AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
10 sentyabr 2019
1 659


Tərbiyədə bunlar əhəmiyyətlidir



 

 
Uşaqların tərbiyəsində ilk şərt

Sual: İki uşağımız var - bir qız, bir oğlan.Yetkinlik çağına girdilər. Ancaq son bir-iki ildir ki, çox dəyişiblər, əsəbi olublar, nəsihət qəbul etmirlər, cavab verməyə, bizi məzəmmət etməyə belə başladılar. Buna görə həyat yoldaşımla birlikdə uşaq təhsilinə aid kitablar oxuduq. Bunlar yetkinlik çağında normal halmış, sevgi və şəfqətlə yanaşmalı, onlarla yoldaş olmağımız lazımmış. Bunu da sınadıq, ancaq dəyişən bir şey yoxdur. Sizin bir tövsiyəniz varmı?

Cavab: Diaqnoz doğru qoyulmazsa, müalicə də həm səhv olar, həm də nəticə verməz. Uşaq yetkinlik çağına gələndə mükəlləf olar, yəni dinimizin əmr və qadağanlarına həmsöhbət olar. İmanın şərtləri, yəni Amentunu mənasıyla birlikdə bilib söyləməsi, İslamın beş şərtinə inanması, vacibləri etməyi fərz olar. Qüsl almağı, dəstəmaz almağı, namaz qılmağı fərz olar. Ana-atalar və gənclər buna diqqət yetirməzsə, günaha girdikləri kimi, həm də dinclik üzü görməzlər.
 
Yetkinlik çağındakı gənclərdə problemlərin əsas səbəbi bəlkə imanlarının olmaması, varsa, güsul almamaları və namaz qılmamalarıdır. Uşaq ağlı yetkin olanda bunları bilməzsə, inanmamışsa, bəyənməzsə mürtəd olar. Buna səbəb olan ana-ata da mürtəd olar.

Sual: Uşaqlarımızı necə tərbiyə etməliyik, tərbiyədə əsas olan nədir?

Cavab: Tərbiyədə "bunu et, bunu eləmə" demək yerinə, örnək olmaq gərəkdir. Buna görə: "Lisan-ı hâl, lisan-ı qaldan əntakdır" deyilib. Yəni insanın hal və hərəkəti, sözündən daha təsirlidir.


Bir nümunə:

Bir ticarət karvanı gəlib gecə Mədinənin kənarında yerləşdi. Yorğunluqdan yatdılar. Xəlifə Həzrət-i Ömər bunları görən kimi Əbdürrəhman min Avfa "Bu gecə bir karvan gəlmişdir. Hamısı kafirdir. Amma bizə sığınıblar. Əşyaları çox qiymətlidir. Bunları soya bilərlər. Gəl, bunları qoruyaq" dedi. Səhərə qədər gözləyib, səhər namazında məscidə getdilər. Karvandakı bir gənc bunları təqib etdi. Bu iki adamdan birinin Xəlifə olduğunu öyrənəndə gəlib yoldaşlarına xəbər verdi. Xəlifənin bu hərəkətindən İslamiyyətin haqq din olduğunu anlayıb, hamısı müsəlman oldu.

Ata siqaret çəkir, qumar oynayırsa, uşağına "bunları etmə" deməyi o qədər təsirli olmaz. Uşaq fikirləşir: "Bunlar pis olsa, atam etməz". Yaxşı işlər, fədakarlıqlar edilsə, uşağa nümunə olar. Uşağa yaxşılıq etməyin faydası izah edilməlidir. Beləcə, uşaq eqoist olmaqdan xilas olar. Eqoist yetişənlər özlərini cəmiyyətə uyğunlaşdıra bilməz, hətta ənənə, adət və qanunları tanımaz.


 
 Tərbiyədə əsas olanlar:

Zəka: Uşaqlar ilk gördüyü əşyanı tədqiq etməyə, əlləməyə və soruşub öyrənməyə həvəslidirlər. Buna görə də uşaqlara həmişə yaxşı və gözəl şeylər göstərilməli və sualları doğru cavablandırılmalıdır. Belə uşağın düşünmə qabiliyyəti inkişaf etmiş olar (3-6 yaş arası buna çox diqqət yetirilməlidir. Bu müddət beyin və zəkanın inkişafı üçün ən əhəmiyyətli dövrdür).

Ruh: Həssas və küsəyən uşaqlara acı da olsa gerçəkləri görmək və dözməyi bacarmaq öyrədilməlidir. Kobud uşaqlara isə onu duyğulandıracaq nümunələr verərək, həssas olmağına çalışılmalıyıq. 

İradə: Güclü iradəyə sahib olmağı üçün çalışılmalıyıq. Zəif iradəli uşaqları bir az sərbəst buraxıb özünə olan etibarını artırmaq lazımdır. İradəsi qüvvətli uşaqlarda isə tərbiyə daha sərt olmalıdır. Ancaq yenə sevgi və anlayış göstərmək şərtdir.

 
Tərbiyədə bunlar əhəmiyyətlidir:

Din: Allahu-Təalanın yaxşılığı, çalışqanlığı və dürüstlüyü sevdiyi, onları Cənnətə qoyacağı, pisləri sevmədiyi və bunları da Cəhənnəmdə cəzalandıracağı öyrədilməlidir. 

Sevgi: Tərbiyədə sevgi kimi ciddilik də çox əhəmiyyətlidir. Ana-atanın dolanışıq çətinliyi, xüsusilə də ayrılığı uşaq ruhunda fırtınalar qoparar. 

Cəza və mükafat: "Bunu etsən bunu vermərik, küçəyə çıxmağa icazə vermərəm" kimi bəzi cəzalar uyğun olsa da, qətiyyən döyməyə əl atılmamalıdır. Cəza qəlbi incitməməli, kiminsə qarşısında edilməməlidir. Yaşına görə oyuncaq və ya velosiped almaq kimi mükafat verilməlidır.Uşaq "Bu velosipedi Quran-ı Kərimi bildiyim üçün atam mənə aldı" deyə bilməlidir. 

Oyunlar: Yaşına uyğun olaraq, müxtəlif idman növləri bədənin və zəkanın inkişafını təmin edir.

Ətraf: Hədis-i şərifdə, "İnsanın dini yoldaşının dini kimidir" buyuruldu. Uşaq ətraf mühit və yaxşı yoldaş əldə etməlidir.
 qadin.net



Загрузка...