Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…
Bəzi analar özləri işlə məşğul olarkən, uşaqlar mane olmasın deyə onlara cizgi filminə baxmağı tapşırırlar.
Aztəhsil.com sizi cizgi filminin uşağa təsiri və cizgi filmini seyr etməyin qaydaları ilə tanış edir!
Analar, iş görərkən uşağınıza film seyr etdirməyin. Uşaqda danışma geriliyi və depressiv vəziyyətlərlə qarşılaşa bilərsiniz.
Uşaqlar nəzarətsiz şəkildə film seyr etdikdə, bu, uşaqların beyin inkişafına və davranışlarına qarşısıalınmaz şəkildə mənfi təsir edir. Bilməniz lazım olan ən əhəmiyyətli məsələ cizgi filmlərin uşaqları əyləndirmək məqsədi ilə seyr edilməməsidir.
Mütəxəssislərinin fikirincə, uşağın televiziya ilə mümkün olduqca gec tanış olmaları daha yaxşıdır.
Hər yaş qrupundan olan uşaqların cizgi filmlərindən aldığı mesajlar fərqlidir. 2,5 yaşında olan uşaqlar izlədiyini təqlid edir, 3-6 yaşdakılar izlədiyi cizgi film haqqında çoxlu suallar verir. Buna görə də hər yaş qrupundan olan uşaqlar fərqli cizgi filmlər izləməlidir. 2,5 yaş qrupu üçün anlayışlar, rənglər, heyvanlar ilə əlaqədar cizgi filmləri, 3-6 yaş qrupu oğlanlar üçün güc, qüvvət, döyüş elementləri olmayan filmlər, qızlar üçün xarici görünüşə həddindən artıq diqqət göstərən, xüsusilə nəyi isə nümayiş etdirən ünsürləri olmayan cizgi filmlər seçilməlidir. Cizgi filmi izləmə müddəti yaşa görə də dəyişməlidir. 1 yaşından əvvəl qətiyyən film və ya cizgi filmi izlənilməsini məsləhət görməyən mütəxəssislər 3 yaşından sonra gündə 1 saatda çox olmadan, 4-6 yaş arasında 1,5-2 saat seyr edilməsi lazım olduğunu söyləyir.
Davranış pozğunluğu və məsələyə düzgün istiqamətlənə bilməmək problemləri yaşanır.
Cizgi filmi izləyən uşaq passiv olur və beyni tək bir nöqtəyə fokuslanır. Bu da uşaqların inkişafında geriləməyə səbəb olur. 3 yaşında olan uşaqların beyni tam inkişaf etmədiyi üçün bizim axıcı şəkildə gördüyümüz görünüşləri onlar kvadratlar formasında görə bilərlər. Buna görə uzun müddət cizgi filmi seyr edən uşağın beyni sürətli düşünməyə və sürətli hərəkət etməyə proqramlaşır. Sürətli düşünən uşaqlar da diqqətini yığa bilməz, beləcə, analiz qabiliyyəti meydana gəlməz və öyrənmə çətinliyi başlayar. Mütəxəssislər çox hərəkətli və hiperaktiv olan uşaqlarda bu elementin çox təsirli olduğu fikrindədirlər. Kiçik yaşlardakı uşaqlarda mühakimə qabiliyyəti inkişaf etmədiyindən, kiçik yaşdakı uşaqlar izlədiklərinin hansının doğru, ya da səhv olduğunu ayıra bilməyəcəklər.
Valideynlərin diqqət etməsi lazım olan əhəmiyyətli məsələlər:
-Cizgi filmi izləməzdən əvvəl uşaqla razılığa gəlməlidirlər. «Bu proqram bitəndə TV bağlanacaq» deyilməlidir.
-Qaydalara riayət etdikdə uşaqları mükafatlandırın.
-Uşaq cizgi filmi izləyərkən mümkünsə, yanında oturmalı və sonradan xarakterlər haqqında uşaqla danışılmalıdır.
-Şəkil çəkmək, boyama kitablarını boyamaq, ana-uşaq əlaqəsinə söykənən oyunlar oynamaq lazımdır.
-Böyüklər üçün olan proqramları uşaqlar qətiyyən izləməməlidir. Uşaqların yanında evlilik proqramlarını, reklamları və serialları seyr etməyin.
-Televiziya və cizgi filmi seyr etmək yerinə kitab oxuma vərdişi qazandırılmalı, uşağın yaşına uyğun hekayələr oxunmalıdır.
-Nitqin inkişafını dəstəkləyən oyunlara yer verilməlidir.