AzTehsil.com


Xəbərlər / H/N sənədlər / Müəllim
08 avqust 2019
3 339


Bölgünü daha düzgün və ədalətli aparmaq üçün məktəb rəhbəri düsturdan istifadə edə bilər”.



 

 
Ümumtəhsil müəssisələrində işləyən müəllimlərin dərs yükü hökumətin təsdiq etdiyi müvafiq normativ-hüquqi sənədlərlə tənzimlənir.

Həmin sənədlərə əsasən, müəllimin dərs yükünün aşağı həddi - bir stavka 12 saat müəyyənləşib. Dərs yükünün yuxarı həddi isə ayrı-ayrı dövrlərdə müxtəlif olub. Dünyanın bir sıra ölkələrində isə ümumtəhsil sistemində müəllimlərin həftəlik dərs yükünün yalnız minimum həddi (bir stavka) hesablanır, maksimum həddə məhdudiyyət qoyulmur.

Tabeliyindən asılı olmayaraq,  bütün dövlət ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri professor-müəllim heyətinin dərs yükü Nazirlər Kabinetinin qərarına uyğun müəyyənləşdirilir. Ümumi təhsil məktəblərində dərs bölgüsü ildə iki dəfə - tədris ilinin sonunda - müəllimlər növbəti əmək məzuniyyətinə getmədən, ikinci və sonuncu dərs bölgüsü isə müəllimlər məzuniyyətdən qayıtdıqdan sonra, avqustun axırı  - sentyabrın əvvəli yekunlaşır və yeni tədris ilinin birinci Pedaqoji Şurasında təsdiq olunur.

Bərdə rayon Kürdborakı kənd tam orta məktəbinin kimya müəllimi Elşən Ramizoğlu AzEdu.az-a açıqlaması zamanı qeyd edir ki, il boyu dərs saatları sabit qalmalı, zəruriyyət olmadıqda dəyişdirilməməlidir:

"Dərs bölgüsü zamanı məktəbdə olan müəllimlərin sayı, Diaqnostik Qiymətləndirmə balları nəzərə alınmalı və buna uyğun aparılmalıdır. Bölgünü daha düzgün və ədalətli aparmaq üçün məktəb rəhbəri düsturdan istifadə edə bilər”.

Düstur: Fənn üzrə ümumi dərs saatlarının miqdarı, müəllimlərin topladığı diaqnostik balların cəminə bölünür. Alınan rəqəm məktəbdə həmin fənnin əmsalı hesab olunur. Əmsalı müəllimin diaqnostik balına vurduqda isə müəllimə veriləcək dərs yükü alınır.

"Misal üçün, məktəbdə kimya fənni üzrə ümumi dərs saatlarının miqdarı 27, kimya müəllimlərinin sayı isə 3-dür. Müəllimlərdən biri ixtisas üzrə 38, digəri 30, biri isə 26 bal toplayıb . Deməli, biz əmsalı tapmaq üçün 27- ni (ümumi dərs saatlarının sayını ) müəllimlərin diaqnostik ballarının cəminə bölməliyik . Bu zaman əmsalımız  0.3 alınar. O zaman 38 bal toplayan müəllim 0,3 x38 = 11, 4, yəni 11 saat , 30 bal toplayan müəllim 0.3x 30 = 9 saat , 26 bal toplayan müəllim 0.3 x 26 = 7,8, yəni 8 saat dərs aparmalıdır. Əgər fənn üzrə ixtisaslı müəllim bir nəfərdirsə, diaqnostik bal nəzərə alınmır və bütün dərslər həmin müəllimə verilir”,- deyə Elşən Ramizoğlu bildirir.

O, əlavə edir ki, direktorlara verilən təqdimatda MİQ-dənkənar, saxta diplomlu müəllimlərə 6 saat dərs vermək nəzərdə tutulub:

"Hazırlıq qrupu isə 4-cü sinif müəllimləri arasında yüksək bal yığana verilir. Düşünürəm, dərs bölgüsü bu formada aparılsa, müəllimlər arasında narazılıqlar yaranmaz və hər kəs balına uyğun saat aldığı üçün əlavə problemlər yaratmaz. Ümumiyyətlə nəzərinizə çatdırmaq istəyirəm ki , dərs bölgüsü vaxtında aparılmalıdır ki , dərs cədvəli də vaxtında təşkil olunsun. 14 sentyabr tarixində artıq dərs cədvəli müəllim və şagirdlərin yaxşı görəcəyi bir yerdə direktor tərəfindən təsdiq olunmuş formada asılmalıdır. Təəssüf ki, 2018-2019-cu tədris ilinin başlanmasına 1 gün qalsa da, bəzi məktəblərdə dərs cədvəli hazır deyil və müəllimlərin dərs yükü isə tam müəyyənləşməyib.

Nə qədər ki, məktəb direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəb üzrə Azad Həmkarlar Təşkilatının sədri, eyni kafedraya daxil olan fənn müəllimləri ilə birlikdə aparılmalı olan dərs bölgüsü təhsil müəsisələrində sırf direktorun arzu – istəklərinə görə müəyyənləşir, belə olan halda şikayətlər həll olunmayacaq, problemlər qabaracaq. Bəzi direktorların, ümumiyyətlə, dərs bölgüsünün aparılma qaydasından xəbərləri yoxdur. Allah direktorlara insaf, az bal toplayanlara çalışqanlıq, çox ballılara təvazökarlıq, bütün bunların fonunda Təhsil Nazirliyinə isə bol səbr versin”.



Загрузка...
Həmçinin oxuyun:
Müəlllimlərin dərs yükü necə müəyyənləşdirilir? - QAYDALAR

Müəlllimlərin dərs yükü necə müəyyənləşdirilir? - QAYDALAR

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

"Bu əndrabadi bölgü hardan ortalığa çıxıb, heç özüm də baş açmıram” TN-in dərs bölgüsü müəllimləri çaşbaş salıb

"Bu əndrabadi bölgü hardan ortalığa çıxıb, heç özüm də baş açmıram” TN-in dərs bölgüsü müəllimləri çaşbaş salıb

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Məktəbdə hansı fənn üzrə vakansiya olub-olmadığını necə yoxlamaq olar?

Məktəbdə hansı fənn üzrə vakansiya olub-olmadığını necə yoxlamaq olar?

Müəllimlərin yerdəyişməsinə görə vakant yerlər necə müəyyən olunur - TƏHLİL

Müəllimlərin yerdəyişməsinə görə vakant yerlər necə müəyyən olunur - TƏHLİL

Analıq məzuniyyətində olanları əvəzləyən müəllimlər işdən çıxarıla bilər – Yalnız bu halda

Analıq məzuniyyətində olanları əvəzləyən müəllimlər işdən çıxarıla bilər – Yalnız bu halda

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi  təlimata açıqlama verən yoxdur??

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi təlimata açıqlama verən yoxdur??

Novruz Məmmədov müəllimlərlə bağlı yeni qərar imzaladı

Novruz Məmmədov müəllimlərlə bağlı yeni qərar imzaladı

Diaqnostik imtahanlarda az bal toplayan müəllimlərə pis xəbər - Təhsil Nazirliyindən açıqlama

Diaqnostik imtahanlarda az bal toplayan müəllimlərə pis xəbər - Təhsil Nazirliyindən açıqlama

Müəllimlərin dərs yükü azaldılacaq.

Müəllimlərin dərs yükü azaldılacaq.

“Müəllimlərin dərs yükündə heç bir dəyişiklik olmadi” - Təhsil eksperti

“Müəllimlərin dərs yükündə heç bir dəyişiklik olmadi” - Təhsil eksperti

Müəllimlərin nüfuzuna görə Çin və İsrail öndə ,ABŞ isə sonuncu yerdədir.

Müəllimlərin nüfuzuna görə Çin və İsrail öndə ,ABŞ isə sonuncu yerdədir.

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

Həmin müəllimlərin dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq

Həmin müəllimlərin dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Müəllimin tribunası : Müəllimlər arasında dərs bölgüsü necə olmalıdır?

Müəllimlərin iş saatı direktorların şərti bölgüsü ilə müəyyən olunur

Müəllimlərin iş saatı direktorların şərti bölgüsü ilə müəyyən olunur

Nazirlikdən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükü və maaşı barədə AÇIQLAMA

Nazirlikdən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükü və maaşı barədə AÇIQLAMA

Əvəzetmə ilə işləyən müəllimlərin maaşı belə hesablanır – Nümunəli izahı

Əvəzetmə ilə işləyən müəllimlərin maaşı belə hesablanır – Nümunəli izahı

“Kadr çatışmazlığı olan məktəbdə müəllimin yaşına və qəbul balına baxılmır” - Məhəbbət Vəliyev

“Kadr çatışmazlığı olan məktəbdə müəllimin yaşına və qəbul balına baxılmır” - Məhəbbət Vəliyev

Nadir İsrafilov:  "Müəllimlərin 18 saatlıq dərs yükünün toxunulmazlığı təmin edilməli,DQ-yə buraxılmayan müəllimlərin taleyinə aydınlıq gətirilməlidir."

Nadir İsrafilov: "Müəllimlərin 18 saatlıq dərs yükünün toxunulmazlığı təmin edilməli,DQ-yə buraxılmayan müəllimlərin taleyinə aydınlıq gətirilməlidir."

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI