Uşaqlarda davranış və hiperaktivlik
Davranış pozuntusu uşaqlarda fiziki-ruhi çatışmazlıqlardan qaynaqlanır. Səbəb olaraq bir çox nümunələr vardır. Bu tip uşaqlar diqqət və qayğıya daha çox ehtiyac duyur. Valideynlər arasında olan davranış və münasibət uşağın həyatında açıq bir nümunədir.
Davranış pozuntusunu aradan qaldırmaq üçün valideynlərin uşağa ayıra biləcəyi zaman olmalıdır. Daha çox dinamik və inkişafetdirici oyun növlərindən istifadə etməklə uşağın istəyinə uyğun olan oyun seçərək ona təsir edə bilmək daha məqsədəuyğun olardı.
Hiperaktiv uşaqda daha çox nəzərəçarpan özünü sakit apara, lazım gəldikdə, məsələn, məktəbdə və yaxud da nahar masası arxasında dinc otura bilməməsidir. Hiperaktivlik özünü müxtəlif şəraitlərdə büruzə verir. Məsələn, evdə, məktəbdə və s. Hiperaktivlik 6yaşdan başlayaraq "rol dəyishmə" oyunu ən effektli oyunlardandır. Valideyn övladının yerinə, övlad isə valideynin yerine keçir, valideyn övladına qarşı necə edirsə, eynisiylə valideyn də onun kimi davranmalıdır. Bununla yanaşı, bir çox oyun növlərindən istifadə etmək lazımdır. Məsələn: pazıl,qızlar üçün muncuq sıralama, qrup oyunları və.s
3 yaşa qədər uşağa tualet vərdişi aşılanmayıbsa, bu problemlər ötürülür, bundan sonrakı dövürdə bu problemlər həndəsi silsilə ilə artır. 2 yaşdan 6-cı ilinə, oyun oynamaq dövründə oyundan doymamışsa və ya dostluq münasibətləri qura bilməyibsə uşağın məktəb yaşına 6 yaşdan- 12 yaşa qədər kollektiv oyunlarda iştirak etmir, onlar daim təkliyə qapanırlar, hətta gələcəkdə öz yaşıdlarından fərqlənirlər.