, çəhrayı, narıncı və yaşıl rəngli məktəbli formasında da rast gələ bilərsiz.

Malayziyada məktəbli forması XIX əsrin sonlarında, hələ bura Britaniyanın koloniyası olan vaxtlarda qəbul edilib.
Formanın dizaynı 1 yanvar 1970-ci ildə standartlaşdırılıb. O da Britaniya məktəblərindəki formaları az-çox xatırladır…

Məktəbli geyiminin dəbi ilə bağlı qanunvericilik ilk dəfə Böyük Britaniyada qüvvəyə minib. Bu, 1552-ci ildə, ancaq bir məktəbdə – "Christ’s Hospital” adlı özəl məktəbdə tətbiq olunub. Dress-koda görə, məktəblilər tünd göy rəngdə jaket, onun altından jilet, dəri kəmər və dizdən bir az aşağıya qədər uzanan şalvar. Bu forma günümüzə qədər dəyişikliksiz gəlib çıxıb.

18-ci əsrdə isə hər bir ingilis məktəbində vahid məktəbli forması tətbiq olunurdu. Buna səbəb isə varlı-kasıb uşaqlarının arasında özünü kəskin göstərə biləcək və kasıbları kompleksə salacaq fərqləri aradan qaldırmaq idi. Hazırda isə Böyük Britaniya məktəblərində şagirdlərin necə geyinəcəyi ilə bağlı müstəqil qərarlar verilir. Belə ki, əgər adi məktəblərdə adi cins və köynək geyinmək mümkündürsə, dəbdəbəli, köhnə tarixi olan Clifton College kimi məktəblərdə ənənələr hakimdir. Ordakı məktəblilər olduqca ciddi, amma dəbli, tünd göy rəngli kostyum, jilet və kostyum geyinirlər.

Amma İngiltərə məktəbləri o qədər fərqli və rəngarəngdir ki, onları bir təsnifata sığışdırmaq qeyri-mümkündür.
Qara frak, jilet, nazik cızığı olan şalvarlı məktəbli dəstlərini də yaddan çıxarmaq olmaz. Məktəblilərin əksəriyyəti ağ qalstuk taxırlar. Amma yuxarı sinifdə təhsil alanların ağ kəpənək və ya italyan boğazlığından istifadə etmək hüququ var. 
valideyn.az



Загрузка...
Həmçinin oxuyun:
Bölgələrdə məktəbli forması problemi

Bölgələrdə məktəbli forması problemi

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Azərbaycanda vahid məktəbli forması tətbiq ediləcək tarix AÇIQLANDI

Azərbaycanda vahid məktəbli forması tətbiq ediləcək tarix AÇIQLANDI

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Bakıda vahid məktəbli forması ləğv edilir?

Bakıda vahid məktəbli forması ləğv edilir?

Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib

Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib

DİM imtahan nəzarətçilərinə xəbərdarlıq etdi:-"mini yubka geyinməyin"

DİM imtahan nəzarətçilərinə xəbərdarlıq etdi:-"mini yubka geyinməyin"

Məktəbli formasını "Bakı Tikiş Evi"ndən başqa yerdən almaq olmaz? - AÇIQLAMA

Məktəbli formasını "Bakı Tikiş Evi"ndən başqa yerdən almaq olmaz? - AÇIQLAMA

"Kim nə deyir, mənə maraqlı da deyil" - Məktəb direktorundan konkret cavab + Səsyazısı

"Kim nə deyir, mənə maraqlı da deyil" - Məktəb direktorundan konkret cavab + Səsyazısı

Bu şəxslərə məktəbli formaları pulsuz paylanacaq (RƏSMİ)

Bu şəxslərə məktəbli formaları pulsuz paylanacaq (RƏSMİ)

Məktəbli geyimlərinin qiyməti ilə bağlı - Açıqlama

Məktəbli geyimlərinin qiyməti ilə bağlı - Açıqlama

Müəllimlər oxuyun !!! Qadın müəllimlərin iş vaxtı  geyimləri necə  olmalıdır ?

Müəllimlər oxuyun !!! Qadın müəllimlərin iş vaxtı geyimləri necə olmalıdır ?

Məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib .

Məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib .

"Bu nə deməkdir? Necə yəni, formanı alın, çekini bizə gətirin?!"..Əməkdar müəllimdən sərt reaksiya

"Bu nə deməkdir? Necə yəni, formanı alın, çekini bizə gətirin?!"..Əməkdar müəllimdən sərt reaksiya

Eskpert: "Məktəblilərin ayrı-ayrı geyimdə olması düzgün deyil"

Eskpert: "Məktəblilərin ayrı-ayrı geyimdə olması düzgün deyil"

Şagirdlərə hansı gündəlik kitabçası alınmalıdır?

Şagirdlərə hansı gündəlik kitabçası alınmalıdır?

Bakıda 14 yaşlı məktəbli itkin düşüb

Bakıda 14 yaşlı məktəbli itkin düşüb

Milyarderdir, amma həmişə eyni köynək geyinir - səbəbini siz də bilin

Milyarderdir, amma həmişə eyni köynək geyinir - səbəbini siz də bilin

"Vaxtında övladlarına forma almağa gəlsinlər ki, sonra uzun növbədə dayanmasınlar”

"Vaxtında övladlarına forma almağa gəlsinlər ki, sonra uzun növbədə dayanmasınlar”

Maraqlı təhsil sistem.

Maraqlı təhsil sistem.

Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi

Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi

Müəllimlər oxuyaq !!! Kişi müəllimlərimizin iş vaxtı geyimləri necə olmalıdır ?

Müəllimlər oxuyaq !!! Kişi müəllimlərimizin iş vaxtı geyimləri necə olmalıdır ?

Azərbaycanda məktəbli dəftərinin üzərində biabırçı SƏHV -  FOTO

Azərbaycanda məktəbli dəftərinin üzərində biabırçı SƏHV - FOTO