AzTehsil.com


Xəbərlər
18 fevral 2020
1 751


Məktəblinin dostları təltif edilib



Məktəblinin dostları təltif edilib

 

"Məktəblinin dostu” layihəsinin əməkdaşları səmərəli  fəaliyyətlərinə görə təltif olunublar.

Təltifetmə mərasimində çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov məktəbdə şagird-şagird, müəllim-şagird münasibətlərinin tənzimlənməsində layihənin əhəmiyyətindən, əldə edilən müsbət nəticələrdən danışıb. Nazir müavini bildirib ki, "Məktəblinin dostu” layihəsi 70 ümumtəhsil məktəbini əhatə edir.

Hər bir şagirdə fərdi yanaşmanın vacibliyini  vurğulayan Firudin Qurbanov deyib ki, məktəblinin dostunun qarşısında duran əsas vəzifələrdən biri məktəbdə olan neqativ halların qarşısının alınmasında kömək etmək, şagirdlə dost olmaqdır. 

Daha sonra fəaliyyəti boyunca xüsusi təşəbbüskarlıq və peşəkarlıq nümayiş etdirən  "Məktəblinin dostu” layihəsinin 5 əməkdaşı, 2 psixoloq və 20 "Məktəblinin dostu" təltif edilib.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayından icrasına başlanılan "Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilir. Layihə ilk olaraq 30 məktəbdə fəaliyyətə başlayıb. Layihə çərçivəsində hazırda 300 əməkdaş çalışır. Layihə Bakı şəhəri üzrə 58 tam orta məktəb, 2 gimnaziya, 2 internat və 2 idman məktəbi  olmaqla ümumilikdə 64 ümumi təhsil müəssisəsini əhatə edir. Eləcə də Sumqayıtda 4, Abşeronda 2 ümumi təhsil müəssisəsində məktəblinin dostu fəaliyyət göstərir.

"Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

Layihənin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması nəzərdə tutulur.
edu.gov.az 



Загрузка...
Həmçinin oxuyun:
“Məktəblinin dostu” layihəsi

“Məktəblinin dostu” layihəsi

“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib

“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib

“Məktəblinin dostu” layihəsi üzrə yeni əməkdaşlar seçilir

“Məktəblinin dostu” layihəsi üzrə yeni əməkdaşlar seçilir

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

“Yay məktəbi” başa çatıb

“Yay məktəbi” başa çatıb

"Yay məktəbi" Bakıda 18 ümumtəhsil məktəbini əhatə edəcək

"Yay məktəbi" Bakıda 18 ümumtəhsil məktəbini əhatə edəcək

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

“Məktəblinin dostu” layihəsi üzrə imtahanların müsahibə mərhələsi başa çatır

“Məktəblinin dostu” layihəsi üzrə imtahanların müsahibə mərhələsi başa çatır

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

Yay məktəbində 400-dən artıq şagird iştirak edəcək

Yay məktəbində 400-dən artıq şagird iştirak edəcək

Karyera planlama təlimləri davam edir

Karyera planlama təlimləri davam edir

Təhsil naziri təlimləri izləyib

Təhsil naziri təlimləri izləyib

Şagirdlərin psixoloji problemlərinin qarşısını almaq işinə Təhsil İdarəsi qoşuldu

Şagirdlərin psixoloji problemlərinin qarşısını almaq işinə Təhsil İdarəsi qoşuldu

Məktəblinin dostu layihəsini bəyənib həyata keçirənlər bu xalqın etnopsixologiyasına yaxşı bələd deyillər

Məktəblinin dostu layihəsini bəyənib həyata keçirənlər bu xalqın etnopsixologiyasına yaxşı bələd deyillər

Maarifləndirici təlimin ilk günü başa çatıb

Maarifləndirici təlimin ilk günü başa çatıb

Təhsil naziri: “Hər bir şagirdinizi tanıyın”

Təhsil naziri: “Hər bir şagirdinizi tanıyın”

“Təhsil avtobusu - Nəsimi” layihəsi ilə bağlı 2019-cu ilin yekunlarına dair tədbir

“Təhsil avtobusu - Nəsimi” layihəsi ilə bağlı 2019-cu ilin yekunlarına dair tədbir

Məktəblərdə pis hadisələrin statistikası - Münaqişə, spirtli içki...

Məktəblərdə pis hadisələrin statistikası - Münaqişə, spirtli içki...

Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”

Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”

Ağstafaçayda batan məktəblinin meyiti tapılıb

Ağstafaçayda batan məktəblinin meyiti tapılıb

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

“Sağlam təhsil - sağlam millət” layihəsində şagird sayı 3748-ə çatdırılıb

“Sağlam təhsil - sağlam millət” layihəsində şagird sayı 3748-ə çatdırılıb

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

Nazir müavini Firudin Qurbanov Abşeronda gənc müəllimlərlə görüşüb

Nazir müavini Firudin Qurbanov Abşeronda gənc müəllimlərlə görüşüb