AzTehsil.com
RU


Xəbərlər / Psixoloq
20 dekabr 2017
9 265


Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...



Bildiyimiz kimi uşaqlar məktəbə başladıqdan sonra həyatlarına fərqlilik gəlir. İbtidai sinifi bitirdikdən sonra isə yavaş- yavaş böyüdüklərini anlayırlar. Bu onların hərəkətlərinin, davranışlarının üzərinə bir növ ağırlıq gətirir. Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu əvəzsizdir. Onlar vəzifələrini düzgün icra etsələr şagirdlər bir o qədər daha tez formalaşarlar. Övladları məktəbə gedən valideynlər yaxşı bilirlər ki, tədris prosesi əvvəlki dövrlərlə müqayisədə daha da,inkişaf edərək təkmilləşib. Bu halda yük şagirdlərin üzərinə düşür.
 
Belə olduqda isə bunlar şagirdlərin psixoloji durumuna da təsir edir. Məsələn bu hallar daha çox məktəbə yenicə başlamış birincilər arasında daha çox baş verir. Çünki ilk dəfə məktəbə qədəm qoyaraq, valideynlərindən  ayrılırlaraq, ilk dəfə evdən kənarda olurlar.
 
Bütün bunlar bəs edir ki, uşaqların psixologiyasında az da olsa dəyişiklik yaransın. Məktəb və sinif qaydalarına əməl etmək, həyəcanlı olduqlarına görə dərsi yaxşı mənimsəməmək kimi problemlər də onların yaşıdlarından geri qalmasına səbəb olur. Bunun üçün məktəblərdə olan psixoloqların vəziyyətə vaxtında müdaxilə edib, düzgün yol göstərmələri şərt olur. Hər bir uşağın psixoloji durumu fərqli olur. Onların ruhi vəziyyətlər ailədəki durumdan və ab-havadan bilavasitə asılı olur. Normal həyat sürən, mehriban olan ailələrdən gələn uşağların əksəriyyəti normal olur. İstisna hallarda da belə uşaqların özünəməxsus problemi, kompleksi ola bilər. Boşanmış valideynlərin yaxud da problemli ailələrin uşaqlarında isə psixoloji pozulmalar daha çox müşahidə olunur. Müəllim  və şagirdlər arasında problemlər adətən, sinifdən-sinfə keçid zamanı və onların yaş dövrləri ilə əlaqədar olaraq baş verir. Bu sahədə onlara yeni təyin olunmuş sinif rəhbərləri və məktəblərin psixoloqları  kömək etməlidirlər.
 
Yaşından və xüsusiyyətlərindən asılı olaraq kiçik məktəbli və yeniyetmə psixologiyası  fərqlidir. Məsələn, ibtidai sinif şagirdlərinin psixologiyası. Bu dövrdə uşaq məktəbə, sinif yoldaşlarına, müəllimlərinə uyğunlaşmağa başlayır. Məktəb onun üçün yeni bir mühitdir.
 
Bu dövrdə uşaq adaptasiya dövrü keçir. Adaptasiya dövrü hər kəsə görə fərqli və fərdidir. Kimi bu dövrü asanlıqla qisa zamanda, kimi isə  çətin və daha uzun zamanda tamamlayır. Şagird üçün adaptasiya dövrünün asan olması onun əvvəlcədən bu mühitə psixoloji olaraq hazırlanmasından asılıdır. Bu dövrdə şagirdlərə həddindən artıq informasiya vermək düzgün olmazdı. Bu uşaqda məktəbə qarşı istəksizilik yarada bilər. 6-7 yaş kritik yaş dövrlərindən biridir.   
 
Digər  kritik yaş dövrü ön yeniyetməlik və yeniyetməlik dovrüdür. Bu dövrdə şagirdlər daha səbrsiz, daha çılğın, daha azad və öz bildiklərini etmək istəyində olurlar. Dərslərə qarşı biganəlik, marağın azalması müəllimlərə tabe olmama kimi hallar baş verir. Bir çox intiharlar da bu yaş dövrlərində baş verir. Bu yaş dövrlərində yeniyetmələr evdə valideynləri, məktəbdə müəllimləri və ya ətrafındakılar tərəfindən başa düşülmədikləri, dinlənilmədikləri  halda mənfi vərdişlərə yiyələnir və ya intihara cəhd edirlər. Valideynlərlə -uşaq və müəllimlə- şagird arasında münasibətlər sağlam qurulduqda bu halların baş verməsi də azalacaqdır



Загрузка...
Həmçinin oxuyun:
Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Məktəbdə və sinifdə  şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird davranış qaydaları

Məktəbəqədər dövrdə uşaqların fiziki inkişafı- Nələrə diqqət edilməlidir?

Məktəbəqədər dövrdə uşaqların fiziki inkişafı- Nələrə diqqət edilməlidir?

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müasir dövrdə müəllim-valideyn münasibəti

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəblilərin yaş xüsusiyyətləri- Akselerasiya nədir?

Məktəblilərin yaş xüsusiyyətləri- Akselerasiya nədir?