AzTehsil.com


Xəbərlər / Müəllim
28 dekabr 2017
4 979


İngilis dili müəllimi davranışındakı uyğunsuzluğa görə işdən azad olunub



İngilis dili müəllimi davranışındakı uyğunsuzluğa görə işdən azad olunub

Paytaxtda ingilis dili müəllimi fəaliyyət və davranışına görə işdən azad olunub.


220 nömrəli məktəb-liseydən verilmiş məlumatda qeyd olunur ki, liseyin rəhbərliyi tərəfindən ingilis dili müəllimi Rövşən Əzizovun fəaliyyəti və davranış uyğunsuzluğu ilə bağlı müvafiq daxili araşdırma aparılıb.


Müəllimin pedaqoji-metodiki səviyyəsi, ünsiyyət və davranış psixologiyası ətraflı öyrənilib. Eyni zamanda məktəb rəhbərliyi və fənn metodbirləşmə sədri tərəfindən Rövşən Əzizovun dərs dediyi siniflərdə tədrisin səviyyəsi izlənilib və bu barədə müvafiq rəylər müəllimə bildirilib.


Rəylərdə müəllimin fənn proqramlarına əməl etmədiyi, tədris resurslarından istifadə etməməsi, heç bir standartı şagirdlərə mənimsətmədyi qeyd edilib. Həmçinin, Rövşən Əzizovun bir neçə dəfə şagirdləri sinifdən çıxararaq kobud şəkildə direktorun və direktor müavinlərinin otağına gətirməsi, şagirdləri sinifdən çıxararkən zorakılıq hallarına yol verməsi (bu barədə müvafiq aktlar və təqdimatlar tərtib olunub) haqqında məlumatlar müvafiq qaydada sənədləşdirilib.

 
Rövşən Əzizovun özünün də etiraf etdiyi kimi, o, dərs prosesində tez-tez mövzudan kənara çıxaraq şagirdlərlə müəllimin vəzifə funksiyasına aid olmayan söhbətlər aparıb. Bütün bunların "Müəllimlərin etik davranış qaydaları”na və tədris-metodiki tələblərə zidd olması R.Əzizova izah edildikdə o, müəllimin vəzifə səlahiyyətlərini və funksiyalarını tənzimləyən qaydaların tələblərini inkar edərək, müəllimə yaraşmayan çılğınlıqla özünün haqqlı olduğunu sübut etməyə çalışıb.

R.Əzizov sosial şəbəkələrdə özünə aid səhifədə və "Youtube” video şəbəkəsində özünün yaratdığı "İsrolk” kanalında 220 nömrəli məktəb-liseyin adından dəfələrlə istifadə edərək müxtəlif videolar və yazılar paylaşıb. Lakin həmin paylaşımlarda təhsilə, şagirdlərin mənəvi-psixoloji inkişafına uyğun olmayan fikirlər və səhnələrin yer aldığı müşahidə edilir. Həmin videoçəkilişlərdə şagirdlərin iştirakı ilə zorakılıq təbliğ edən səhnələrə yer verildiyi, məktəbin və müəllimin funksiyasına aid olmayan fikirlərin və sujetlərin çoxluğu özünü göstərir.

220 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Rövşən Əzizovun fəaliyyətinin təhsil nazirinin 16.05.2014-cü il tarixli 600 nömrəli əmri ilə təsdiq edilmiş "Müəllimlərin etik davranış qaydaları”nın peşakarlıq və fərdi məsuliyyət, loyallıq, qərəzsizlik anlayışlarına (3.3, 3.10, 3.12, 4.5.1, 4.5.3-cü maddələrinə) zidd olmasını, pedaqoji-metodiki vəziyyətini, 220 nömrəli məktəb-liseyin adından və şagirdlərindən istifadə etməklə şəxsi təşəbbüslərini reallaşdırarkən çalışdığı təhsil müəssisəsinin ictimai nüfuzuna zərbə vurduğunu nəzərə alaraq, liseyin direktoru Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə işdən azad olunması barədə əmr verib.



Загрузка...
Həmçinin oxuyun:
Bakıda ingilis dili müəllimindən xəyanət: Erməniləri bağrına basdı, güllə atmamağa çağırdı - VİDEO

Bakıda ingilis dili müəllimindən xəyanət: Erməniləri bağrına basdı, güllə atmamağa çağırdı - VİDEO

Bakıda şagirdlərinə ermənipərəstliyi öyrədən müəllim işdən qovuldu

Bakıda şagirdlərinə ermənipərəstliyi öyrədən müəllim işdən qovuldu

İngilis dili müəllimləri Londonda səfərdə olublar

İngilis dili müəllimləri Londonda səfərdə olublar

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

Tbilisidə azərbaycanlı şagirdin təhqir olunduğu məktəbin direktoru işdən çıxarılıb

Tbilisidə azərbaycanlı şagirdin təhqir olunduğu məktəbin direktoru işdən çıxarılıb

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Dərs vəsaitinin təqdimatı keçirilib

Dərs vəsaitinin təqdimatı keçirilib

Jurnalisti təhqir edən direktor cəzalandırıldı – Rəsmi

Jurnalisti təhqir edən direktor cəzalandırıldı – Rəsmi

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Təhsil İdarəsi: Paytaxt məktəblərinin 5 məzunu qəbul imtahanında 700 bal toplayıb

Təhsil İdarəsi: Paytaxt məktəblərinin 5 məzunu qəbul imtahanında 700 bal toplayıb

Məktəbdə və sinifdə  şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird davranış qaydaları

Köçkün müəllim Prezidentdən kömək istədi - FOTO

Köçkün müəllim Prezidentdən kömək istədi - FOTO

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

Məktəbdə metod birləşmənin işi necə təşkil olmalıdır?

Məktəbdə metod birləşmənin işi necə təşkil olmalıdır?

Məktəb direktorlarının iş yerinin dəyişdirilməsi qaydaları açıqlanıb

Məktəb direktorlarının iş yerinin dəyişdirilməsi qaydaları açıqlanıb

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Müəllim şəxsiyyəti -Etik Davranış Qaydalarından ...

Müəllim şəxsiyyəti -Etik Davranış Qaydalarından ...

Qullar kənd 1 nömrəli tam orta məktəbin V sinfində açıq dərs keçirilib

Qullar kənd 1 nömrəli tam orta məktəbin V sinfində açıq dərs keçirilib

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

Bakıda 15 direktor, 13 direktor müavini, 2 müəllim İŞDƏN ÇIXARILIB

Bakıda 15 direktor, 13 direktor müavini, 2 müəllim İŞDƏN ÇIXARILIB

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

Nazir əmr imzaladı - Məktəb direktoru işdən çıxarıldı

Nazir əmr imzaladı - Məktəb direktoru işdən çıxarıldı

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI