AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn / Müəllim
16 may 2020
1 524


Uşağa verilən cəzanın vicdan inkişafına təsiri



 

İrsən ötürülən genetik xüsusiyyətlər və ətraf mühitin təsiri ilə də uşaq ictimai inkişafını tamamlayır, içində yaşadığı cəmiyyətin bir fərdinə çevrilir. Sosial inkişafın əhəmiyyətli ünsürlərindən biri də əxlaq və vicdan inkişafıdır.
Laurans Kolberqin (Lawrance Kohlberg) əxlaq inkişafı nəzəriyyəsinə əsasən, əxlaq inkişafı itaət və cəza yönümlü olaraq başlayır və universal meyilli əxlaq olaraq təkamülünü tamamlayır. Valideynlərimizdən aldığımız genetik miras qədər əhəmiyyətli olan bir başqa əhəmiyyətli məsələ də onların bizi yetişdirərkən verdikləri cəzalardır. Çünki verilən cəza növü vicdan inkişafında əhəmiyyətlidir.

Uşaqlarda əxlaq və vicdan inkişafı mövzusundakı araşdırmalar fiziki cəza vermənin uşaqda qeyri-kafi daxili nəzarət və zəif vicdan inkişafına yol açdığını göstərmişdir. Dəcəllik etdiyi üçün bir uşaq cəzalandırılarsa etdiyinin qarşılığını ödəmiş hesab olunur. Etdiyini düzəltmək üçün başqa bir şeyə ehtiyac qalmamışdır. Sonra da ana və ataya qəzəb hissi keçirər və nəhayət bir rol model inkişaf etdirər özünü əsəbləşdirəni döyməsi lazım olduğunu düşünər və vicdanlı olmağı deyil təcavüzkar olmağı seçər. Uşaq etdiyi səhvi və nəticələrini realizə yerinə itaət etməyi öyrənəcək, ilk fürsətdə yəni nüfuzun qorxu ünsürünün olmadığı yerdə yenə bildiyini edəcək.

Sevgidən, əlaqədən məhrum etmə, danışmama da fiziki cəza ilə eynidir tək fərqi psixoloji olmasıdır. Bunların yerinə dəlil göstərərək inandırma metodunu seçsəniz, uşağa bir başqasına verdiyi zərərə diqqət çəkilir və beləcə uşağa bir başqasının yerinə özünü qoyma, empati öyrədirlər. Beləcə uşaq bir başqasına verdiyi zərərə diqqət yetirir. Verdiyi zərərdən ötəri günahkar hiss etməyə başlayır və daxili nəzarət, vicdan inkişaf etməyə başlayır. Məsələn qardaşını itələyərək salan bir uşağı cəzalandırıb döymək yerinə, qardaşına verdiyi zərəri çatdırmalıyıq.

Beləliklə, uşaqlarda vicdan inkişafı üçün əhəmiyyətli olan verdiyi zərərin cəzasını fiziki ya da psixoloji olaraq çəkməsi deyil, zərər verdiyi adamın yerinə özünü qoyub onun kimi hiss etməsi və peşmanlıq duymasıdır. Qısaca empati qurmağı öyrənməsidir. ilk5il.az 



Загрузка...