AzTehsil.com


Xəbərlər / Valideyn
11 noyabr 2017
3 920


Uşaq depressiyaları- VALİDEYNLƏR DİQQƏT!



Kim deyir ki, kədər sırf böyüklərə aid bir haldır?! Ancaq uşaq ruhu da kədər yaşayır, onu bəsləyir, böyüdür. Aparılan tədqiqatlarlar və statistik məlumatlar uşaqlarda depressiyaya tutulma riskinin ciddi ölçülərdə olduğunu göstərir.


Depressiya- böyük əksəriyyət bunu bir xəstəlik kimi görür.


Süd uşaqlığı dövrü də daxil olmaqla uşaqlıq çağının hər dövründə depressiya müşahidə oluna bilər. İnkişaf dövrlərinə görə simptomun əlamətləri fərqlidir. Məsələn, anasından uzun müddət ayrı qalmaq məcburiyyətində qalan və ana yerinə körpəyə şəfqət və maraq göstərən ana modeli ola biləcək bir kimsənin olmadığı mühitlərdə yetişən körpələrdə içinəqapanma, ətrafına qarşı maraqsızlıq, narahatlıq və bəslənmə problemləri kimi depressiya əlamətləri müşahidə edilir. 


Depressiya əsasən kədər və özünü pis hissetmə ilə diqqətə çarpan bir vəziyyətdir. Qıraqdan baxıldığında uşaq kefsiz və kədərli görünür. Ancaq balaca uşağın şifahi ünsiyyəti kifayət qədər inkişaf etməmiş olur və söz bazaları qeyri-kafi olduğundan duyğularını rahatlıqla ifadə edə bilmirlər. Bu səbəbdən duyğularını izah etmək yerinə daha çox şəkil çəkməyi yaxud başqa bir məşğuliyyəti seçirlər. O şəkillərə baxaraq yaxud uşaqları müşahidə edərək onların daxili aləmini kəşf edə bilərik. Uşaq depressiyasının əlamətlərindən biri də günahkarlıq duyğusudur.

 

Bu davranış uşağın günahkarlıq duyğularını artıra biləcəyi kimi depresiyanı da gücləndirir. Depresiv uşaqda özünü günahlandırma meyli diqqətə çarpandır. Məsələn anasının xəstəliyindən ya da atasının işlərinin yaxşı getməməsindən özlərini məsul tuturlar. Bu da ciddi depressiya əlamətləri ilə müşahidə oluna bilər.


Əldə olunmuş məlumatlar uşaqlıq dövründə depressiya riskinin heç də az olmadığını göstərir. Uşaqlıq dövründən yetkinliyə keçəndə depressiya nisbətinin artdığı məlum olur.

 

Amerikalı alimlərin apardığı araşdırmalara əsasən, məktəbəqədər yaşlı uşaqların 1 %, məktəb çağı uşaqların 2% və yetkinlik dövründəki uşaqların isə 5 % -də depressiyaya məruz qalır.




Загрузка...
Həmçinin oxuyun:
Depressiyaya son- Bunu etsəz...

Depressiyaya son- Bunu etsəz...

Qayğı görməyən uşağın beyni inkişafdan qalır – FOTO FAKT

Qayğı görməyən uşağın beyni inkişafdan qalır – FOTO FAKT

Payız depressiyasına siz də yaxalana bilərsiz– ƏLAMƏTLƏR

Payız depressiyasına siz də yaxalana bilərsiz– ƏLAMƏTLƏR

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

UŞAQLARLA BÖYÜKLƏR KİMİ DAVRANMAYIN !

UŞAQLARLA BÖYÜKLƏR KİMİ DAVRANMAYIN !

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Sizcə uşağınınızı kifayət qədər başa düşürsünüzmü?

Sizcə uşağınınızı kifayət qədər başa düşürsünüzmü?

UŞAQLIQ İLLƏRİ VƏ VƏRDİŞLƏRİN GÜCÜ

UŞAQLIQ İLLƏRİ VƏ VƏRDİŞLƏRİN GÜCÜ

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

Abituriyentlər və valideynlər diqqət! Qəbul imtahanında uğursuz olmamaq üçün bu sosial çarxı izləyin

Abituriyentlər və valideynlər diqqət! Qəbul imtahanında uğursuz olmamaq üçün bu sosial çarxı izləyin

Uşaq psixologiyasını bilirsinizmi ?

Uşaq psixologiyasını bilirsinizmi ?

Uşaqlarda davranış pozuntuları... PROBLEM

Uşaqlarda davranış pozuntuları... PROBLEM

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Uşaq psixologiyası ...Bildiklərimiz və Bilmədiklərimiz

Uşaq psixologiyası ...Bildiklərimiz və Bilmədiklərimiz

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Sarışan hallar nevrozu nədir?- Bu üsulla müalicə...

Sarışan hallar nevrozu nədir?- Bu üsulla müalicə...

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Uşaq hüquqlarının qorunması necə tənzimlənir?

Uşaq hüquqlarının qorunması necə tənzimlənir?

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

Valideynlər nə üçün qızları məktəbə qoymurlar?

Valideynlər nə üçün qızları məktəbə qoymurlar?