AzTehsil.com


Kurikulum / Müəllim
21 noyabr 2016
9 499


Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər




Müasir təhsil sistemində bərqərar olan yeni pedaqoji təfəkkür və kurikulum islahatları şagirdin məktəbə hazırlığı səviyyəsinə də yeni yanaşmanın formalaşmasını tələb edir. Uşağın məktəb təliminə hazırlığı dedikdə, bəzən yanlış olaraq ilkin savad təlimi vərdişlərini - oxumaq, yazmaq, irəliyə və geriyə saymaq və s. nəzərdə tuturlar. Əslində isə altıyaşlıların məktəbə hazırlığı onların sosial, emosional-iradi və intellektual hazırlığından ibarətdir.

İlk əvvəl uşağın sosial hazırlığı məsələsini nəzərdən keçirmək istərdim. Axı məktəb, ilk növbədə, sosiallaşmadır, nizam-intizama salan bir sistemdir. Məktəbəqədər yaş dövrünü başa vuran uşaq psixo-fizioloji inkişafa uyğun olaraq həm böyüklərlə, həm də öz yaşıdları ilə ünsiyyətə və birgə fəaliyyətə hazırdır. Həqiqətdə isə birinci sinif şagirdlərinin heç də hamısı bunu edə bilmir. Fəal dərsin əsas tələblərindən biri də uşaqların kiçik qruplar daxilində işləmək bacarıqlarının formalaşdırılmasıdır. Bu da tapşırıqların yerinə yetirilməsi üçün şagirdlərin birgə səyini, bir-biri ilə əməkdaşlığını ön plana çəkir. Məktəb təliminə yenicə qədəm qoyan birincilərdən uşaq bağçasına getmiş uşaqların əksəriyyəti bu işin öhdəsindən qismən də olsa gəlməyi bacarsalar da, evdən gələn  uşaqların münaqişəli vəziyyətləri yoluna qoymaq və birgə qərarlar vermək qabiliyyəti yox dərəcəsindədir. Buna görə də valideynlər imkan daxilində öz övladları ilə kütləvi tədbirlərdə iştirak etməli, ictimai yerlərdə çox olmalıdırlar ki, uşaq ətrafdakılarla ünsiyyətə girmək vərdişləri əldə edə bilsin. Həkimin qəbulunda və ya mağazada isə uşağa bir qədər müstəqillik verib,onun əvəzinə cavab verməməlidirlər.

Bundan əlavə, uşaq öz işinə görə verilən həm müsbət, həm də mənfi rəyə adekvat reaksiya verməyi öyrənməli, ona ünvanlanan tənqidin yalnız gördüyü hansısa bir konkret işə aid olduğunu, ona və onun şəxsiyyətinə verilən ümumi qiymət olmadığını anlamalıdır. Belə olan təqdirdə, uşağın özünüqiymətləndirməsi müsbət olur və o, müəllimin verdiyi aşağı qiymətə görə ruhdan düşməyərək, səhvlərini düzəltməyə səy göstərir.

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

 

Digər mühüm məsələ uşağın məktəb təliminə emosional-iradi hazırlığıdır. Təlim fəaliyyətinə  başlayan altıyaşlı artıq təkcə öz istədiyini deyil, həm də lazım olanları etməlidir, çətinlikdən qorxmamalı, yaranmış çətin vəziyyətlərdən müstəqil olaraq çıxış yolu tapmalıdır. Bu yaş dövrü üçün emosionallıq xarakterik olsa da, artıq o, öz davranışını düşüncəli şəkildə idarə etməyi bacarır. Uşağın iradi sferasını inkişaf etdirmək üçün onda "olar" və "olmaz" anlayışları formalaşdırılmalıdır. "Olmaz" anlayışı uşağın hərəki fəallığını tormozlamağa xidmət edir, "olar" anlayışı isə davranış qaydalarını formalaşdırır, intizamlılığın və məsuliyyətin əmələ gəlməsinə xidmət edir.

Müxtəlif tapşırıqların öhdəsindən uğurla gəlməyə kömək edən iradi keyfiyyətlərin yaranma prosesinə təkan vermək üçün, ilk növbədə, uşağın gündəlik fəaliyyətini düzgün təşkil etmək lazımdır. Uşağın müəyyən edilmiş vaxt ərzində stol arxasında əyləşərək sakit məşğul olduğu işlər hərəki oyunlarla bir-birini əvəzləməlidir ki, o, tədricən dərslərin tənəffüslərlə əvəz edildiyi gələcək məktəb həyatına uyğunlaşsın.

Və nəhayət, sonuncu, lakin ən mühüm bir məsələ - şagirdin məktəb təliminə intellektual hazırlığıdır. İntellektual hazırlıq dedikdə, uşağa hər hansı bilik və bacarıqların aşılanması deyil, onda düşünmək və nəticə çıxarmaq qabiliyyətini inkişaf etdirmək nəzərdə tutulur. 5-7 yaş arası uşaqda gələcək məktəb uğurlarını təmin edən psixi funksiyalar formalaşır. Bu, psixofiziki inkişafda da öz əksini tapır. Məhz bu dövrdə beynin çəkisi böyük insanın beyninin çəkisinin 90%-ni təşkil edir, böyük beyin yarımkürələri və xüsusən də nitq inkişafına cavabdeh olan alın payları kifayət qədər inkişaf edir.Bu da uşağın söz ehtiyatının artmasında,ümumiləşdirici sözlərin uşağın lüğət ehtiyatına əlavə olunmasında öz əksini tapır. Bütün bunlar psixi proseslərin - qavrayışın, diqqətin,hafizənin və təfəkkürün inkişafında güclü bir təkana zəmin yaradır. Ona görə də bu dövrdə uşağı düzgün istiqamətləndirmək çox vacibdir. Məktəb təliminə hazırlıq dövründə uşaq artıq oyun fəaliyyətindən tədricən uzaqlaşmaq tələbatı duyur. Oyun motivasiyası dərketmə motivasiyası ilə əvəz olunur. Beləliklə də davranışında dəyişikliklər meydana çıxan uşaq böhran dövrünə qədəm qoyur. Çünki malik olduqlarından narazı olan uşaq özü üçün nə isə təzə bir şey axtarır və beləliklə də əqli fəaliyyətə tələbat yaranır. Bu mərhələdə uşağın həmin tələbatını ödəmək üçün ona yeni biliklər almağa, qabiliyyətlərini inkişaf etdirməyə dəstək olmaq lazımdır. Bu dəstək uşağa yaş dövrünə uyğun olan müxtəlif problemli situasiyaların təklif olunması,ətraf aləm haqqında labüd bilgi sisteminin verilməsi, uşaqda yeniliklərə qarşı maraq hissinin tərbiyə olunması və sadəcə olaraq, sual vermək və müşahidə etmək bacarığının inkişaf etdirilməsi vasitəsilə həyata keçirilə bilər. Bir sözlə, uşağın psixi funksiyalarını istənilən məşğələ vasitəsilə, materiallarla yükləmək olar. Əsas olan uşağı eşitmək, onunla bu həyatı paralel aləmlərdə deyil, bir yerdə yaşamaqdır.

Məhz buna görə də uşağın məktəb təliminə hazırlığı uşaq bağçalarında, məktəblərdə təşkil olunan xüsusi hazırlıq qruplarında həyata keçirilməklə yanaşı, evdə, ailədə də diqqət mərkəzində olmalıdır. Bu işdə valideynlərlə aparılan xüsusi psixoloji maarifləndirmə işi böyük əhəmiyyət daşıyır.

Beləliklə, bu gün uşağın məktəb təliminə hazırlığının vacib olduğu danılmazdır. Bu iş planlı və məqsədyönlü şəkildə uşağın altı yaşa qədəm qoyduğu gündən etibarən deyil, çox-çox əvvəl, 3-4 yaş arasında aparılmağa başlanmalıdır  ki, uşaq, həyatında çox mühüm bir əhəmiyyətə malik bu mərhələyə "Mən heç nə bilmirəm,heç nə bacarmıram" fikri ilə deyil, özünə inamlı şəkildə qədəm qoysun. Axı uşaq nə qədər böyük bir intellektual potensiala malik olsa da, məktəb təliminə psixoloji cəhətdən hazırlıqsız olması onu öz gözündə yoldaşları ilə müqayisədə çox bacarıqsız və səriştəsiz edir, eləcə də özünüqiymətləndirmənin aşağı enməsinə səbəb olur. Bu da çox vaxt ona öz qabiliyyətlərini inkişaf etdirməyə mane olaraq, həmişəlik zəif şagirdlərin sırasına salır. Və əksinə, bu mərhələdə yaranmış özünəinam hissi uşağa özünün qabiliyyətli və bacarıqlı olduğuna əminlik yaradacaq və gələcək həyatında da inamlı olmağına, müxtəlif məsələlərin həllində öz bacarıq və intellektindən vaxtında və səmərəli istifadə etməsinə gətirib çıxaracaq. 
Gülçöhrə İBRAHİMOVA, Bakıdakı 124 nömrəli tam orta məktəbin müəllimi
 Azərbaycan müəllimi.- 2012.- 28 sentyabr.- S.10. 




Загрузка...
Həmçinin oxuyun:
Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Uşaq psixologiyasını bilirsinizmi ?

Uşaq psixologiyasını bilirsinizmi ?

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Təhsildə Psixoloji Xidmət Bölməsi

Təhsildə Psixoloji Xidmət Bölməsi

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Fiziki tərbiyənin mahiyyəti və məqsədi,  Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi, Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Uşaq psixologiyası ...Bildiklərimiz və Bilmədiklərimiz

Uşaq psixologiyası ...Bildiklərimiz və Bilmədiklərimiz

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Sizcə uşağınınızı kifayət qədər başa düşürsünüzmü?

Sizcə uşağınınızı kifayət qədər başa düşürsünüzmü?

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

6 PEDAQOJİ MƏSLƏHƏT-  İNTİZAM VƏ QAYDA

6 PEDAQOJİ MƏSLƏHƏT- İNTİZAM VƏ QAYDA

Fəal dərsin ümumi quruluşu. DƏRSİN 7 MƏRHƏLƏSİ

Fəal dərsin ümumi quruluşu. DƏRSİN 7 MƏRHƏLƏSİ

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Ailə tərbiyəsində əsas vəzifələr  -

Ailə tərbiyəsində əsas vəzifələr -

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

UŞAQLIQ İLLƏRİ VƏ VƏRDİŞLƏRİN GÜCÜ

UŞAQLIQ İLLƏRİ VƏ VƏRDİŞLƏRİN GÜCÜ

Yeni doğulan uşağın valideynlərindən heç biri işləmirsə, həmin uşağa görə birdəfəlik müavinət hansı orqan tərəfindən ödənilir?

Yeni doğulan uşağın valideynlərindən heç biri işləmirsə, həmin uşağa görə birdəfəlik müavinət hansı orqan tərəfindən ödənilir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Uşağın tərbiyəsi haqqında kitab oxumağ lazımdır.

Valideyn-övlad münasibətlərinin  pedaqoji əsasları - Piralı Əliyev

Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları - Piralı Əliyev