AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
26 yanvar 2021
1 485


Uşaqlarda əxlaq anlayışı



 

Doğruluq, dürüstlük, hörmət, sevgi, ədalət, vicdan, imkansıza  və gücsüzə kömək etmək kimi dəyərlər əxlaq anlayışının əsas xüsusiyyətləridir. Əxlaqi dəyərləri olan nəsil yetişdirmək bir cəmiyyətin ən müqəddəs vəzifələrindəndir.Əxlaqi tərəfi əksik təlim-tərbiyə və təhsil, yarımçıq   və yetərsizdir.
 
Çünki əxlaqi dəyərlər sağlam bir cəmiyyətin əsaslarındandır. Məktəbdə təhsil alan şagirdlərin hamısı ali təhsil almaya bilər. Amma hər şagird gələcək nəslin bir üzvüdür və gələcəyin formalaşmasında mütləq bir təsiri var. Əxlaqın olmadığı bir yerdə qanunlar yetərsiz qalır. Əgər bir şəxs öz mənafeyini bir kənara qoyaraq, mənfi davranışlardan uzaq durub yaxşılığa və doğruluğa yönəlirsəonun  əxlaq inkişafı tamdır.

Əxlaq anlayışı uşağın fiziki, əqli, psixoloji inkişafı ilə paralel aparılmalıdır. Doğru olanı yanlışdan ayırmağı vəəxlaqi dəyərləri uşaqda formalaşdırmaqzaman alan prosesdir. Cəmiyyətin təməl daşı olan ailənin əxlaqi dəyərləri mütləq bir şəkildə uşağın xarakterinətəsir edəcəkdir.

Uşaqların 2 yaşına qədər eqoist olması, qoyulan qaydalara tabe olmaması tamamilə normal haldır. Bu yaşdakı uşaq digər bir uşağın əlindəki oyuncağı alaraq, "mənimdir” deyə bilir.

2-6 yaş arasındakı uşaqlar riayət ediləcək  qaydalar olduğunu anlamağa başlayırlar. Amma bu qaydalara əməl edilməsininnə üçün lazım olduğunu başa düşə bilmirlər. Uşağın qaydalar və sərhədlər daxilindəözünü istiqamətləndirməsinə , yanlış davranışlardan yayınmağa çalışmasında ən böyük amil valideyninə olan sevgisi və onların sevgisini itirmə qorxusudur. Uşaq doğru davranışı valideynin xoşuna gəlmək və ana-atasına özünü bəyəndirmək istəyi ilənümayiş etdirir. Qorxu və cəza uşağı tərbiyə edərkən sevginin yanında son sıralarda olur.

Məktəb dövründə uşaqlar qaydaların vəmüəyyən sərhədlərin nizam-intizamı həyata keçirdiyini  artıq anlayırlar. Uşaqların ən çox yanlış davranışlarının qarşısını alan "valideynlərim və ya müəllimim gözlərimdən anlayar” duyğusu olur. Bu isə uşaqda vicdan duyğusunun formalaşmasından xəbər verir.

Zaman içərisində valideynin qoyduğu qanunlar və sərhədlər sorğulanaraq müəyyən dəyişiklərlə bərabər mənimsənilir. Uşaq riayət edilməsi lazım olan əxlaqi davranışların məntiqini çox da anlamır. Amma bir az böyüdükdən sonra bu qanun vəsərhədlərin əxlaq anlayışının məntiqini daha yaxşı qavrayır. Yəni cəza qorxusu iləhesablaşdığı  qanunun daha sonralar hər kəsin yaxşılığı üçün olduğunu başa düşür. ”Özüməedilməsiniistəmədiyimi, başqasına etməməliyəm” düşüncə qəlibi əxlaq anlayışını formalaşdırır. Yanlış böyüdülən  bir çox uşaqda "kimsə bilmədiyi müddətcə bütün doğruları qaydaları poza bilərəm”anlayışı olur. Bəzən mükafat verilərək müsbət davranış aşılanmağa çalışılır. Məsələn: ev tapşırığını yerinə yetirərsənsə, kompüterdə oyun oynaya bilərsən və ya balaca qardaşına dərslərində kömək edərsənsə, sənə pul verəcəyəm. Bu davranış forması müsbət davranışı həmişə bir çıxar qarşılığı etmə alışqanlığı yaradır. Əslində valideynin uşağını ürəklə qucaqlaması, sevgisi, qayğısı, isti bir baxışı ən böyük mükafatdır.

Bəzi ailələrdə isə Allah  və din qorxusu təzyiq vasitəsi olaraq istifadə edilir. Məsələn;sakit durmasan cəhənnəmdə yanacaqsan, hər yaramazlığın çiynindəki mələk tərəfindən yazılır, səhv etdiyindəAllah səni cəzalandıracaq vəs. Bu kimi ifadələr uşaq üzərində kəskin təzyiqlər yaradır. Bu şəkildəəxlaq anlayışı yaradılsa belə, sağlam düşüncə tərzinə və həqiqi məsuliyyət hissinə sahib ola bilmirlər.

Nəsihətin, zorakılığın, cəzanın bol olduğu yerdə sağlam bir əxlaq duyğusu inkişafından söz etmək çətindir. Həddindən çox təzyiqlə  aşılanan əxlaq sağlam deyil.

Müsbət xüsusiyyətlər vəəxlaqi anlayış ilk yaşlardan valideyn iləqazanılmalıdı. Daha sonralar isəmüəllımlər, yaxın çevrə və mühitin böyük təsirləri olur. Böyüklərin öyüdləri ilə davranışlarının bir-birini tamamlaması ən əsas məsələlərdəndir. Əgər uşağınıza verdiyiniz sözü yerinəyetirmirsinizsə, ondan yalan danışmamağı tələb etməməlisiniz. Uşaq böyüklərin danışıq vəhərəkətlərindəki ziddiyyəti görəndə, valideynin öyüdləri  tələbləri işə yaramayacaq.

Belə ki, uşağınızın müsbət xüsusiyyətlərə malik olması üçün eyni xüsusiyyətləri valideynində görməlidir.

Günay Hüseynquliyeva Uşaq pedaqoqu



Загрузка...