Qayğı görməyən uşağın beyni inkişafdan qalır – FOTO FAKT
Texas Uşaq Xəstəxanasının psixiatrı Bruce Perrynin paylaşdığı görüntülər uşağın beyin inkişafında ətraf faktorların nə qədər təsirli olduğunu ortaya çıxarıb.
Aztəhsil.com xarici mediaya istinadən xəbər veri ki, 3 yaşlı 2 ayrı uşağın beyninin rentgen görüntüləri uşaqlıqda qayğı və sevginin əhəmiyyətini ortaya qoyub.
Soldakı görüntü yaxşı qayğı göstərilən 3 yaşlı uşağın beynini göstərir. Sağdakı isə şiddətli duyğusal travma yaşayan və qayğı görməyən 3 yaşlı uşağın beynidir. Göründüyü kimi, soldakı beyin daha böyükdür.
Sağdakı beyinə sahib uşaq ciddi duyğusal yoxsulluq yaşadığı üçün beyni kifayət qədər inkişaf etməyib. Üzərində bulanıq izlər yaranıb. Uşağın hər cür səs, qoxu və toxunma təcrübəsindən məhrum olduğu, ciddi səviyyədə istismara məruz qaldığı düşünülür.
Bu tip pozuntu uşağın inkişafında gerilik və hafizə problemləri olacağı anlamına gəlir. Bəzi fiziki istismar faktlarının uşaq beynində ani və birbaşa qalıcı xəsarətlərə səbəb ola biləcəyi bilinir. Bu pozuntular qalıcı problemlərə və ölümcül nəticələrə yol aça bilər.
Məsələn, bir uşağı şiddətli şəkildə sarsıtmaq beyin toxumasına zərər verə və damarların yırtılmasına səbəb ola bilər. Bu da iflic, yaddaşın itirilməsi, hətta ölümə gətirib çıxara bilər. Erkən yaşda başlayan istismar uşağın duyğusal inkişafında uzun müddətli təsir yaradar. Qayğı göstərilməyən uşağın beyni digərlərinə nisbətən 2 qat daha zəif inkişaf edir.
Daha əvvəl aparılan bir araşdırmada da uşağın necə yetişdirilməsinin beyin inkişafında əhəmiyyətli rol oynadığı ortaya çıxıb. Amerikalı elm adamları diqqət göstərilməyən uşaqların beyinlərinin 2 qat daha yavaş inkişaf etdiyini ortaya qoyub.