AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn
24 noyabr 2017
3 930


UŞAQLARDA PASSİVLİK



İnsanlar arasında, reallığa və təcrübəyə əsaslanmayan, belə bir mülahizə hökm sürür ki, süstlük və lənglik səfehlikdən, axmaqlıqdan xəbər verdiyi halda, diribaşlıqlılıq, çeviklik və fiziki fəallıq – yüksək əqli inkişafın göstəricisidir. Bununla belə, ətrafdakıların gözündə laqeyd və süst görünən passiv uşaqlar kifayət qədər ağıllı və istedadlıdırlar.


Lənglik və süstlük ağılın çatışmazlığının əlaməti deyildir. Burada valideynlərə uşağın davranışını dəyişməyə tələsməkdənsə, araşdırılması tələb olunan başqa səbəbləri araşdırmağa dəvət edirik.


Bəlkə də, siz gündəlik həyatlarında fiziki işi yerinə yetirmək gələndə "əlini batırmaq istəməyən” tənbəlləşən və süstləşən uşaqlara rast gəlmisiz. Biz də ağıllı və istedadlı, məktəbdə fəal, lakin evdə tənbəl və süst uşaqlarla çox rastlaşmışıq. Bu cür uşaq yatmaq istəyəndə kimsə onun üçün yer salır və ya su içmək istəyəndə kimsə ona su gətirir. Onlar özlərini ev işlərindən yayındırır və zahirən daxili enerjidən məhrum olmuş xəstə adam təəssüratı yaradırlar.


3 tip passiv uşağın qısa səciyyəsini və onların süstlüyünün səbəblərini izah edək:


1.Fiziki cəhətdən zəif uşaqlar. Orqanizmin xəstəliklərə həssaslığı, fiziki zəiflik uşağın məktəbdə təhsilinə mənfi təsir göstərir və sərbəst fəallığını məhdudlaşdırır.


2. Xroniki xəstəliklərdən əziyyət çəkən, ciddi psixi pozuntuları olan və bu səbəbdən də intelektual fəaliyyətə yaramayan uşaqlar.


3. Fiziki cəhətdən sağlam, lakin müəyyən işi görmək həvəsi olmayan süst və ya tənbəl uşaqlar.


Birinci iki qrupa gəldikdə onların üzərində dayanmayacağıq. Xroniki xəstəliklərə tutulmuş uşaqların inkişafı və tərbiyə edilməsi ayrıca izah tələb edən xüsusi sahədir. Bu halda mütəxəssisə, həkimə və ya psixoloqa müraciət etmək, onların fikirini öyrənmək və onlardan yardım almaq lazımdır.


Üçüncü qrup uşaqlara gəldikdə isə onlar haqqında aşağıdakıları demək olar:


1. Uşaqlarda süstlik əksər hallarda onların qarşısında qoyulmuş vəzifə ilə onların anadan gəlmə qabiliyyətləri arasında yaranmış ziddiyyətdən yaranır. Məsələn, idmanda uğur qazanan və ya incəsənətin hansısa sahəsi ilə maraqlanan uşaq riyaziyyat və ya xarici dil dərsində özünü süst aparır. O, bu fənləri məcburən, marağı olmadan oxuyur ki, bu da onun qiymətlərinə mənfi təsir göstərir. Süstlüyü götürməkdən ötrü onu maraqlandırmaq, gördüyü işi onun üçün zövqverən etmək lazımdır. Buna o zaman nail olmaq mümkün deyil ki, qarşıya qoyulan məqsəd onun düşünmə tərzinə, əqli qabiliyyətlərinə ziddir və uşaqda yalnız ikrah hissi və süstlük yaradır.


2.Yüksək əqli inkişafa malik uşaqlar, onların əqli qabiliyyətlərinə uyğun gələn intelektual işlərin yerinə yetirilməsində maraqlıdırlar və onlar adətən, fiziki güc tələb edən işlərdən qaçırlar. Onlar uzun müddət riyazi məsələləri həll etdikləri və ya saatlarla kitab oxuduqları halda, valideynlərinin adi ev işlərində kömək etmək xahişi onlarda həvəssizlik və süstlük yaradır.


Şübhəsiz ki, uşaqların fiziki və mənəvi qabiliyyətləri inkişaf etdirilməlidir. Həm oğlanlar, həm də qızlar idmanla məşğul olmalıdırlar. Onlar beyinlərini və bədənlərini məşq etdirməli, fiziki və psixiki olanın müvazinətinə nail olmalıdırlar. Onda süstlük və həvəssizlik yox olub gedəcək və valideynlər öz uşaqlarına tənbəllik və passivliyə görə acıqlanmayacaqlar.




Загрузка...