AzTehsil.com


Xəbərlər / Direktor / Müəllim
14 iyun 2021
2 240


Elşən Qafarov : Məktəblərdə şagirdlərin daxili intizam qaydaları haqqında təlimat.



 

Daxili intizam qaydaları şagirdlərin həyat və sağlamlığının təminatına , tədris prosesinin təhlükəsizliyinin təminatına, məktəbdə , hər bir şagirdin uğurlu təliminə köməklik edən, normal iş şəraitinin yaradılmasına, şəxsiyyətə və onun hüquqlarına hörmətin tərbiyə edilməsinə, davranış mədəniyyətin və ünsiyyət bacarıqlarının inkişafına istiqamətlənib. 


Daxili intizam qaydaları məktəbə ( məktəbdən) buraxılış qaydalarını və məktəb ərazisində davranış qaydalarını müəyyn edir.
Daxili intizam qaydaları Azərbaycan Respublikasının Təhsil Qanunu ,təhsil məsələləri üzrə digər normativ aktların , Ümumtəhsil məktəbinin Nizamanməsinin əsasında qəbul olunub. 

Hazırkı qaydaların təsiri bütün şagirlərə, onların valideynlərinə( qanuni nümayəndələrin, onları əvəz edən şəxslərin) , həm dərs zamanı , həm dərsdənkənar zaman məktəbin ərazisində olan digər vətəndaşlara aiddir.
 
Daxili intizam qaydaları hamının tanış ola bildiyi yerdə asılır və həmçinin müəssisənin saytında yerləşdirilə bilər. 

1. Ümumi müddəalar 

1.1.Şagirdlər və məktəbin işçiləri məktəbin Nizamnaməsinin tələblərini , Daxili Intizam Qaydalarını, mıktəb rəhbərliyinin əmr və göstərişlərini ( vəzifə səlahiyyətləri çərçivəsində ) və məktəbin digər lokal aktlarını yerinə yetirməlidir. 

1.2. Şagirdlər, onların valideynləri və məktəbin işçiləri bir birlərinə hörmət etməlidir , şəxsiyyətin şərəf və ləyaqətini alçaldan hərəkət və ifadələrə yol verməməlidirlər. 

1.3. Məktəbdə təhsil prosesinin təşkili tədis proqramları və dərs cədvəlinə uyğun həyata keçirilir. Dərs cədvəli şagirdlərin, tələbələrin yeməkləri üçün kifayət qədər davam edən tənəffüs nəzərdə tutur. 

1.4. Məktəbdə dərslər məktəbin direktoru təsdiq etdiyi cədvələ uyğun aparılır, cədvəl hamının tanış olması üçün əlçatan yerdə asılır. 

1.5. Dərslərin və tənəffüslərin müddəti , zənglərin cədvəli məktəbin direktorun əmri ilə müəyyən olunur.

1.6. İdman seksiyaları, dərnəklər, təlim emalatxanaları məktəbin direktorun təsdiq etdiyi cədvəl üzrə işləyirlər. 

1.7. Sinifdənkənar tədbirlərin keçirilməsi məktəbin direktorun təsdiq etdiyi plan üzrə həyata keçirilir. 

1.8.Təhsil prosesi zamanı şagirdlərə məktəbin binasını tərk etməyə qadağandır.

1.9.Şagirlərin məktəbli forması məktəbin Nizamnəməsi ilə müəyyən olunur,şagirdin xarici görünüşü məktəbdə müəyyən olunan tələblərə uyğun olmayan halda və həmçinin dərslərə gecikəndə, şagirdləri dərsə buraxmamaq qadağandır.

1.10. Şagirdlərin dərsdən qovulması qadağandır. 

1.11. Dərs zamanı uşaqların məktəbdə azad, nəzarətsiz gəzməyi yolverilməzdir. 

1.12. Tənəffüs vaxtını dərsin keçirilməsi üçün istifadə edilməsi yolverilməzdir.

1.13. Şagirdlər, məktəbin işçiləri və valideynlər məktəbin əmlakına ehtiyalta yanaşmalıdırlar , məktəbin binasında və onun ərazisində təmizliyə riayət etməlidirlər.

1.14.Şagirdin və ya məktəb işçisinin şəxsiyyətinə və ya əmlakına dəymiş zərərə görə və həmçinin məktəbin əmlakına dəymiş zərərə görə məsuliyyətin miqdarı və belə zərərin ödənilmə qaydası Azərbaycan Respublikasının mülki qanunvericiliyinin müddəaları ilə müəyyən edilir. 

1.15. Məktəb ərazisinə istənilən məqsədlə silah gətirmək və istənilən üsulla onu istifadə etmək qadağandır, o cümlədən oyuncaq plastmas güllələrlə;kəsən və sancan əşyaları, partlayıcı və yanğın təhlükəlimaddələri, o cümlədən: petardaları və qaz balonlarını; istənilən alkohol içkilərini , o cümlədən pivə; tütün məmulatlarını, o cümlədən çəkilən qarışıqları; tibbi preparatlarını, narkotik, toksik digər bihuşedici maddələri və zəhərləri

1.16. Məktəbin ərazisində və binasında tütün çəkmək qadağandır. Məktəbin ərazisində istənilən alkohol içkilərini , o cümlədən pivə; tütün məmulatlarını, o cümlədən çəkilən qarışıqları; tibbi preparatlarını, narkotik, toksik digər bihuşedici maddələri və zəhərləri istifadə etmək və yaymaq qadağandır. 

1.17. Məktəbin ərazisində qumar oyunları oynamaq,şagirdlərin iştirakı ilə nə isə satmaq qadağandır. 

1.18. Məktəbdə qeyri-normativ leksika və əl ilə vurma qadağandır.

1.19. Hazırkı qaydaların 1.15-1.18 bəndlərini pozmasına görə, şagird məktəbdaxili qeydiyyata salınmalıdır`` ( məlumat şəxsi işə daxil edilməklə). Əgər şagird dəfələrlə hazırkı qaydaların 1.15-1.18 bəndlərini pozubsa, məktəb direktoru şagird haqqında daxili işlər orqanın yeniyetmələrlə iş üzrə bölməsinə və həmçinin yeniyetmələrin işi üzrə və onların hüquqlarının müdafisəi üzrə komissiyaya məlumat verə bilər.

Şagirdin hazırkı qaydaların 1.15-1.18 bəndlərini pozma halları haqqında məktəbin vəzifəli şəxsləri şagirdin valideynlərinə ( qanuni nümayəndələrinə) məlumat verirlər. 

1.20. Məktəbin ərazisində yiyəsiz və ya şübhəli əşyaların aşkar edilməsi haqqında dərhal məktəbin mühafizəçisinə , müəllimlərdən hər hansı birinə və ya məktəb rəhbərliyinə xəbır verilir. 

1.21. Qarderoba ( əgər məkrəbdə qarderob varsa )təhvil verilən üst paltarın ciblərində pul, açar, yol biletini, digər qiymətli əşyaları qoymağa tövsiyyə edilmir – məktəb onların itirilməsinə görə məsuliyyət daşımır. 

1.22. Məktəbin ayrı-ayrı otaqlarında (kompüter sinifi, kimya, fizika və s. kabinetlər) xüsusi davranış qaydaları müəyyən edilir. 

2. Məktəbdə buraxılış rejimi. 

2.1. Məktəbin işçiləri üçün məktəbə giriş saat 7.30-da başlayır. ( saat 8.00-da dərs başlayırsa )

2.2. Şagirdlər üçün məktəbə giriş dərslərin başlanmasına 30 dəqiqə qalmış açılır, kabinetlərə giriş dərslərin başlanmasına 30 dəqiqə qalmış açılır.

2.3.Təlimləri birinci dərsdən başlamayan şagirdlər üçün məktəbə giriş bundan əvvəlki dərsdən tənəffüsə zəngdən başlayır. 

2.4. Dərsdən sonra şagirdlərin məktəbə girişi , məktəb direktoru təsdiq etdiyi cədvələ uyğun, əlavə dərslərə və tədbirlərə, seksiya və dərnəklərə mümkündür. 

2.5. Şagirdlərin məktəbdə olmaları saat 20 .00 qədər yolveriləndir.

2.6 İşçilərin məktəbdə olmaları saat 20 .00 qədər yolveriləndir. 

2.7. Məktəbə giriş saat 20 .00-da bağlanır. 

2.8. Məktəbdə saat 20 .00-dan sonra şagirdlərin olmasına ancaq məktəb direktorunun icazəsi ilə yol verilir.

2.9.Tətil zamanı şagirdlər məktəbə , məktəb direktorunun təsdiq etdiyi tədbirlər planına uyğun, buraxılır.

3. Məktəb üzrə növbətçilik.

3.1. Növbətçi sinif və növbətçi müəllim, dərslərin başlanmasından 40 dəqiqə əvvəl məktəbə gəlirlər. 

3.2. Müəllimin növbətçiliyi dərslərin başlamasından 30 dəqiqə əvvəl başlayır və məktəbdə sonuncu dərsin qurtarmasından 15 dəqiqədən sonra bitir.

3.3. Növbətçi sinifin növbətçiliyi dərslərin başlamasından 30 dəqiqə əvvəl başlayır və növbətçi sinifin sonuncu dərsin qurtarmasından 15 dəqiqədən sonra bitir.

3.4. Növbətçi sinifin vəzifəsinə, dərslərdən əvvəl və sonra, tənəffüs zamanı və həmçinin soyunma otağında və yeməkxanada ( bufetdə ), şagirdlərin intizama riayət etmələri daxildir.

3.5. Şagirdlər növbətçi sinifin şagirdlərin və növbətçi müəllimin tələblərinə tabe olmalıdırlar. 

4. Şagirdlərin öhdəlikləri. 

4.1. Şagirdlər məktəbə gecikmədən, dərslərin başlanmasından əvvəl , vaxtında gəlməlidirlər. 

4.2. Məktəbə gələrkən, şagirdlər üst paltarlarını çıxartmalıdırlar, dəyişik ayaqqablarını geyinməlidirlər, paltar və ayaqqablarını qarderoba verməlidirlər (məktəbdə qarderob yoxdursa o zaman sinifdə paltar üçün qoyulmuş şkaflarda qoyulur ), sinif otağında öz tutmalıdırlar və növbəti dərsə bütün lazım olan dərs ləvazimatlarını hazırlamalıdırlar.

4.3.Şagirdlər məktəbə bütün lazım olan dərslikləri, dəftərləri, vəsaitləri , alətləri və yazı ləvazimatlarını gətirirlər. 
4.4. .Şagirdlər, məktəbdə müəyyən olunmuş xarici görünüşə olan tələblərə riayət etməlidir.

4.5. Bədən tərbiyəsi dərsində şagirdin idman forması olmalıdır. Forması olmayan və həmçinin idman dəsrlərindən azad edilmiş şagird idman zalında olmalıdır. 

4.6. Dərsləri buraxan zaman, şagird, olmamasının səbəbinin üzürlü olmasını təsdi edən sənəd təqdim edir.

4.7. Şagirdlər məktəbin əmlakına ehtiyatla yanaşmalıdırlar, məktəbin binasında və onun ərazisində təmizliyə və intizama riayət etməlidirlər.  Şagirdlərin məktəbin divarlarda və mebelinin üzərində istənilən yazıları yazmağa və ( və ya ) şəkilləri çəkməyə qadağandır. 

4.8. Şagirdlin məktəbin əmlakına dəymiş zərərə görə maddi məsuliyyət, onun valideynlərinin ( qanuni nümayəndələrinin) üzərinə qoyula bilər. 

5. Məktəbdə ümumi davranış qaydaları. 

5.1. Dərs zamanı şagird, dərs cədvəlinə uyğun olaraq, müvafiq kabinetdə olmalıdır. 

5.2. Dərs zamanı şagirdlər diqqətlərini yayındırlamalıdırlar və digər uşaqları dərsdən yayndırmamalıdırlar Səs salmaq, kənar söhbətlər aparmaq, musiqiyə qulaq asmaq, dərsə aid olmayan işlərlə məşqul olmaq yolverilməzdir.

5.3. Dərs zamanı müəllimlərə yemək ( o cüməldən saqqız və konfet) yeməyə icazə verilmir, içməli su və dərmanlar istisna olmaqla və həmçinin mobil telefonlardan istifadə etməyə icazə verilmir.

5.4. Dərs zamanı şagirdlərə yemək ( o cüməldən saqqız və konfet) yeməyə icazə verilmir, içməli su və dərmanlar istisna olmaqla , həmçinin mobil telefonlardan , elektron oyunlardan istifadə etməyə, musiqiyə qulaq asmağa və ya filmə baxmağa, dərslərdən yayındıran işlərlə məşqul olmağa icazə verilmir.Valideynlər əvvəlcədən sinif rəhbərini uşağın konkret dərmanı qəbul etməsinin zəruriyyəti haqqında , yazılı formada xəbərdar etməlidir. 

5.5. Dərs zamanı şagirdlərin və müəllimlərin mobil telefonları " səssiz " rejimində işləməlidir.

5.6. Dərs zamanı şagirdlərin , onlar dərsdən sonra müəllimə qaytardıqları, məktəb inventarından istifadə etmək hüquqları var. 

5.7. Məktəblərin ayrı-ayrı otaqlarında ( kompüter sinifi, kimya, fizika və s. kabinetləri ), müəllimlər və şagidrlər xüsusi müəyyən edilmiş davranış qaydalarına riayət etməlidirlər.

5.8. Tənəffüs zamanı şagird öz iş yerini səliqəyə salmalıdır, növbəti dərsə lazım olan hər bir şeyi hazırlamalıdır., müəllim xahiş etsə, kabinetdən çıxmalıdır ; mərtəbə üzrə növbətçilərin tələblərinə tabe olamlıdır, digər şagirdlərə istirahət etməyə mane olmamalıdır.
5.9. Tənəffüs zamanı şagirdlər məktəbdə sərbəst gəzə bilərlər , təhlükəsizlik məqsədi ilə, onlara olmaqları qadağan edilmiş yerlərdən başqa( çardaq, zirzəmi, mətbəx, fizika və kimya laboratoriyası və s.) .

5.10. Tənəffüs zamanı bir-birlərini itələmək, dalaşmaq , digər uşağa və ya böyüyə xəsarət yetirə bilən əşyaları atmaq, kobud və ya həddindən artıq fiizki gücü tətbiq etmək, sürahı üzərinə sürüşmək qadağandır. 

5.11. Şagirdlərə pəncərə altı üzərində oturmaq qadağandır. 

5.12. Şagirdlərə nəfəslikləri açmaq qadağandır.

5.13. Tənəffüs zamanı şagirdlərə məktəbin binasını tərk etməyə, o cümlədən artırmaya çıxmağa icazə verilmir. 

5.14.Şagirdlərə, yeməkxanadan yemək və içkiləri çıxartmaq qadağandır.

6. .Şagirdlərin evə getmək qaydaları.

6.1. Sonuncu dərsi aparan 1-4 sinif müəllimi, uşaqları , paltar soyunan otağa aparır , onlara geyinməyə kömək edir və sinifin bütün şagirdləri məktəbdən gedənə qədər, orada qalır.

6.2. Günü uzadılmış qruplara gedən uşaqların evə getmək qaydası və vaxtı, uşağı günü uzadılmış qrupa daxil edən vaxtı , valideynlərin (qanuni nümayəndələrinin, onları əvəz edən şəxslərin ) ərizəsi üzrə müəyyən edilir. 

6.3.Şagirdlər məktəbi, öz siniflərində dərslərin qurtarmasından 15 dəqiqədən gec olmayaraq tərk , dərsdənkənar tədbilərin planı ilə nəzərdə tutulmuş hallardan başqa. 

6.4.Əgər uşaq məktəbdən müəyyən edilmiş vaxtdan tez getməlidir, o ancaq sinif rəhbərinin icazəsi ilə, valideynlərin ( qanuni nümayəndələrin, onları əvəz edən şəxslərin) yazılı ərizəsi əsasında, gedir.

Вu qayda bütün hallara aiddir, uşaq məktəbdən tək və ya valideynlərin müşayiəti ilə getməsindən asılı olmayaraq.

7. Məktəbə davamiyyət qaydaları 

7.1. Valideynlərə( qanuni nümayəndələrə, onları əvəz edən şəxslərə) səhər-səhər, birinci dərs başlayandan əvvəl və həmçinin, dərs prosesini pozmamaq üçün , dərs zamanı məktəbə gəlmək tövsiyyə edilmir.( təxirəsalınmaz hallar istisna olmaqla və ya bunun haqqında əvvəlcədən müəllimlə və ya məktəbin vəzifəli şəxsi ilə razılıq olarkən )

7.2.Öz uşağının təlimi və tərbiyəsi ilə bağlı bütün məsələlər üzrə, valideynlər dərslərdən sonra , qəbul üçün müəyyən edilmiş vaxtda və gündə və ya əvvəlcədən qarşılıqlı razılıq üzrə müəyyən edilmiş vaxtda məktəbin pedaqoji işilərinə yanaşa bilərlər.

7.3. Məktəbin təhsil prosesi və fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə,valideynin məktəb direktoruna şifahi və ya yazılı müraciət etmək hüququ var və ya qəbul üçün müəyyən edilmiş vaxtda və gündə gəlmək hüququ var.

7.4. Dərslər qurtaran vaxtı öz uşaqlarını qarşılamağa gələn valideynlər , onları həyətdə gözləyirlər. 

7.5.Məktəbə gələrkən, bütün gələnlərə, yanlarında şəxsiyyəti təsdiq edən sənədin olması və onu mühafiizıçiyə təqdim etməsi tövsiyyə olunur. 

7.6. Məktəbə gələnlər istənilən halda mühafuzəciyə öz soyadlarını, adlarını, ataların adlarını, öz uşağın adını, oxuduğu sinifi və yanına getdilkləri şəxsi qeyd edirlər. 

7.7.Məktəbdə bütün gələnlərin yazılı uçotu aparılır, onların adları, soyadları , atasının adları , onların gəlmə və getmə vaxtı qeyd edilməklə . 

7.8. Məktəbin məsul vəzifəli şəxsləri, müəllimlər valideyn içlaslarının, valideynlərlə görüşün keçirilməsinin yeri və vaxtı haqqında mühafizəçiləri xəbərdar etməlidirlər.

7.9. Məktəbə gələnlərə məktəbə iri qabaritli əşyalarla keçməyə icazə verilmir, əks halda onları mühafizə  otağında qoyurlar və ya mühafizəçiyə ona baxmağa icazə vcerirlər. 

7.10. Məktəbə gələn, məktəbə müəyyən edilməmiş( əvvəlcədən razılaşdırılmamış) vaxtda gələn zaman, mühafizəçi gələnin şəxsiyyətini və gəlmə məqsədini araşdırır və onu məktəbə ancaq növbətçi müəllimin və ya direktorun icazəsi ilə buraxır. 

7.11. Məktəbə istənilən adamların keçməsi, özlərinin adlarını deməkdən və gəlmə məqsədlərini deməkdən imtina etdikləri halda, qadağandır

7.12. Dövlət orqanların , yerli özünüidarəetmə orqanların nümayəndələri, digər səlahiyyətli şəxslər vəsiqələrini təqdim edəndən sonra məktəbə keçirlər. Onların gəlmələri haqqında mühafizəçi, məktəbin dikektoruna   məruzə edir,( əgər onların gəlmələri haqqında əvvəlcədən məlumat verilməyibsə )

7.13.Məktəbin binasına gələnlərin buraxılması ( keçməsi) ilə bağlı mübaisəli vəziyyətlərin yaranması zaman,mühafizəçi növbətçi müəllimə və ya direktora mütləq bildirməklə, təlimata uyğun hərəkət edir, 

Təlimatla valideyin və şagirdi tanış etdim , sinif rəhbəri : ____________________________

Tanış oldum, valideyin :_____________________________________________

Tanış oldum ,şagird :_______________________________________________________

Hazırladı : Elşən Qafarov. 



Загрузка...
Həmçinin oxuyun:
Ümumtəhsil məktəblərində şagirdlərin daxili intizam qaydaları haqqında təlimat

Ümumtəhsil məktəblərində şagirdlərin daxili intizam qaydaları haqqında təlimat

Şagirdin nizam-intizam qaydalarını kobud şəkildə pozması nə ilə nəticələnir

Şagirdin nizam-intizam qaydalarını kobud şəkildə pozması nə ilə nəticələnir

Məktəbin kimya kabinetində (laboratoriyasında) şagirdlər işləyən zamanı əməyin qorunması haqqında TƏLİMAT

Məktəbin kimya kabinetində (laboratoriyasında) şagirdlər işləyən zamanı əməyin qorunması haqqında TƏLİMAT

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

MƏKTƏBLƏRDƏ QADAĞAN OLUNAN 4 HAL

MƏKTƏBLƏRDƏ QADAĞAN OLUNAN 4 HAL

KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib

KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib

Məktəbdə davranış qaydaları

Məktəbdə davranış qaydaları

Məktəbdə və sinifdə  şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird davranış qaydaları

Şagirdlərin şəxsi işləri necə hazırlanır

Şagirdlərin şəxsi işləri necə hazırlanır

OXUYUN !!! Məktəbdə işləyən bütün işçilərin əsas vəzifələri

OXUYUN !!! Məktəbdə işləyən bütün işçilərin əsas vəzifələri

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Müəllimlər nəyə diqqət etməlidir

Müəllimlər nəyə diqqət etməlidir

DAVRANIŞ QAYDALARI

DAVRANIŞ QAYDALARI

Məktəblilər hansı hallarda dərsə buraxılacaq - TƏLİMAT

Məktəblilər hansı hallarda dərsə buraxılacaq - TƏLİMAT

KRİMİNAL HESABLAŞMA - Məktəbin direktoru cidd-cəhdlə hadisəni ört-basdır etməyə çalışır

KRİMİNAL HESABLAŞMA - Məktəbin direktoru cidd-cəhdlə hadisəni ört-basdır etməyə çalışır

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Bakıda 675 müəllim tədrisə cəlb olunmayıb

Bakıda 675 müəllim tədrisə cəlb olunmayıb

Bakıda məktəb direktoru müəllimdən hicabını açmağı tələb edib? - RƏSMİ AÇIQLAMA

Bakıda məktəb direktoru müəllimdən hicabını açmağı tələb edib? - RƏSMİ AÇIQLAMA

Mövcud vəziyyət davam etsə, iki həftə sonra tədris prosesi yenidən dayandırılacaq - ŞƏRH

Mövcud vəziyyət davam etsə, iki həftə sonra tədris prosesi yenidən dayandırılacaq - ŞƏRH

Sinif jurnalının yazılması ilə bağlı təlimat

Sinif jurnalının yazılması ilə bağlı təlimat

I sinfə qəbul zamanı işıq pulu qəbzi tələb edilir

I sinfə qəbul zamanı işıq pulu qəbzi tələb edilir

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

İki qardaş iki həftədir dərsə gedə bilmirlər