AzTehsil.com
RU


Xəbərlər / Cəmiyyət
25 sentyabr 2017
2 590


İki qardaş iki həftədir dərsə gedə bilmirlər



 

Bərdə rayon sakini Fərqanə Məmmədovanın övladları Əli Məmmədov və Zamiq Məmmədov iki həftədir məktəbə gedə bilmirlər.

Xətai rayonundakı 221 saylı orta məktəbin direktoru Fikrət Səlimov müxtəlif bəhanələrlə uşaqları məktəbə qəbul etmək istəmir. F.Məmmədova bildirib ki, iki həftə ərzində etdiyi bir neçə müraciətə baxmayaraq, direktor fikrindən daşınmayıb: "Ötən həftənin birinci günü məktəbə getdim. Direktora dedim ki, Bərdə rayonundan gəlmişəm, övladımın bu məktəbdə təhsil almağını istəyirəm. Əvvəlcə dedi ki, yerimiz yoxdur. Sonra xahiş elədim, dedim ki, burada başqa məktəb yoxdur axı. Dedi, get, sənəd gətir. Bərdə rayon Uğurbəyli kənd orta məktəbinin direktoru Zakir müəllim arayış vermədi. Dedilər ki, arayışsız heç bir sənəd verə bilmərik. Yenidən Bakıya qayıtdım, direktordan arayış istədim.

Üç gün ard-arda getdim, uşaqları məktəbə götürmədi. Hər dəfə bir cür bəhanə gətirdi. Bu gün yenidən məktəbə getdim ki, xahiş edim, bəlkə, götürər. Deyir ki, üçüncü sinifdə oxuyanı götürürəm, amma ikinci sinifdə oxuyanı yox. Səbəb soruşanda, yenə bəhanələr gətirdi ki, guya yer yoxdur. Üçüncü sinifdə oxuyanın da qiymət cədvəli gələndən sonra qəbul edəcək. Həyat yoldaşım bir-iki nəfərdən maraqlanıb. Deyirlər ki, direktor şirinlik (pul nəzərdə tutur - red.) istəyir, ona görə hər ikisini götürməyib".
 
Bakı Şəhər Təhsil İdarəsi Xətai rayonundakı 221 saylı orta məktəbdə yaranmış məsələyə münasibət bildirilib.

BŞTİ-dən bildirilib ki, valideyn qaydalara uyğun şəkildə müraciət edərək, arayış almalı, sonra isə uşaqların sənədlərini gətirib 221 nömrəli məktəbə təqdim etməlidir. "Bu valideynin bir uşağı da əvvəl həmin məktəbdə oxuyub, dediyinə görə. Sonra çıxarıb, Bərdəyə aparıb. İndi deyib ki, yenidən bura köçüb. Məktəbin yaxınlığında kirayə qalır. İstəyi belə olub ki, öncə uşaqlar məktəbdə otursun. Sənədləri sonra versin. Bu, qaydalara ziddir. Yəni hazırda həmin uşaqları digər məktəbdə şagird siyahısındadır. Ona görə valideyn uşaqları əsassız dərsdən yayındırmamalıdır. Öncə müvafiq qaydalara uyğun olaraq, uşaqların bir məktəbdən digərinə köçürülməsini etməlidir ki, övladları dərsdən yayınmasın".



Загрузка...
Həmçinin oxuyun:
Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

“Direktor dedi ki, məktəbə gəlmə, qiymətini yazacağıq…”

“Direktor dedi ki, məktəbə gəlmə, qiymətini yazacağıq…”

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Uşaqları döydüyü deyilən müəllim: Bir az səsimi qaldıran kimi evdə deyirlər

Uşaqları döydüyü deyilən müəllim: Bir az səsimi qaldıran kimi evdə deyirlər

Köçkün müəllim Prezidentdən kömək istədi - FOTO

Köçkün müəllim Prezidentdən kömək istədi - FOTO

"Bu, məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir"

"Bu, məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir"

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

Bakının orta məktəblərində bit yayıldı  - Valideynlər həyəcanda

Bakının orta məktəblərində bit yayıldı - Valideynlər həyəcanda

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ

Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

Bir ailənin beş uşağı pulsuzluqdan məktəbdən qaldı

Bir ailənin beş uşağı pulsuzluqdan məktəbdən qaldı

Azərbaycanın bu kəndində 24 ildən sonra ilk dəfə dərs keçiriləcək

Azərbaycanın bu kəndində 24 ildən sonra ilk dəfə dərs keçiriləcək

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Təhsil İdarəsi Bakıda orta məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb

Təhsil İdarəsi Bakıda orta məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb

Azərbaycanın ən bərbad məktəbi -  Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

Azərbaycanın ən bərbad məktəbi - Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

Şamaxıda 2-ci sinif şagirdinin zorlanması və xəstəxanada ölməsi xəbərinə DİREKTORDAN REAKSİYA

Şamaxıda 2-ci sinif şagirdinin zorlanması və xəstəxanada ölməsi xəbərinə DİREKTORDAN REAKSİYA