Uşağın düzgün tərbiyə olunmasında fiziki təzyiq nə dərəcədə əks və ya doğru təsir göstərir? Qızını döyməyən dizini döyər – deyən atalarımız həqiqətən uşaqları döyərək tərbiyə etməyi yoxsa onlara vaxtında düzgün tərbiyə verməyi məsləhət görürlər? Döyülən və döyülməyən uşaqlar arasında hansı psixoloji və tərbiyəvi fərqlər müşahidə olunur? Döyülmənin uşaqlara psixoloji təsiri gələcəkdə özünü nücə gostərə bilər? Ümumiyyətlə tərbiyə nədir və uşağı hansı yaşdan tərbiyə etməliyik?
Uşaqlarımızı necə tərbiyə etməli?
Tərbiyədə bunu et,onu etmə demək yerinə,örnək olmaq lazımdır.Bunun üçün də,sözünüzdən çox hal və hərəkətləriniz daha təsirlidir.Uşaqlar valideynlərinə bəzənməyi,onlar kimi olmağı sevirlər.
Uşağa hər istədiyini almaq,onu lüks içində yaşatmaq heç doğru deyil.Böyüyəndə hər istədiyini həyata keçirməyə çalışar.Amma buna müvəffəq olmayanda özünü sınmış kimi hiss edər və başqa yollara əl atar.
Ataların uşağın tərbiyəsində böyük rolu var.Atalar uşaqla nə çox ciddi olmalı,nə də çox açıq olmalıdır. Ata siqaret çəkirsə,içki içirsə,uşağına bunları etmə deməsi o qədər də təsirli olmaz. Çünki uşaqlar "bu pis bir şey olsaydı atam onu etməzdi" deyə düşünürlər.
Uşaqlara atalarının maşını,vəzifəsi,imkanları ilə öyünmək qadağan edilməlidir.
Tərbiyədə əsas olanlar: Zəka,Ruh,İradə.
Zəka: Uşaq gördüyü ilk əşyanı araşdırmağa,maraqlanmağa ve ona suallar verib öyrənməyə çalışar.Ona göra uşaqlara hər zaman yaxşı şeylər göstərməli və suaları düzgün cavablandırmalıyıq.Belə uşaqların düşünmə qabiliyyəti inkişaf etmiş olur. 3-6 yaş arası uşağı olan valideynlər buna daha çox diqqət etməlidir.Bu zaman müddətində uşağın beyin ve zəka inkişafının ən önəmli dövrüdür.
Ruh: Həssas və küsəyən uşaqlar acı da olsa həqiqətləri və olanı görməsi, bunu qəbul etməyi öyrənməsi üçün insanın bəzi şeylərə dözməsi və idarə etməsini öyrətmək lazımdır. Sərt ruhlu uşaqları isə duyğulandıracaq örnəklər verərək,həssas olmasına çalışmalıyıq.
İradə: Güclü iradəyə sahib olmasına çalışmalıyıq.Zəif iradəli uşaqları bir az sərbəst buraxıb özünə olan güvənini artırması üçün şərait yaratmalıyıq.İradəsi qüvvətli olan uşaqlara isə, tərbiyə daha sərt olmalıdır.Amma sevgi və anlayış göstərmək hər iki halda şərtdir.
Tərbiyədə bunlar vacibdir: Din,sevgi,cəza-mükafat,çevrə,oyunlar,ailə…
Din: Allah’ın yaxşı,çalışqan və dürüstləri sevdiyini,onları Cənnətə göndərəcəyini,pislik edənləri sevmədiyi və Cəhənnəmə göndərəcəyini öyrətməlisiz.
Sevgi: Tərbiyədə sevgi kimi,ciddiyət çox önəmlidir.Ana və atanın yola getməməsi,çox dava etməsi uşaqların ruh halına çox dərindən təsri edər.Ayrılmaqları isə uşaqların daxili aləmində fırtınalar qopardar.
Cəza və mükafat: Bu hərəkəti etsən, bunu verməyəcəyik,parka getməyəcəyik,oyun oynamayacaqsan kimi kiçik cəzalar uyğun olsa da, qətiyyən uşaqlara şiddət göstərilməməlidir.Verdiyiniz cəzalar isə qəlb qırıcı olmalalı və heç kimin önündə verilməməldir. Yeri gəldikdə uşaqlara hər hansı bir hərəkətini qiymətləndirərək oyuncaq,arzuladığı nəyisə alaraq mükafatlandırmaq da olar. Həyatda istədiklərini əldə etməsi üçün çalışmağın,nəsə etməyin vacib olduğunu anlasın deyə.
Oyunlar: Oynadığı oyunlar uşaqların fiziki və beyin inkişafına çox təsir göstərir.Buna görə də,onların yaşlarına uyğun olaraq düzgün inkişaf etdirən oyunlar oynamasına diqqət yetirin.
Çevrə: İstər uşaq,istər gənc olsun insanın düşüncə və davranışlarında,həyata baxışında,onun üçün yaxşı olmayan vərdişlərin yaranmasında yanlış dost seçimi,çevrə böyük rol oynayır. Uşaqlar dostlarına bənzəməyi, onlarla özlərini müqayisə etməyi daha çox sevdiyi üçün dostlarına və çevrələrinə nəzarət edilməliyik. Uşaqların dostları ilə qazandığı xasiyyət və vərdişlərdən qurtulması da,çətin olur.
Uşaqları tərbiyə edərkən,böyüdərkən onun tərbiyəsinin təkcə sizin üçün vacib olduğunu deyil,cəmiyyət və insanlıq üçün də nə dərəcədə vacib olduğunu unutmayın. Unutmayın ki,uşağa verdiyiniz tövhələr,insanlığa verdiyiniz tövhə sayılır. Onları mükəmməl yetişdirə bilmək üçün ilk növbədə onların düzgün ailəyə,sonra təhsilə ehtiyacı var.
Ən vəhşi heyvan belə tərbiyə ilə əhəlləşdirilir.Alma toxumundan portağal olmaz,deyirlər.Amma alma ağacını düzgün yetişdirərərək,lazımlı baxımı edib bilinən qaydalara riayət etməklə ən gözəl meyvələri əldə etmək olar. Belə qaydalarla insan təbiətində olan bəzi özəlliklər yox edilməsə də,tərbiyə edilə bilər.
Şiddət heç bir yaşda,heç kim tərəfindən və heç kimə qarşı qəbul edlməz bir haldır. Hələ ki, söhbət uşaqlardan gedirsə, daha diqqətli və həssas yanaşmaq lazımdır mövzuya.Çünki bu günün uşağı sabahın gənci olduğu kimi unutmayaq ki,bu gün öyrəndiklərini sabah hərəkət və davranışında göstərəcək. Özümüz və cəmiyyət üçün düzgün tərbiyə edilmiş,namuslu,qeyrətli,ədalətli və psixologiyası yerində olan övladlar böyütmək istəyiriksə, döyərək deyil,tərbiyəni savadlı şəkildə uşağa onun psixologiyasına uyğun davranışlar göstərib bunu sevərək etməliyik.xanim.az