Xəbərlər / Müəllim
28 sentyabr 2019
3 471


Müəllimlər nəyə diqqət etməlidir

 

 
Adətən, məktəb direktorları jurnalın rəsmi dövlət sənədi olduğunu xatırladaraq müəllimlərin onun yazılışı zamanı etdikləri yanlışları açıq-aydın qeyd edirlər.

Sinif jurnalına nəzarət direktor və onun müavininin səlahiyyətindədir. Bu, direktorluq vəzifəsinə yeni təyinat alanların da bu barədə bilgilənməsini zəruri edir.

Bu qaydalar Təhsil Nazirliyinin 25 mart 1994-cü il tarixli 187 nömrəli əmri ilə təsdiq edilib.


Əmrdə qeyd olunub ki, sinif jurnalı rəsmi dövlət sənədidir və onun iki növü var: I-IV və V-XI siniflər üçün. Məktəbin direktoru və təlim-tərbiyə işi üzrə müavin sinif jurnallarına müntəzəm  nəzarət edir. Sinif jurnalı bir dərs ili üçün nəzərdə tutulur və Təhsil Nazirliyinin təsdiq etdiyi forma üzrə hər sinif üçün ayrıca aparılır.


Paralel siniflərin jurnalları literlərlə nömrələnir. Məsələn, 1A sinif, 1B sinfi və s.Direktorun təlim-tərbiyə işi üzrə müavini jurnalda ayrılmış səhifələrin bölüşdürülməsi haqqında sinif rəhbərlərinə göstəriş verir: həftədə 1 saat üçün 2, 2 saat üçün 4, 3 saat üçün 5, 4 saat üçün 7,  5 saat üçün 8, 6 saat üçün 9 səhifə nəzərdə tutulur.


İkiləşmiş dərslər aparıldıqda hər dərsin tarixi və mövzusu ayrılıqda qeyd olunur. Şagirdi davamiyyəti də burada əks olunmalıdır. Aparılan praktik və laboratoriya işləri, ekskursiya, habelə təkrar dərslərin mövzuları və onlara sərf olunan  saatların miqdarı dəqiq göstərilir.


Sinif iki qrupa bölündükdə hər qrup üçün ayrıca səhifə ayrılır.
"Sinif jurnalının aparılması haqqında qeydlər” səhifəsi təlim-tərbiyə işi üzrə direktor müavini və məktəbin direktoru tərəfindən doldurulur. Jurnal şagirdlər məktəbi bitirdikdən sonra 5 il saxlanılır. Sonra isə "Şagirdlərin müvəffəqiyyəti haqqında  yekun məlumat” cədvəli çıxarılır və jurnal daimi saxlanılmaq üçün arxivə verilir.


Maraq üzrə kurs məşğələlərinin jurnalı da hər qrup üçün ayrılıqda və sinif jurnalının aparılmasına verilən tələblərə uyğun aparılır. Saxlanılma müddəti 5 ildir.


Günüuzadılmış qrupun jurnalı da bir dərs ili üçündür. Hər qrup üçün ayrıca jurnal aparılır. Jurnalda yalnız məktəb direktorunun əmri ilə qrupa qəbul olunmuş şagirdlərin soyadları yazılır. Gündəlik mövzular, saatların miqdarı, şagirdlərlə işin qısa məzmunu, həmçinin qrupa gəlməyən, yaxud geçikən uşaqlar haqqında qeydlər aparmaq hər bir tərbiyəçi və dərnək rəhbəri üçün məcburidir.


Əgər şagirdin günüuzadılmış qrupa davamiyyəti kəsilibsə və onun  çıxması məktəb direktorunun əmri ilə rəsmiləşibsə, bu məktəblinin çıxması jurnalda qeyd  edilir. İl ərzində qrupa qəbul edilmiş uşaqların soyadları jurnala siyahının sonunda  yazılır. Məktəbdə 3 il saxlanılır.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərin sinif jurnalı yazarkən yol verdikləri səhvlər – Bilmədiyimiz məqamlar

Müəllimlərin sinif jurnalı yazarkən yol verdikləri səhvlər – Bilmədiyimiz məqamlar

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ  SƏNƏDLƏR-I hissə

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-I hissə

Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT

Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-III hissə ( ƏMR KİTABI )

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-III hissə ( ƏMR KİTABI )

Şagirdlərin şəxsi işləri necə hazırlanır

Şagirdlərin şəxsi işləri necə hazırlanır

Sinif jurnalının yazılması və sinif jurnalına  nəzarət qaydaları

Sinif jurnalının yazılması və sinif jurnalına nəzarət qaydaları

Yeni təyin olunan direktorların bilməli olduğu vacib sənədləşmələr – Metodiki bilgilər

Yeni təyin olunan direktorların bilməli olduğu vacib sənədləşmələr – Metodiki bilgilər

Məktəb direktoru işdən qovuldu

Məktəb direktoru işdən qovuldu

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

MƏKTƏB DİREKTORU VƏ SİNİF RƏHBƏRİ

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Sinif rəhbərlərinin özlərinin də xəbərsiz olduqları vəzifələri

Sinif rəhbərlərinin özlərinin də xəbərsiz olduqları vəzifələri

Azərbaycan, rus və gürcü dillərində olan ümumtəhsil məktəblərinin tədris planlarına dair «Qeydlər»in təkmilləşdirilmiş variantı

Azərbaycan, rus və gürcü dillərində olan ümumtəhsil məktəblərinin tədris planlarına dair «Qeydlər»in təkmilləşdirilmiş variantı

Direktor müavinlərinin seçim imtahanı başladı

Direktor müavinlərinin seçim imtahanı başladı

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

Təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifə təlimatı

Sinif rəhbərləri  oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbərləri oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Bölgünü daha düzgün və ədalətli aparmaq üçün məktəb rəhbəri düsturdan istifadə edə bilər”.

Bölgünü daha düzgün və ədalətli aparmaq üçün məktəb rəhbəri düsturdan istifadə edə bilər”.

Şagirdlərin sinifdən-sinfə keçirilməsi  haqqında müvəqqəti Qaydalar

Şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ali məktəblərə qəbul olmuş abituriyentlərin siyahısı çap olunub

Ali məktəblərə qəbul olmuş abituriyentlərin siyahısı çap olunub