AzTehsil.com


Xəbərlər / Müəllim
25 iyul 2019
3 359


“Məktəblinin dostu” layihəsi üzrə yeni əməkdaşlar seçilir



“Məktəblinin dostu” layihəsi üzrə yeni əməkdaşlar seçilir

 

 
İyulun 25-də Təhsil Nazirliyi ilə "ASAN xidmət”in birgə həyata keçirdiyi "Məktəblinin dostu” pilot layihəsi üzrə imtahanların müsahibə mərhələsinin başlanılması ilə bağlı 3 saylı "ASAN Xidmət” mərkəzində tədbir keçirilib.

Millət vəkillərinin, təhsil ekspertlərinin, media qurumları rəhbərlərinin və KİV nümayəndələrinin iştirak etdikləri tədbiri Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açaraq "Məktəblinin dostu” layihəsinin əhəmiyyətindən, təhsilin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, layihənin əsas məramı müəllim və şagirdlər üçün təhlükəsiz mühitin yaradılması, ilk tibbi və psixoloji yardımın göstərilməsi, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə, diaqnostik işlərin aparılmasıdır.

Sonra layihənin rəhbəri Rüstəm Ağayev çıxış edərək imtahanların keçirilməsində məqsədin 2019-2020-ci tədris ilindən əhatə dairəsi genişləndirilən "Məktəblinin dostu” pilot layihəsinə  əməkdaşların seçilməsi olduğunu söyləyib. Qeyd olunub ki, imtahanlarda iştirak etmək üçün 724 gənc müraciət edib və onlardan 400-dən çoxu test mərhələsində uğur qazanıb. İmtahanların test mərhələsində namizədlərə 50 sual (ümumi və psixoloji) təqdim edilib. Onların əsasən, Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılıb. Seçilmiş namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanıblar. Müsahibə mərhələsində ictimai fəallığı ilə seçilən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə malik namizədlərə üstünlük veriləcək. Bu mərhələdən uğurla keçən namizədlər təlimlərə cəlb olunacaqlar. Təlimlərin sonunda qiymətləndirmənin nəticələrinə əsasən seçilmiş namizədlər "Məktəblinin dostu” olacaq.

Tədbirdə çıxış edənlər "Məktəblinin dostu”nun şagirdlərin davamiyyətində, məktəblilər arasında pis vərdişlərin aradan qaldırılmasında böyük rolu olacağına əminliklərini bildiriblər.

Sonra layihə üzrə imtahanların müsahibə mərhələsinə başlanılıb.

Qeyd edək ki, "Məktəblinin dostu” pilot layihəsi hazırda 35 məktəbdə fəaliyyət göstərir və yeni tədris ilindən etibarən layihənin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması planlaşdırılır.



Загрузка...
Həmçinin oxuyun:
ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

Yay məktəbində 400-dən artıq şagird iştirak edəcək

Yay məktəbində 400-dən artıq şagird iştirak edəcək

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

"Yay məktəbi" Bakıda 18 ümumtəhsil məktəbini əhatə edəcək

"Yay məktəbi" Bakıda 18 ümumtəhsil məktəbini əhatə edəcək

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

Şagirdlərin psixoloji problemlərinin qarşısını almaq işinə Təhsil İdarəsi qoşuldu

Şagirdlərin psixoloji problemlərinin qarşısını almaq işinə Təhsil İdarəsi qoşuldu

Məktəblərdə pis hadisələrin statistikası - Münaqişə, spirtli içki...

Məktəblərdə pis hadisələrin statistikası - Münaqişə, spirtli içki...

Məktəblinin dostu layihəsini bəyənib həyata keçirənlər bu xalqın etnopsixologiyasına yaxşı bələd deyillər

Məktəblinin dostu layihəsini bəyənib həyata keçirənlər bu xalqın etnopsixologiyasına yaxşı bələd deyillər

Karyera planlama təlimləri davam edir

Karyera planlama təlimləri davam edir

“Sağlam təhsil - sağlam millət” layihəsində şagird sayı 3748-ə çatdırılıb

“Sağlam təhsil - sağlam millət” layihəsində şagird sayı 3748-ə çatdırılıb

Müəllimlərin işə qəbulu üzrə imtahanların tarixi

Müəllimlərin işə qəbulu üzrə imtahanların tarixi

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Maarifləndirici təlimin ilk günü başa çatıb

Maarifləndirici təlimin ilk günü başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsinin ikinci turu

“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsinin ikinci turu

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günü

“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsinin regionlar üzrə müsahibə mərhələsi

“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsinin regionlar üzrə müsahibə mərhələsi

Təhsil naziri: “Hər bir şagirdinizi tanıyın”

Təhsil naziri: “Hər bir şagirdinizi tanıyın”

Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir

Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Təhsil Nazirliyində press brifinq

Təhsil Nazirliyində press brifinq

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində yenilik edilib

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində yenilik edilib