AzTehsil.com


Xəbərlər / H/N sənədlər / Valideyn / Müəllim
28 oktyabr 2019
5 890


Şagirdin nizam-intizam qaydalarını kobud şəkildə pozması nə ilə nəticələnir



Şagirdin nizam-intizam qaydalarını kobud şəkildə pozması nə ilə nəticələnir

 

Məktəbin  daxili intizam-intizam qaydaları mövcuddur. Bu qaydalar məktəb ərazisində şagirdlərdən olan gözləntiləri və qaydalar pozulduğu zaman şagirdlərin üzləşə biləcəyi nəticələri əks etdirirlər. Aşağıda bir sıra qayda pozuntuları və onları törədən şagirdlərə tətbiq ediləcək cəzalar sadalanır.

1.Tez-tez məktəbə  kecikən şagirdlərin valideynləri yazılı şəkildə məlumatlandırılacaq.  Kecikmələr bundan sonar da davam etsə, valideynlər məktəbə çağırılaraq məsələni müzakirə etdikdən sonra xüsusi Məktəb-Valideyn sazışıni imzalamalı olacaqlar. Məktəbə saat 8:45-dən gec gələn şagirdlər evə göndəriləcək. Bu haqda valideynlərə telefon vasitəsi ilə məlumat veriləcək.

2.Məktəb formasını geyinməyən 6-10cu sinif  şagirdlərə 2 dəfə xəbərdarlıq edilərək valideynlərdən məktəb formasını məktəbə gətirmək xahiş olunacaq. 3-cü dəfə qaydanı pozan şagirdlər evə göndəriləcək. Bu haqda valideynlərə telefon vasitəsi ilə məlumat veriləcək.

3.Hər növ elektron cıhazların və ziynət  əşyaların məktəbə qətirilməsi qadağandır (11-12 ci sinif şagirdlərə incə ziynət əşyalar taxmağa icazə verilir). Bu cihaz və əşyalar məktəbə birinci dəfə qətirildikdə yeddi günə qədər müddətə müsadirə ediləcək. İkinci dəfə bu qaydanı pozan şagirdin elektron cihazı və ziynət əşyası bir semestr müddətinə müsadirə ediləcək.

4.Məktəb ərazisində saqqız çeynəmək qadağandır. Bu qaydanı pozan şagird sinifdən uzaqlaşdırılaraq dərsə buraxılmayacaq. Üçüncü dəfə bu qaydanı pozan şagirdin valideynlərinə məlumat verildikdən sonra şagird evə göndəriləcək.

5.Şagird hər hansı müəllimə dərs zamanı mane olarsa, həmin müəllim şagirdin tənəffüsə çıxmasına qadağa qoya bilər. Həmin müəllim tənəffüs zamanı şagirdin görəcək işi müəyyən edir. Şagirdə həftə ərzində üç dəfə bu cür qadağa qoyularsa, ona Gündəlik Davranış Cədvəli tətbiq olunur. Cədvəl davamiyyət və tərbiyə üzrə mütəxəssis və valideyn tərəfindən imzalanır. Başqa sözlə, valideynlər məlumatlandırılır və yaranmış vəziyyətdə öz təvsiyələrini verə bilirlər.

6.Gündəlik Davranış Cədvəlinə edilən qeydlər qənaətbəxşdirsə, bütün qadağalar ləğv edilir. Əks halda bir həftədən sonra şagirdin valideynləri məktəbə çağırılır və onlara hadisə haqqında ətraflı məlumat verilir.

7.Gündəlik Davranış Cədvəlinə sinif rəhbəri və şagirdə dərs deyən müəllimlər qeydlər edə bilərlər. Digər müəllimlər isə hər gün səhər saat 8:00da keçirilən iclas zamanı şifahi şərh yürüdə bilərlər.

8.Əgər şagirdin davranışında irəliləyiş qeydə alınmasa, onun valideynlərindən məktəbə çağırılaraq Məktəb-Valideyn sazışıni imzalamaları xahiş olunacaq. Bu sənədi imzalamaqla valideynlər övladlarının qaydaları pozmasından və bu hal davam edərsə, övladlarının məktəbdən xaric oluna bilməsini haqqında xəbərdar olduqlarını təsdiq edirlər. Valideynlərin nəzərinə çatdırırıq ki, dərs zamanı digər şagirdlərə mane olan şagirdlərin siniflərini və oturacaq yerini  dəyişdirmək müəllimin ixtiyarındadır.
 
9.İmzalanmış Məktəb-Valideyn sazışı bir və ya iki dəfə kobud şəkildə pozularsa, şagird məktəbdən kanarlaşdırılacaq. 

10.Şagirdin nizam-intizam qaydalarını kobud şəkildə pozması (digər şagirdə əl qardırmaq, müəllimə qarşı kobud rəftar və s.) onun dərhal sinifdən kənarlaşdırılması ilə nəticələnir. Valideynlər məlumatlandırılır və şagird evə göndərilir. Şagirdin məktəbə qayıtması valideynlərin məktəbə gəlib baş vermiş hadısəni müzakirə etmələrindən sonra mümkündür. Adətən belə hallarda şagirdə sonuncu xəbərdarlıq edilir. 

azeri.org.uk




Загрузка...
Həmçinin oxuyun:
Ümumtəhsil məktəblərində şagirdlərin daxili intizam qaydaları haqqında təlimat

Ümumtəhsil məktəblərində şagirdlərin daxili intizam qaydaları haqqında təlimat

Valideyn şəxsi işi hansı müddətə təqdim etməlidir? – Şagirdlərin yerdəyişməsi

Valideyn şəxsi işi hansı müddətə təqdim etməlidir? – Şagirdlərin yerdəyişməsi

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI

Şagirdlərin şəxsi işləri necə hazırlanır

Şagirdlərin şəxsi işləri necə hazırlanır

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

Bakıdakı 14 nömrəli məktəbdə nə baş verir? – TƏFƏRRÜAT

Bakıdakı 14 nömrəli məktəbdə nə baş verir? – TƏFƏRRÜAT

Məktəbdə və sinifdə  şagird davranış qaydaları

Məktəbdə və sinifdə şagird davranış qaydaları

DAVRANIŞ QAYDALARI

DAVRANIŞ QAYDALARI

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Bakı Təhsil İdarəsindın “itkin şagird”lə bağlı AÇIQLAMA

Bakı Təhsil İdarəsindın “itkin şagird”lə bağlı AÇIQLAMA

Valideynlərin tədris prosesinə cəlb edilməsi nə deməkdir?

Valideynlərin tədris prosesinə cəlb edilməsi nə deməkdir?

Məktəbəhazırlıq sinfində oxuyanlar başqa məktəbi seçmək üçün nə etməlidirlər?

Məktəbəhazırlıq sinfində oxuyanlar başqa məktəbi seçmək üçün nə etməlidirlər?

Müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır.

Müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır.

Şagirdin halı pisləşdiyi üçün başı yerə dəyib - Məktəbdən  rəsmi cavab

Şagirdin halı pisləşdiyi üçün başı yerə dəyib - Məktəbdən rəsmi cavab

Sinifdə valideyn iclasları necə təşkil olunmalıdır ?

Sinifdə valideyn iclasları necə təşkil olunmalıdır ?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Bakıda məktəbli yoxa çıxdı

Bakıda məktəbli yoxa çıxdı

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı 19 234 müraciət daxil olub

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı 19 234 müraciət daxil olub

Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ

Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ

“Xəstəlik daşıyıcısı olan uşaq məktəbə buraxılmamalıdır”

“Xəstəlik daşıyıcısı olan uşaq məktəbə buraxılmamalıdır”

I sinfə qəbul zamanı işıq pulu qəbzi tələb edilir

I sinfə qəbul zamanı işıq pulu qəbzi tələb edilir

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Xaricdən gələn şagirdlərin məktəbə qəbulu necə aparılacaq?

Xaricdən gələn şagirdlərin məktəbə qəbulu necə aparılacaq?