AzTehsil.com


Xəbərlər / Müəllim / Şagird
07 mart 2021
5 442


Məktəbdə davranış qaydaları



Məktəbdə davranış qaydaları

  

 

İnsanlar arasında müəyyən qanunlar, davranış normalarının mövcudluğuna ehtiyac duyulmuşdur. Çünki insanlar arasındakı münasibətləri tənzimləyən normalar olmasa, özbaşnallıq və xaos hökm sürər, cəmiyyət idarəolunmaz hala gələ bilər. Ona görə də, hər bir dövrə uyğun cəmiyyətdə davranış qaydaları müəyyən edilir.

«Davranış qaydaları” şagirdlərə öyrədilərkən onların psixologiyası nəzərə alınmaqla müşahidə və fəallığın dialektiv vəhdət təşkil etməsinə nail olmalıdır. Çünki, şagirdin gələcəkdə cəmiyyətin fəal üzvü olması və qanunlara əməl etməsi üçün elə məktəb dövründə sadəlik-mürəkkəblə, fərdidən ümumiyə doğru inkişaf etdirilməlidir.

Məktəb kiçik bir cəmiyyətdir. Sinif isə müqaisədə ondan bir qədər kiçikdir. Siniflər məktəbi əmələ gətirir. Bir anlığa təsəvvür edək ki, təxminən 600 şagirdin təhsil aldığı məktəbdə heç bir davranış qaydası yoxdur. O zaman hansı mənzərə ilə rastlaşırıq? Əlbəttə ki, özbaşnallıq yaranar. Buna görə də, sinif və məktəb üçün davranış qaydaları tərtib olunmuşdur. Həmin Qaydalar əsasən I-IV siniflər, V-VIII siniflər və IX-XI siniflər üçün ayrılıqda tərtib olunur. Sual oluna bilər ki, bir məktəbdə 3 növ davranış qaqydasının müəyyən edilməsi qaydası haradan yaranmışdır?

Məlumdur ki, I-IV sinif şagirdləri hələ çox kiçikdirlər. Onlardan çox şey tələb etmək mümkün deyil. I sinifə yenicə qəbul olun-muş uşaq məktəblə, onun xüsusiyyətləri ilə və yoldaşları ilə tanış olur. Onlar çox vaxt daraxır, evə getməyə tələsirlər. Getdikcə məktəbə alışan uşaqlar daxili nizam-intizam qaydalarını öyrənir və ona əməl edirlər.

V-VIII sinif şagirdləri nisbətən böyük olduqlarından „Davranış qaydaları”nda onların qarşısına qoyulan tələblər də dəyişir.

IX-XI sinif şagirdləri isə artıq müstəqil həyata hazırlaşdıqlarından, dünya görüşləri genişləndiyindən bir qədər də mürəkkəbləşir.

Unutmaq olmaz ki, "Davranış qaydaları”nda şagirdlərin vəzifələri xatırladılır. Bu qaydaların müddəalarında müəyyən qadağan-edici normalar vardır. „Bunu etmək olmaz” fikrini həmişə yadda saxlamaq lazımdır. Çünki, elə hərəkətlər var ki,yaşından asılı olmayaraq onu etmək heç bir insana başucalığı gətirmir.

Hər ailənin də özünəməxsus "Davranış qaydaları”nın olduğunu və məktəbin böyük bir ailə olduğunu nəzərə alsaq, biz ailədə olduğu kumi, məktəbdə də „Davranış qaydaları”na əməl etməliyik.
Təcrübəli pedaqoqların fikrincə uşaq ailənin güzgüsüdür.Məktəbə gələn hər bir məktəbli öz ailəsindəki tərbiyəni, "Davranış qaydaları”nı təcəssüm etdirir. Odur ki, hər bir şagird öz ailəsi haqqında mənfi fikir yaranmasın deyə, ağıllı və normal şəkildə hərəkət etməyə borcludur.

Sinif davranış qaydalarını sinif davranış qaydalarını şagirdlər sinif rəhbəri ilə birlikdə tərtib edə bilər. Növbətçilik cədvəli, sinif təşkilatı bölgüsü deyilən „Davranış qaydaları”nın bir nümunəsidir.* Yuxarıda qeyd etdiyimiz kimi, I sinifdən XI sinifə qədər "Davranış qaydaları”nın dəyişməsinin bir səbəbi də getdikcə yetkinləşən məktəblinin müstəqil həyata, cəmiyyətin qanunlarına uyğunlaşması üçün hazırlıq məqsədi daşıyır.
 
Müstəqil həyatda tələblər dəyişir. Uşaq olarkən heç bir məsuliyyət daşınılmayan məsələlərdə belə müəyyən məsuliyyət müəyyən edilir. Ona görə də, məktəblilər „Davranış qaydaları”na əməl etmək və gələcəkdə qanunlara hörmət etmək, cəmiyyətdə özünü idarə etmək vərdişlərinə yiyələnmiş olurlar.
Bir sözlə, məktəb və sinif şagird davranış qaydaları ən sadə cəmiyyət qanunlarıdır və onlara əməl etməklə hər bir şəxs özünün yetkin şəxsiyyət kimi formalaşmasına zəmin yaradır.



Загрузка...
Həmçinin oxuyun:
Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

DAVRANIŞ QAYDALARI

DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə  şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird davranış qaydaları

Qrup işində müəllimlərin və şagirdlərin davranış qaydaları

Qrup işində müəllimlərin və şagirdlərin davranış qaydaları

Pandemiya ilə bağlı məktəblərdə davranış qaydaları hazırlanıb - RƏSMİ

Pandemiya ilə bağlı məktəblərdə davranış qaydaları hazırlanıb - RƏSMİ

ADPU-nun Ağcabədi Filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

ADPU-nun Ağcabədi Filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Şagirdin nizam-intizam qaydalarını kobud şəkildə pozması nə ilə nəticələnir

Şagirdin nizam-intizam qaydalarını kobud şəkildə pozması nə ilə nəticələnir

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

İngilis dili müəllimi davranışındakı uyğunsuzluğa görə işdən azad olunub

İngilis dili müəllimi davranışındakı uyğunsuzluğa görə işdən azad olunub

Uşaqlarda davranış və hiperaktivlik

Uşaqlarda davranış və hiperaktivlik

Uşaqlarda davranış pozuntusu və səbəbləri

Uşaqlarda davranış pozuntusu və səbəbləri

Qadağaları uşaqlara  hansı üsullarla izah etmək daha məqsədəuyğun olar?

Qadağaları uşaqlara hansı üsullarla izah etmək daha məqsədəuyğun olar?

Davranış   pozuntusu   daha   cox  hansı  yaşda   olur.

Davranış pozuntusu daha cox hansı yaşda olur.

Uşaqlarda davranış pozuntuları... PROBLEM

Uşaqlarda davranış pozuntuları... PROBLEM

Müəllim etik davranış qaydalarını pozduğuna görə cəzalandırılıb - FOTO

Müəllim etik davranış qaydalarını pozduğuna görə cəzalandırılıb - FOTO

Məktəbdə əxlaq və davranış qaydaları

Məktəbdə əxlaq və davranış qaydaları

Beynəlxalq Mülki müdafiə gününə həsr edilmiş tədbir keçirilib

Beynəlxalq Mülki müdafiə gününə həsr edilmiş tədbir keçirilib

Çətin idarə olunan şagirdlərlə davranış qaydaları

Çətin idarə olunan şagirdlərlə davranış qaydaları

Psixoloji dəstəkləmənin qaydaları:

Psixoloji dəstəkləmənin qaydaları:

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Uşaqlarda əxlaq anlayışı

Uşaqlarda əxlaq anlayışı

Münasibətlər- Etik Davranış Qaydaları

Münasibətlər- Etik Davranış Qaydaları

“Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusunda maarifləndirici seminarlar

“Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusunda maarifləndirici seminarlar

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...