AzTehsil.com


Xəbərlər / Valideyn / Saglam həyat
02 dekabr 2017
26 603


Məktəbəqədər dövrdə uşaqların fiziki inkişafı- Nələrə diqqət edilməlidir?



Məktəbəqədər dövrdə uşaqların fiziki inkişafı- Nələrə diqqət edilməlidir?

Məktəbəqədər yaş dövrü 3 yaşdan 6 yaşa qədər olan müddəti əhatə edir. Bu vaxt ərzində uşaq böyük inkişaf yolu keçərək fiziki cəhətdən diqqəti cəlb edəcək dərəcədə inkişaf edib möhkəmlənir; baş beynin, sinir siteminin, bədənin ayrı-ayrı üzvlərinin keyfiyyətcə funksional təkmilləşməsi baş verir.

 

Uşaq orqanizmində sümükləşmənin xeyli sürətlə getməsinə baxmayaraq onun skelet sistemində hələlik yenə də bərkiməyən hissələr olur. Bu dövrdə beyin kütləsinin çəkisi 1110 qramdan 1350 qrama çatır, sinir siteminin birləşdirici, əlaqə yaradıcı telləri də xeyli inkişaf edib möhkəmlənir.


Dörd-altı yaş arasında uşağın boyu sürətlə artdığından ilk baxışdan belə təsəvvür yaranır ki, o, arıqlayıbdır,lakin bu dövrdə onun əzələləri möhkəmlənib qüvvətlənir, orqanizmin mütəhərrikliyi nəzərə çarpacaq dərəcədə çoxalır. Boyun belə sürətlə artımı endokrin sisteminin, xüsusilə də hipofizin funksiyasının qüvvətlənməsiləəlaqədar baş verir. Deyilənlərlə əlaqədar uşağın gün rejimini düzgün təşkil etmək, onun yeməsinə, yatmasına və istirahətinə müntəzəm fikir vermək lazımdır.


Uşağın boyunun artması ilə əlaqədar onun bədəninin ayrı-ayrı üzvləri arasındakı mütənasiblik də dəyişir: çağa ilə müqayisədə 7 yaşınadək uşağın ayaqları 3 dəfə, əlləri 2,5 dəfə, bədəni isə 2 dəfə böyümüş olur.3-6 yaş ərzində uşağın boyunun, çəkisinin artmasında gözə çarpacaq dəyişikliklər baş verir.Beş yaşlı uşağın əzələ və sümük sistemi xeyli inkişaf etmiş olsa da, onun əl və ayaq əzələlərində hələ sümükləşməmiş qığırdaqlar qalır.Yadda saxlamaq lazımdır ki, məktəbəqədər yaşlı uşağın skeleti əsasən qığırdaq toxumalarından ibarət olur.Bununla əlaqədar uşağı həddən artıq ayaq üstə saxlamaq, çox oturtmaq, boyuna uyğun olmayan avadanlıqdan istifadə etməyə qoymaq olmaz.


Əgər deyilənlər nəzərə alınmazsa, uşağın qaməti düzgün inkişaf etməyəcək, bu isə öz növbəsində sümüklərin inkişafına, qan dövranı və nəfəs almaya mənfi təsir göstərəcəkdir.Uşağın baş beyin qabığı, yarımkürələrin ləngidici fəaliyyəti qabıqaltı sahələri müəyyən dərəcədə tənzim etsə də, o, hələlik orqanizmin bütün hərəkətlərini tam surətdə öz nəzarəti altında saxlaya bilmir. Qabıq ləngimələrinin zəifliyi və oyanmanın çox yayılması üzündən uşaqların diqqəti davamsız, ətraf aləmin qıcıqlandırıcılarına verdikləri cavab isə emosional xarakter daşıyır, əqli fəaliyyət zamanı onlar çox tez yorulurlar.

 

Bu yaşda olan uşaqlarda ikinci siqnal sistemi əsasında asanlıqla şərti refleks yaratmaq olur, uşağın ürək-damar sistemində anatomik və funksional dəyişikliklər baş verir, ürəyin çəkisi və iş qabiliyyəti xeyli dərəcədə artır.Bu dövrdə uşaqlar mütəhərrik oyunlarla daha çox məşğul olurlar. Belə oyunlar müxtəlif hərəkətləri uzlaşdırmaq və bədənin ayrı-ayrı əzalarını onlara tabe etmək məqsədi güddüyündən uşağın əzələlərinin inkişafı üçün ən əlverişli şərait yaranır.

 

Unutmaq olmaz ki, kiçik məktəbəqədər yaş dövründə uşağın əzələləri kifayət qədər inkişaf etmədiyindən və zəif olduğundan o, tez-tez düzgün olmayan vəziyyətlər alır: başını aşağı sallayır, çiyinlərini yaxınlaşdırır, belini əyir, sinəsini çökdürür və s.Göstərilən yaş dövründə beynin fizioloji fəaliyyətinin başlıca funksiyası xaricdən gələn qıcıqlandırıcıları fərqləndirmək və onlara cavab verməkdən ibarət olur. 6 yaşlı uşaq xarici qıcığa qarşı özü müstəqil cavab verir, hərəkətlərini idarə etməyi bacarır.Məktəbəqədər yaş dövrü şərti reflekslərin əmələ gəlməsi, sadə reflekslərdən mürəkkəb reflekslərə doğru inkişaf dövrü kimi xarakterizə olunur. Qabıq proseslərinin möhkəmliyi, daxili ləngimənin qüvvəsi, getdikcə davamlı şərti reflekslər kimi qalır. Məktəbəqədər dövrün axırlarında ləngimə prosesinin qüvvəsi xeyli artır, müvazinətlilik inkişaf edir.




Загрузка...
Həmçinin oxuyun:
Qayğı görməyən uşağın beyni inkişafdan qalır – Foto FAKT

Qayğı görməyən uşağın beyni inkişafdan qalır – Foto FAKT

Qayğı görməyən uşağın beyni inkişafdan qalır – FOTO FAKT

Qayğı görməyən uşağın beyni inkişafdan qalır – FOTO FAKT

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Uşaq depressiyaları- VALİDEYNLƏR DİQQƏT!

Uşaq depressiyaları- VALİDEYNLƏR DİQQƏT!

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Uşağın yaşına uyğun boyu və çəkisi - boyu necə artırmaq olar?

Uşağın yaşına uyğun boyu və çəkisi - boyu necə artırmaq olar?

Məktəbə hazırlığın təşkili Qaydaları

Məktəbə hazırlığın təşkili Qaydaları

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Məktəblilərin yaş xüsusiyyətləri- Akselerasiya nədir?

Məktəblilərin yaş xüsusiyyətləri- Akselerasiya nədir?

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Uşaqlar nə üçün çox sual verirlər? - BÖYÜKLƏRİN DİQQƏTİNƏ

Uşaqlar nə üçün çox sual verirlər? - BÖYÜKLƏRİN DİQQƏTİNƏ

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

TƏRBİYƏDƏ 10 QIZIL QAYDA

TƏRBİYƏDƏ 10 QIZIL QAYDA

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı?

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı?

UŞAQLARDA PASSİVLİK

UŞAQLARDA PASSİVLİK

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması

Məktəbəqədər və məktəb yaşlı uşaqlarda "minimal beyin disfunksiyası" yəni beynin yarımkürələrinin hər hansı hissəsində funksiyanın pozulması

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...