Xəbərlər / Psixoloq / Valideyn
22 dekabr 2017
16 562


Valideyn-övlad münasibətləri necə olmalıdır?

Psixoloqlar məsləhət görürlər: Valideynlər "dönüş” və ya "böhran” dövründə uşaqlarına daha çox qarşılıqlı inam, hörmət aşılasınlar 

 

"Bizim dövrdə belə deyildi”, "Biz böyük-kiçik yerini bilərdik”, "İndiki gənclər davranışlarını bilmirlər”, "Mən sənin yaşında olanda...” Bu kimi sözləri böyüklərimizdən tez-tez eşidirik.


Böyüklər gəncləri, yeniyetmələri tərbiyələndirmək əvəzinə çox zaman onları tənqid olunu seçir. Bütün valideynlər elə hesab edirlər ki, onların gənclik və yeniyetməlik dövrü daha fərqli olub.

 

Amma mütəxəssislərin fikrincə, hər bir dövrün  yeniyetməsi və gənci özünə bənzəyir, keçmişə deyil. Yəni  valideynlər bunu qəbul etmək istəməsə də, yeniyetmələr hər zaman dövrə uyğun olub.

 

Keçmiş məsələyə subyektiv yanaşa bilmədiyindən bu günü heç bir zaman qəbul edə bilməz. Əslində illərdir ki, valideynlərin yeniyetmələrdən etdikləri şikayətlərin səbəbi də məhz bunlardır:

 

"Yeniyetməlik dövrü 11-12 yaşdan başlayır və 14-15 yaşa qədər - orta məktəbin beşinci-səkkizinci sinif şagirdlərini əhatə edir. 11-13 yaşlıları adətən kiçik yeniyetmə, 13-15 yaşlıları isə böyük yeniyetmə adlandırırlar. Lakin yeniyetməlik dövrünün başlanmasına və qurtarmasına dəqiq sərhəd qoymaq olmaz”.

 

Bu dövr özünün praktik əhəmiyyəti, pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin dinamikasında baş verən psixoloji xüsusiyyətləri ilə diqqəti cəlb edir.

 

"Yeniyetməlik dövrünün əsas xüsusiyyətləri eqonun qabarması, heç kəsi qəbul etməmə, özünü hamıdan ağıllı hesab etməkdir.  Valideyn üçün də əsas problem məhz övladının aqressiv davranışlarıdır. Valideyn dünənə qədər uşaq saydığı bugünkü  yeniyetmə ilə ünsiyyət qura bilməmək, idarə edə bilməməkdə çətinlik çəkir. Halbuki, 2-3 il öncə öz arzu və istəklərini asanlıqla həyata keçirə bilirdi. Bu zaman valideyn və övlad arasında mübahisələr yaranır. Valideyn-övlad münasibətləri  müşkülə çevrilir”.


Valideynlə yeniyetmə arasında ən kəskin konfliktlər daha çox erkən yeniyetməlik dövrünə təsadüf edir. Çünki valideyn övladının böyüməsindən xəbərsiz olur. Valideyn hər zamankı tələbkarlıqla övladına yanaşır, amma əvəzində etiraz görür, çaşqınlığa düşür və nə edəcəyini bilmir. Bu vəziyyətdə o, aqressiv davranış nümayiş etdirmək əvəzinə övladının böyüdüyünü qəbul eləsə, vəziyyət onun üçün  daha asan olar.

 

"Uşağın səsi qalınlaşıb, dəyişibsə, tər vəziləri aktivləşibsə, bədəndə müxtəlif fizioloji dəyişikliklər hiss edirsinizsə, uşağınız ən adi səs qıcıqlandırmasına belə reaksiya verirsə, xarici görünüşü ilə maraqlanmağa başlayıbsa, geyimində, danışığında dəyişiklik hiss edirsinizsə, tənqdə qarşı kəskin reaksiya verirsə, övladınız yeniyetmədir”.


Yeniyetmələr tənqidə qarşı çox dözümsüz olurlar. Valideyn isə tənqidin yararlı, faydalı olduğunu düşünür.

 

"Xüsusən qız uşaqları bu dövrdə daha təhlükəli olur. Oğlan uşaqları isə ailəsindən qoparaq kənar  qruplara meyl göstərir ki, bu da onun neqativ vərdişlərə yiyələnməsi ilə nəticələnir”.


Psixoloqlar bu dövrü "dönüş dövrü” və ya "böhran dövrü” adlandırırlar. Valideyn çalışmalıdır ki, bu dövrdə  uşaqlarına qarşılıqlı inam, hörmət aşılasınlar.


Valideyn-övlad arasında anlaşılmazlıqlar əvvəlki dövrlərdə də olub, amma o dövrlərdə həyat tərzi bir qədər qapalı olduğundan, bu qədər müzakirə mövzusuna çevrilmirdi:

 

"Bu gün isə demək olar ki, valideyn-övlad münasibətləri getdikcə gərginləşir. Bunu baş verən hadisələrdə də görmək mümkündür. Valideynin övadını, övladın valideyni öldürməsi halları gündən-günə artır. Belə hadisələrdə günahı təkcə uşaqda görmək düzgün yanaşma deyil.  Çünki tərbiyə verən, hörməti öyrədən valideyndir. Onun həyat təcrübəsi uşaqdan çoxdur. Və valideyn bilməlidir ki,  övladından yüksək tərbiyə, hörmət gözləyirsə, ilk növbədə özü övladına bu keyfiyyətləri göstərməlidir”.


Bir çox ailələrdə valideynlər övlada qarşı şiddət və zorakılıq tətbiq edir. Belə ailələrdə uşaqda mənəvi psixoloji problemlərin yaranma riski daha böyük olur. Bəzi ailələrdə uşaqları ana və ya ata ilə qorxudurlar. Bu da "yeniyetmə faciəsi” ilə nəticələnir. "Çünki belə ailələrdə uşaqda ana-ata sevgisini qorxu əvəz edir. Valideyn övladına  sevgi, güvən, inam vermirsə, övlad tədricən ailədən və  evdən uzaqlaşır. Bu da onun sonradan küçələrdə yaxşı olmayan qruplara qoşulmasına səbəb ola bilər”.


Bəzi valideynlər övladına oyuncaq kimi yanaşır. "Əlindən heç nə gəlmir”, "sən adamsan ki?” və s. bu kimi davranışlarla övladlarını özlərinə rəqib kimi yetişdirirlər. Bu da valideyn-övlad arasında münasibətlərin bitməsi deməkdir. "Zaman keçdikcə, münasibətlər daha da incəlir, qırılır, qopur və bəzən övladın ataya, anaya, valideynin övlada əl qaldırıb qətlə yetirməsi ilə də nəticələnə bilir”.


Mütəxəssislər hesab edir ki, övladı ilə münasibətlərinin yaxşı olmasını arzulayan valideynlər arada olan hörməti, güvəni qorumaq üçün övladını heç bir zaman tənqid etməməlidir. Valideyn övladının dostu olmalıdır. Onun maraqları ilə yaxından tanış olmağa, sirlərini, düşüncələrini bölüşməyə çalışmalıdır. Valideyn öz problemlərini övladına anlatmağa başlasa, uşaq ondan çəkinməz və öz sirrini bölüşər.

 

Ailədə övladını idarə etməyə, yönləndirməyə çalışan valideynlər daha çox övladları ilə problemlər yaşayır:

 

"Uşaqların fikrinə önəm verin. Övlad sizin olsa da, o da müstəqil insandır. Məsləhət verərkən,  sakit-sakit başa salın, onu qıcıqlandıran məsələlərə toxunmayın. Övladınızın geyim və görünüşünə fikrinizi bildirin, amma müdaxilə etməyin. Övladınıza düzgün tərbiyə  sizin özünüz üçün önəmlidir.

 

Bir atalar sözü var: "Nə tökərsən aşına, o da çıxar qaşığına”. Yəni uşaqla necə davransan, elə də qarşılıq görərsən”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Sizcə, yaxşı valideynsiniz ?

Sizcə, yaxşı valideynsiniz ?

Hansı valideyn tipisən?- ÖYRƏN!

Hansı valideyn tipisən?- ÖYRƏN!

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda çətin yaş dövrü- VALİDEYNLƏR DİQQƏTLİ OLUN

Uşaqlarda çətin yaş dövrü- VALİDEYNLƏR DİQQƏTLİ OLUN

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Valideyn-övlad münasibətlərinin  pedaqoji əsasları - Piralı Əliyev

Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları - Piralı Əliyev

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Sinifdə valideyn iclasları necə təşkil olunmalıdır ?

Sinifdə valideyn iclasları necə təşkil olunmalıdır ?

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

Uşaqların kiçik yaşlarında nadinc olması zəkasının əlamətidir ?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müasir dövrdə müəllim-valideyn münasibəti

Məktəblilərin yaş xüsusiyyətləri- Akselerasiya nədir?

Məktəblilərin yaş xüsusiyyətləri- Akselerasiya nədir?

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

İxtisası necə seçməli? -ÖVLADINIZ YAXŞI OXUMURSA...

İxtisası necə seçməli? -ÖVLADINIZ YAXŞI OXUMURSA...

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi