AzTehsil.com


Xəbərlər / Valideyn
02 yanvar 2018
12 480


Valideyn münasibətləri və uşaqlar üzərindəki təsiri...



Valideyn mövqeləri, valideynin uşağını tərbiyələndirərkən istifadə etdiyi mövqe, davranış və vasitələrin toplusudur əslində. Qəbul etdiyiniz mövqe və davranışlar uşağınızın psixoloji inkişafı üçün çox mühüm əhəmiyyət daşıyır. Məhz ən çox rastlaşdığımız valideyn münasibətləri və uşaqlar üzərindəki təsiri...


Valideyn mövqeləri nələrdir?


Ailədə uşaqlarla, valideyn münasibətində əsas müəyyənedici amil ana və atanın mövqe və davranışlarıdır. Valideynin uşaqlarına qarşı sərgilədikləri davranış formaları, hadisələr qarşısında nümayiş etdirdikləri mövqelər, ana və ata ilə uşaq arasındakı əlaqənin istiqamətini və formasını müəyyən edir. Psixologiyası düzgün, ruh quruluşu möhkəm, xarakteri müsbət istiqamətə doğru yönləndirilmiş uşaq yetişdirmək üçün valideynin mövqeləri çox amma çox əhəmiyyətlidir.


Ana və atası ilə sağlam bir əlaqəyə malik, ünsiyyəti düzgün uşaqların ümumi xüsusiyyətlərinə nəzər saldığımızda, düşündüyünü həyata keçirə bilən, sərbəst qərarlar ala bilən, özünə inamı son dərəcə yüksək, fərdi mənada tolerant, ictimai şüuru yüksək fərdlər kimi yetişirlər.


Valideynləri tərəfindən uşaqlara qarşı sərgilənən mövqeləri qruplaşdırmaq və kateqoriyalara ayırmaq lazım gələrsə, əsas olaraq bu şəkildə yekunlaşdırıla bilər.


1. Təzyiqçi və avtoritar valideyn mövqeyi:


Ailə qatı, qaydaçı və intizamlıdır. Ana /ata və ya hər ikisinin də avtoritar mövqeyi qarşısında, uşaq nəzakətli, dürüst, intizamlı, xeyriyyəçi və diqqətli olmasına baxmayaraq, ürkək, utancaq, özünə inamı olmayan və ya çox zəif, başqalarının təsiri altında qala bilən, həssas, qorxaq, öz başına iş görmək qabiliyyəti inkişaf etməmiş bir quruluşa sahib ola bilərlər.


2. Həddindən artıq mehriban valideyn mövqeyi:


Bu tip ailələrdə uşaq tək hökm edəndir. Ailə bütün həyatını uşağın istək və arzusuna görə müəyyən edir. Ailə uşağa hədsiz sevgi göstərir. Bütün mövqeləri balanssız və uşaq mərkəzlidir. Bu tip ailələrdə uşaq nə desə o olur. Belə ailələrdə böyüyən uşaqlar; eqoist, sevgi arsızı, qayda tanımayan, acgöz şəxsiyyət strukturlarına sahib olurlar. Bu uşaqlar ev həyatı və ictimai həyatda yola getməyən, sosial istiqamətləri zəif və eqoist bir quruluşa sahib olurlar.


3. Qərarsız və balanssız valideyn mövqeyi:


Bu tip ailələr adətən ana və atanın yaxşı yola gedə bilmədiyi və hər iki tərəfin də dominant xarakterə malik olduğu ailələrdir. Ana / ata uşaqla bağlı bir məsələdə ağ dediyinə, digəri qara deyir uşaq hansına baxacağına, hansına əməl olunacağına qərar verməməkdə əksəriyyətlə qərarsız qalaraq hər hansı bir reaksiya verməməyi qərar verir. Bu tip ailələrdə yetişən uşaqlar adətən qərarsız, hər cür təsirə açıq, əsassız, tez qərar dəyişə bilən uşaqlardır.


4. Həddən artıq qoruyucu valideyn mövqeyi:


Uşağın hər zaman, hər an nəzarət altında saxlanıldığı, həddindən artıq diqqət və qayğı göstərildiyi, zərər gələ bilər qorxusu ilə gündüzləri belə küçəyə çıxması belə istəmədiyi və ya məhdudlaşdırıldığı ailə tipidir. Bu tip ailələrdə yetişən uşaqlar, ailəyə hədsiz asılı, özünə inamı olmayan, emosional cəhətdən zəif, sıxışdırılarkən başqalarına şər ata biləcək quruluşda olurlar. Bu asılılıq halı ümumiyyətlə, ömür boyu sürər və ailəsindən gördüyü şeyləri həyat yoldaşından da gözləyərlər.


5. Mehriban və güvən verici valideyn mövqeyi:


İdeal ailə tipinə uyğun bir quruluşdur. Bu tip ailədə əsas qayda və məhdudiyyətlər xaricində uşaqlar sərbəst şəkildə, lakin məsuliyyətlərini dərk edərək  yetişirlər. Fərd olmanın fərqinə çatan uşaqların özünə inamları tam, sosial münasibətlər qüvvətli və gələcəyin ideal yetkin namizədləridir.


6. Mövqesiz valideyn mövqeyi:


Bu tip ailədə adətən qaydalar yox, müəyyən müddətlik davalar və müəyyən müddətlik səadət var. Uşaq üçün qoyulan qaydaların bəzən çox qatı bir şəkildə tətbiq olunduğu, bəzən də heç yox imiş kimi davranıldığı mövqelər; uşaqda inamsızlıq, qaydalara qarşı laqeydlik, həllin parçası olmağı rədd etmək, qərarsız və şəxsiyyətsiz xarakter quruluşu meydana gələ bilir.


7. Rədd edici valideyn mövqeyi:


Uşağın sağlamlıq xidmətlərini ləngidərək uşağın əslində istənilmədiyini hiss etdirmək və uşağa qarşı düşmən münasibət bəsləmək kimi tərif edilə bilər. Bu tip ailələrdə böyüyən uşaqlarda özündən daha zəif olanı əzmək, bütün ətrafına qarşı nifrət bəsləmək, heç kimə güvənməmək, ətrafındakılara düşməncəsinə mövqe nümayiş etdirmə düşüncələrinə sahib ola bilərlər.


8. Mükəmməliyətçi valideyn mövqeyi:


Bu tip ailələr adətən özlərinin edə bilmədiklərini, yaşamadıqlarını uşaqlarından gözləyən, bir az eqosu yüksək ailələrdir. Adətən eqoist insanların yaratdığı bu ailələrin uşaqlarında; gördüyü işi bəyənməmək, yetərsiz olduğu duyğusu, davamlı olaraq başqalarını xoşbəxt etməyə çalışmaq duyğuları görülə bilər.


9. Ayrı-seçkilik edən valideyn mövqeyi:


Ana / ata və ya hər ikisinin də ayrı-seçkilik etmədiklərini demələrinə baxmayaraq övladları arasında ayrı-seçkilik etmələri, sevdikləri uşaqlarını, digərlərindən ayıraraq himayə etmələri nəticəsində  yaranan və təcrid olan uşaqlarda emosional qırıqlıqlar yaranır. Bir-birinə düşmən olurlar.


Nəticə olaraq ana və atanın mövqeyi uşaqların inkişafında, şəxsiyyət təşəkkülündə çox böyük əhəmiyyətə malikdir. Uşaq böyüdərkən, uşaqlara rol model olarkən bunu əsla və əsla unutmamalısınız. Uşaq sizdən nə görsə onu edəcəkdir. Siz demokratik, tolerant, insan sevgisi ilə dolu, anlayışlı olar və elə rəftar etsəniz, uşağınız da eynilə sizə bənzəyəcək və gələcəkdə sizin kimi davranacaq.




Загрузка...
Həmçinin oxuyun:
Sizcə, yaxşı valideynsiniz ?

Sizcə, yaxşı valideynsiniz ?

Hansı valideyn tipisən?- ÖYRƏN!

Hansı valideyn tipisən?- ÖYRƏN!

VALİDEYNLƏRİN MÖVQEYİ - ƏMR VERMƏK YOXSA SƏRBƏST BURAXMAQ

VALİDEYNLƏRİN MÖVQEYİ - ƏMR VERMƏK YOXSA SƏRBƏST BURAXMAQ

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Uşağın tərbiyəsində ailə mühitinin rolu nə qədərdir?

Uşağın tərbiyəsində ailə mühitinin rolu nə qədərdir?

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Valideyn-övlad münasibətləri necə olmalıdır?

Valideyn-övlad münasibətləri necə olmalıdır?

Ailənin pedaqoji mühitə təsiri - Uşaqlar valideynlərini model olaraq görürlər

Ailənin pedaqoji mühitə təsiri - Uşaqlar valideynlərini model olaraq görürlər

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Uşağın yalan danışması nəyə işarədir?

Uşağın yalan danışması nəyə işarədir?

Tərbiyədə ailə  yoxsa məktəb? - Mehriban  Məmmədova

Tərbiyədə ailə yoxsa məktəb? - Mehriban Məmmədova

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşaq psixologiyasını bilirsinizmi?

Uşaq psixologiyasını bilirsinizmi?

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Uşaqların dərs uğursuzluqları və səbəbləri

Uşaqların dərs uğursuzluqları və səbəbləri

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Övladlarla necə davranmalı?- Anaların diqqətinə!- Bunları etsəniz...

Övladlarla necə davranmalı?- Anaların diqqətinə!- Bunları etsəniz...

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ