MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI
1. Ümumi müddəalar
1.1.Müəllimlərin etik davranış qaydaları (bundan sonra - Qaydalar) təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir.
1.2.Bu Qaydalar "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, digər qanunvericilik aktlarına və "Təhsil prosesi iştirakçılarının etik standartlar modeli”nə uyğun hazırlanmışdır.
1.3.Bu Qaydalar müəllimlərin etik davranış prinsiplərini və onlara uyğun tələbləri, təhsil prosesi iştirakçılarının qarşılıqlı münasibətlərinin xüsusiyyətlərini müəyyən edir və onları tənzimləyir.
1.4.Bu Qaydalar bütün növtəhsil müəssisələrində çalışan müəllimlərə şamil
edilir.
1.5.Bu Qaydaların tətbiqində əsas məqsəd təhsil müəssisələrində sağlam işgüzar durumun bərqərar olmasına, vətəndaşların təhsil müəssisəsinə və müəllimə etimadının artırılmasına, təhsil müəssisələrinin idarə olunmasında valideynlərin və cəmiyyətin daha yaxından iştirakının təmin edilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına, təhsil müəssisəsində korrupsiya hallarının və maraqların toqquşmasının qarşısının alınmasına və müəllim nüfuzunun yüksəldilməsinə nail olmaqdan ibarətdir.
2. Etik davranış prinsipləri və onlara uyğun tələblər
Müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli və müvafiq tələblərə ciddi şəkildə əməl etməlidir.
Qanunun aliliyi – müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur.
Vicdanlılıq – müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.
Peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə vətəhsil işçilərinəinamınıartırmalıvə möhkəmləndirməlidir.
Loyallıq – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.
Mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.
Qərəzsizlik – müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Müəllim özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Müəllim peşə fəaliyyətini yerinə yetirərkən siyasi bitərəfliyə əməl etməyə borcludur.
Gender bərabərliyi – müəllim təhsil və tərbiyə prosesində kişi və qadın cinsindən olan təhsilalanların bərabərliyi prinsipinin gözlənilməsinə davamlı olaraq əməl etməlidir.
İctimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə KİV nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir.
Konfidensiallıq - qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir.
3.Müəllim şəxsiyyəti
3.1.Müəllimin peşə fəaliyyəti qanunvericiliklə müəyyən olunmuş vəzifələrinin yerinə yetirilməsi və hüquqlarının təmin olunması ilə əlaqədar fəaliyyətdir.
3.2.Müəllim təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir, təhsil proqramlarının təhsilalanlar tərəfindən mənimsənilməsini təmin edir.
3.3.Müəllim təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırır, onları vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə edir, müstəqil həyata və əmək fəaliyyətinə hazırlayır.
3.4.Müəllim əlavə təhsil və özünütəhsil yolu ilə ixtisasını, elmi-pedaqoji və peşəkarlıq səviyyəsini daim artırır, təhsilin nəticə və göstəriciləri üzrə araşdırma və təhlillər aparır, keyfiyyətin yüksəldilməsi və nailiyyətlərin əldə edilməsi üçün təkliflərlə çıxış edir.
3.5.Müəllim yenilikçidir, innovasiya və yeni tədris texnologiyalarını mənimsəyir
və öz təcrübəsində tətbiq edir.
3.6.Müəllim ona həvalə edilmiş işin keyfiyyətinə və nəticələrinə görə və hər bir
təhsilalanın intellektual, emosional, mənəvi inkişafı üçün məsuliyyət daşıyır.
3.7.Müəllim gənc nəslə milli və bəşəri dəyərləri aşılamaqla təhsilalanların
mədəni inikişafı prosesində birbaşa iştirak edir.
3.8.Müəllim təhsilalanlara keyfiyyətli təhsil verməklə peşəsinə olan ictimai
etimad və hörməti doğruldur.
3.9.Müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu
yüksək tutur, ziyalılıq nümunəsi göstərir.
3.10.Müəllim şəxsi nümunəsi ilə təhsilalanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və umumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissi aşılayır.
3.11.Müəllim təhsilalanların şərəf və ləyaqətinə hörmətləyanaşır, əsassız
mühakimələrə yol vermir, obyektivlik və qərəzsizlik nümayiş etdirir.
3.12.Müəllim peşə fəaliyyəti dövründə maraqların toqquşmasına yol vermir və vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etmir.
3.13.Müəllim bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı naminə həmkarının vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran məlumat verilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
3.14.Müəllim təhsil müəssisəsinin əmlakından səliqəli və səmərəli istifadə edir, onu qoruyur. Müəllim təhsil müəssisəsinə məxsus əmlakdan (sinif otağı, tədris resursları, telefon, kompyuter, mebel və s.) şəxsi maraqları üçün istifadə etmir.
3.15.Müəllimicra və əmək intizamına riayət edir, iş vaxtında kənar işlərlə
məşğul olmur, üzürsüz səbəbdən işdən yayınmır.
3.16.Müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına riayət edir.
4.Münasibətlər
4.1.Təhsilalanlarla münasibət
4.1.1.Müəllimtəhsilalanlarlamünasibətdəqarşılıqlıhörmətəəsaslanan
ünsiyyət tərzi seçməlidir.
4.1.2.Müəllim özünə və təhsilalanlara qarşı tələbkar olmalı, bu tələbkarlıq əsaslı
və müsbət xarakter daşımalıdır.
4.1.3.Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır.
4.1.4.Müəllim təhsilalanlarda müsbət keyfiyyətlərin formalaşmasına və inkişafına təkan verəcək müasir təlim texnologiyalarından və strategiyalarından istifadə etməlidir.
4.1.5.Müəllim hər bir təhsilalanın sağlamlığını və rifahını düşünərək, onları
zərərli vərdişlərdən çəkindirməlidir.
4.1.6.Müəllim təhsilalanların fəaliyyəti, nailiyyətləri və kompetensiyalarının qiymətləndirilməsində obyektiv və qərəzsiz olmalı, təhsilalanlarda özünəinam hissini möhkəmləndirməli, motivasiyanı yüksəltməlidir. Təhsilalanlara verilən qiymətin qərəzli şəkildə azaldılmasına və ya əsassız olaraq artırılmasına yol verməməlidir.
4.1.7.Müəllim təhsilalanlara qarşı xeyirxah və ədalətli olmalı, onlara qarşı haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini aradan qaldırmağa çalışmalıdır.
4.1.8.Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici
sözlər işlətməməlidir.
4.1.9.Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
4.1.10.Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, müəllim təhsilalanlar tərəfindən ona verilən şəxsi məlumatların məxfiliyini qorumalıdır.
4.1.11.Təhsilalanlarla münasibətdə müəllim öz vəzifə səlahiyyətlərindən sui- istifadəyə yol verməməlidir.
4.1.12.Müəllim peşə fəaliyyətini yerinə yetirmək müqabilində təhsilalanlardan hər hansı maddi və qeyri-maddi nemətlər tələb etməməlidir.
4.1.13.Müəllim qanunvericiliklə müəyyən edilmiş qaydada təhsilalanlara göstərdiyi əlavə təhsil xidməti (xidmətləri) müqabilində hədiyyə və ya pul tələb etməməlidir.
4.2.Kollektivlə münasibət
4.2.1.Müəllimlər arasında münasibət əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslanmalıdır. Müəllim yalnız şəxsi nüfuzunu deyil, işlədiyi təhsil müəssisəsinin və həmkarlarının da nüfuzunu qorumalıdır. Təhsilalanlar və digər şəxslər qarşısında müəllimin öz həmkarını təhqir etməsi və zor tətbiq edilməsi yolverilməzdir.
4.2.2.Müəllim öz həmkarının peşəkar baxış və fikirlərinə hörmətlə yanaşmalıdır.
4.2.3.Müəllim pedaqoji münasibətlərdə əsassız münaqişə və mübahisələrə yol verməməlidir. Münaqişə yarandıqda isə onun konstruktiv həllinə çalışmalıdır.
4.2.4.Müəllim ümumi vəzifələrin icrasına və əməkdaşlığa mane olacaq rəqabətə
yol verməməlidir.
4.2.5.Müəllim həmkarlarının fəaliyyətini düzgün qiymətləndirməli, onların səhvlərinə göz yummamalı, fikir və baxışlarına yönəlmiş tənqidləri təhqirə çevirməməlidir, tənqid əsaslandırılmış, dəqiq və xoşniyyətli olmalıdır.
4.2.6.Müəllimözfəaliyyətiiləişlədiyikollektivinnüfuzununartmasına çalışmalıdır.
4.3.Rəhbərliklə münasibət
4.3.1.Müəllim vəzifəyə təyin edilərkən və işlədiyi müddətdə rəhbərlik onu etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə bağlı normativ hüquqi aktlarla tanış etməlidir.
4.3.2.Müəllim səlahiyyətləri daxilində rəhbərliyin qanuna uyğun yazılı əmrlərini,
sərəncamlarını və ya şifahi tapşırıqlarını yerinə yetirməyə borcludur.
4.3.3.Müəllim təhsil müəssisəsinin rəhbərliyi tərəfindən ona verilən əmrin və tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, o, həmin əmri və ya tapşırığı yerinə yetirməkdən imtina edə bilər. Bu barədə yazılı əsaslandırmanı birbaşa rəhbərliyə və ya yuxarı orqana təqdim etməlidir.
4.3.4.Rəhbərliyinqanunigöstərişlərininmüəllimlərtərəfindənyerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.
4.3.5.Təhsil müəssisəsinin rəhbərliyi kollektivin etik davranış qaydalarına əməl
etməsinə birbaşa məsuliyyət daşıyır.
4.3.6.Rəhbərliyinmüəllimlərləmünasibətiqarşılıqlıhörmətəsasında qurulmalıdır.
4.3.7.Rəhbərliktərəfindənmüəlliməməyininqiymətləndirilməsihəqiqi
xidmətlərinə görə olmalı, qərəzsiz və ədalətli formada həyata keçirilməlidir.
4.3.8.Rəhbərliyin müəllimdən peşə vəzifələrinin icrasına aid olmayan və ya şəxsi
həyatı haqqında məlumatlar tələb etməsi və yayması yolverilməzdir.
4.3.9.Müəllim rəhbərliyə öz həmkarları barədə bilərəkdən yalan və ya təhrif olunmuşməlumatlarverməməli,məlumatıverməzdənəvvəlbütün imkanlardanistifadəedərəkonundüzgünolub-olmamasınımüəyyən etməlidir.
4.3.10.Təhsil müəssisəsinin rəhbərliyi tərəfindən müəllim əməyinin keyfiyyətinə və onun karyerasına təsir edəcək məlumatların gizlədilməsi və ya ona təhrif olunmuş məlumatların verilməsi yolverilməzdir.
4.3.11.Rəhbərlik təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən münaqişələr və maraqların toqquşması hallarının qarşısını vaxtında almalı, yaranmış münaqişəni konstruktiv həll etməyə çalışmalı və nizam-intizam yaratmalıdır.
4.4.Valideyn və qanuni nümayəndələrlə münasibət
4.4.1.Müəllim valideyn və qanuni nümayəndələrin hüquqlarını bilməli, mütəmadi olaraq onlara təhsilalanlarla bağlı tövsiyələr verməli, valideyn və uşaqlar arasında yaranan münaqişələrin həllində yardımçı olmalıdır.
4.4.2.Müəllim tərəfindən valideynlərin qanunazidd hərəkətlərə sövq edilməsi
yolverilməzdir.
4.4.3.Müəllim valideyn və digər qanuni nümayəndələrlə hörmətlə və nəzakətlə davranmalıdır.
4.4.4.Valideyn və qanuni nümayəndələrlə münasibətlər təhsilalanlarla münasibətlərə və onların nailiyyətlərinin qiymətləndirilməsinə təsir göstərməməlidir.
4.4.5.Valideyn və qanuni nümayəndələr tərəfindən könüllü və qanuni yollarla təhsil müəsissəsinə edilmiş yardım, müəllim - təhsilalan münasibətlərinə və nailiyyətlərin qiymətləndirilməsinə təsir göstərməməlidir.
4.5.Müəllim və cəmiyyət
4.5.1.Müəllim milli-mənəvi dəyərlərin, mədəni irsin qoruyucusu missiyasını daşımaqla bərabər cəmiyyətin fəal üzvü olmalıdır.
4.5.2.Müəllim hər zaman cəmiyyətə fayda verməyə çalışmalıdır. Yalnız peşə fəaliyyətini həyata keçirərkən deyil, bütün hallarda münaqişələrə və yersiz mübahisələrə yol verməməli, problemlərin həllinə, münaqişələrin qarşısını almağa çalışmalıdır.
4.5.3.Müəllim vətəndaşlıq borcunu dərk etməli və yerinə yetirməli, cəmiyyət üzvləri ilə münasibətlər qurarkən öz şəxsiyyətini qorumalı və mənfi təsir altına düşməməlidir.
5.Müəllim andı
5.1.And Azərbaycan Respublikası ilə müəllim arasında açıq hüquqi borc və
sədaqət münasibətlərini təsdiq edir.
5.2.Müəllim ilk dəfə daimi işə qəbul olunarkən belə bir and içir: "Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm.”
5.3.Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.
5.4.Andiçmə bir dəfə olur. Andın imzalanmış mətni müəllimin şəxsi işində saxlanılır.
6.Etik davranış qaydalarına riayət olunmasının təmin edilməsi
6.1.Hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur.
6.2.Müəllimlər tərəfindən etik davranış qaydalarına əməl olunması rəhbərlik tərəfindən müntəzəm təhlil edilir və bu Qaydalarla müəyyən edilmiş tədbirlər görülür.
6.3.Təhsil müəssisəsinin rəhbərliyi:
6.3.1.yeni işə qəbul olunan müəllimləri bu Qaydalarla tanış etməlidir.
6.3.2.müəllimlərin davranışının bu Qaydalara uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır;
6.3.3.öz davranışı ilə Qaydalara əməl olunmasında nümunə göstərməlidir.
6.3.4.pedaqoji kollektivi və ya hər hansı bir müəllimi hüquqa və etik normalara zidd olan hərəkətlərə sövq etməməlidir.
6.3.5.Qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görməlidir.
6.3.6.pedaqoji kollektivə Qaydaları izah etməli və müraciət edən hər bir müəllimə müvafiq tövsiyələr verməlidir.
6.3.7.bu Qaydaların pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini təşkil etməli və qayda pozmuş müəllimlərin qanunvericiliyə uyğun intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir.
6.3.8.Qaydaların pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə kollektivi və ictimaiyyəti məlumatlandırmalıdır.
6.3.9.buQaydalarınpozulmasınınnəticələrininaradanqaldırılması,təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir.