AzTehsil.com


Xəbərlər
30 avqust 2019
2 139


“Yay məktəbi” başa çatıb



“Yay məktəbi” başa çatıb

 

 
Avqustun 30-da "Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan "Yay məktəbi”nin bağlanış mərasimi keçirilib. "Yay məktəbi”nə şagirdlər arasında keçirilən "Bilik yarışı” ilə yekun vurulub.

"Bilik yarışı”nda Bakı şəhəri üzrə "Yay məktəbi”nin II mərhələsinin əhatə etdiyi 27 ümumi təhsil müəsssisəsinin VII-VIII sinif şagirdlərindən ibarət məktəblərin komandaları qalibiyyət uğrunda mübarizə aparıb.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, "Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, Təhsil Texnologiyaları Mərkəzinin direktoru Valeh Mirzəliyev, İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov iştirak edib.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb. İdarə müdiri layihənin şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılmasında, onlara asudə vaxtın səmərəli təşkili vərdişlərinin aşılanmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.

İki hissədən ibarət müsabiqənin nəticəsinə əsasən, BŞTİ-nin tabeliyindəki 102 və 3 nömrəli tam orta məktəblərin birləşmiş komandası I, 72 nömrəli məktəb-liseyin komandası II, 286 nömrəli tam orta məktəbin komandası isə III yerləri tutublar. Qalib komandalara hədiyyələr, diplomlar və medallar təqdim olunub.

Qeyd edək ki, BŞTİ-nin nəzdindəki ümumi təhsil müəssisələrində reallaşdırılmış "Yay məktəbi”ndə iyulda V-VI, avqustda VII-VIII sinif şagirdləri iştirak ediblər. Bu müddətdə 2000-dən çox məktəbli üçün təlim, seminar, informativ sessiya, ekskursiya,  idman yarışları və əyləncəli saatlar təşkil edilib.

"Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə uşaqlara keyfiyyətli təhsil imkanları yaratmaq, əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır.

Xatırladaq ki, "Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 35 ümumi təhsil müəssisəsində həyata keçirilir. Yeni tədris ilindən etibarən "Məktəblinin dostu” pilot layihəsinin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması planlaşdırılır. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.



Загрузка...
Həmçinin oxuyun:
Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

"Yay məktəbi" Bakıda 18 ümumtəhsil məktəbini əhatə edəcək

"Yay məktəbi" Bakıda 18 ümumtəhsil məktəbini əhatə edəcək

“Məktəblinin dostu” layihəsi üzrə yeni əməkdaşlar seçilir

“Məktəblinin dostu” layihəsi üzrə yeni əməkdaşlar seçilir

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

Bakı məktəbi “Hazırcavablar” intellektual oyununda qalib gəlib

Bakı məktəbi “Hazırcavablar” intellektual oyununda qalib gəlib

Yay məktəbində 400-dən artıq şagird iştirak edəcək

Yay məktəbində 400-dən artıq şagird iştirak edəcək

“Məktəblinin dostu” layihəsi üzrə imtahanların müsahibə mərhələsi başa çatır

“Məktəblinin dostu” layihəsi üzrə imtahanların müsahibə mərhələsi başa çatır

İntellektual qarşılaşmanın növbəti qalibi müəyyənləşib - Bu məktəb...

İntellektual qarşılaşmanın növbəti qalibi müəyyənləşib - Bu məktəb...

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəbliləri arasında intellektual oyunun qalibləri bəlli olub

Paytaxt məktəbliləri arasında intellektual oyunun qalibləri bəlli olub

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB

Valideyinlər şagirdlərin dərsini izlədilər

Valideyinlər şagirdlərin dərsini izlədilər

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

“Ağıllı Büdcə” layihəsi çərçivəsində poster yarışı

“Ağıllı Büdcə” layihəsi çərçivəsində poster yarışı

Qusar orta məktəbi pilot layihədə qalib olub

Qusar orta məktəbi pilot layihədə qalib olub

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

BŞTİ: «Son zəng» günü məktəblərdə təhlükəsizlik tədbirləri tam təmin olunacaq

BŞTİ: «Son zəng» günü məktəblərdə təhlükəsizlik tədbirləri tam təmin olunacaq

“Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” layihəsi çərçivəsində tədbir keçirilib

“Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” layihəsi çərçivəsində tədbir keçirilib

“Xəyal et” İKT yay düşərgəsinin bağlanış mərasimi

“Xəyal et” İKT yay düşərgəsinin bağlanış mərasimi

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb

Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Şamaxıda yekunlaşıb

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Şamaxıda yekunlaşıb

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Nərimanovda təhsil müzakirələrinə Start Verildi