AzTehsil.com


Xəbərlər / Ekspert
26 may 2018
9 041


Nadir İsrafilov: "Müəllimlərin 18 saatlıq dərs yükünün toxunulmazlığı təmin edilməli,DQ-yə buraxılmayan müəllimlərin taleyinə aydınlıq gətirilməlidir."



Nadir İsrafilov:  "Müəllimlərin 18 saatlıq dərs yükünün toxunulmazlığı təmin edilməli,DQ-yə buraxılmayan müəllimlərin taleyinə aydınlıq gətirilməlidir."

 


Diaqnostik qiymətləndirmənin yekunlaşması ərəfəsində Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə attestasiyanınmı, yoxsa sertifikasiyanın keçiriləcəyi barədə mübahisə doğuran ziddiyyətli fikirlər yenidən diqqət mərkəzinə keçib.  Son açıqlama isə hələ ki, ondan ibarətdir ki, müəllimlərin attestasiyasının keçirilməsi ilə bağlı Təhsil Nazirliyində İşçi qrup yaradılıb. Həmin işçi qrupa müvafiq tapşırıqlar verilib: "Tapşırıqlardan biri də müəllimlərin hansısa formada qiymətləndirilməsi və qiymətləndirmənin nəticəsindən asılı olaraq işdə qalıb-qalmamağı məsələsinin gündəmə gətirilməsindən ibarətdir. Hazırda bu prosesin attestasiya, ya sertifikasiya formasında icra ediləcəyi tam bəlli deyi. Bu proseslə bağlı işlər həmin yaradılmış İşçi qrupuna həvalə edilib. Onların yekun təkliflərindən sonra ictimaiyyətə geniş məlumat veriləcək”.

Bu arada xatırlatmaq yerinə düşər ki, respublika müəllimlərinin sonuncu dəfə attestasiyadan keçmələri 1994-cü ildə baş tutub. (Əmək Məcəlləsinin 67-ci və 70-ci maddəsinə görə, attestasiyadan keçməyən müəllimlərin işdən azad olunma məsələsi qanunvericiliklə tənzimlənir və müəyyən olunur. Attestasiyanın qərarları yalnız tövsiyə xarakterlidir. Onu işdə saxlayıb-saxlamamaq müəssisə rəhbərinin səlahiyyətində olan bir məsələdir. Əmək Məcəlləsinin tələblərinə görə, attestasiya nəticəsində müəllimlərin işdən azad edilməsi yolverilməzdir.) Ötən dövr ərzində ölkəmizdə müəllimlərin bilik və bacarıqlarının yoxlanılması həyata keçirilməyib.

Nəhayət, uzun illik bir dövr ərzində biganəlik göstərilən məsələni həll etmək istiqamətində ilk addım kimi Təhsil Nazirliyi Bakı Şəhəri üzrə təhsil İdarəsinin xidməti məktubunu əsas götürərək "Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə” (06 may, 2014-cü il, № – 526) əmr verdi.  Qərara alındı ki, "sınaq qiymətləndirilməsi müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan, zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcək. Sınaq qiymətləndirilməsi diaqnostik xarakter daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədi ilə keçirilir”

"Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 nömrəli Sərəncamına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının isə orta hesabla 2 dəfə artırılması nəzərdə tutuldu. Həmin Sərəncama müvafiq olaraq Təhsil nazirinin 7 oktyabr 2016-cı il tarixli 723 №-li əmri ilə  "Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları” təsdiq olundu.

Qaydalara əsasən diaqhostik qiymətləndirmənin məqsədi müəllimlərin  bilik  və  bacarıq  səviyyəsinin  test  üsulu  ilə  müəyyənləşdirib  üzə çıxarılması,bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü  normasının  optimallaşdırılmasının,  aylıq  vəzifə maaşlarının  artırılmasının  və  maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi, nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi kimi müəyyənləşdirildi.
 
Qiymətləndirilmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Namizədlərə test imtahanının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt ayrılır.

Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar. Diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur.

Ən başlıcası isə Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarının 2.2. maddəsinə əsasən müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır.
 
Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür.
 
Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir.

Buna baxmayaraq qiymətləndirmənin gedışatı prosesində "Qaydalar”a zidd olaraq müxtəlif versiyalar irəli sürüldü ki, bu da bir müddət müəyyən etiraz və narazılıqlarla müşayət olundu.  Belə ki, ixtisasdan 4-6 bal toplayanlara 6, 11-15 bal toplayanlara 7-8, 16-20 bal toplayanlara 9-12, 21-30 bal toplayanlara 12-18, 31-40 bal toplayanlara 18-26 saat dərs yükü veriləcəyi, ibtidai sinif müəllimlərindən 15 baldan aşağı yığanlara isə sinif verilməyərək, ancaq yığma dərslər veriləcəyi kimi əsassız və dolaşıq açıqlamalar təhsil ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmadı, baxmayaraq ki, bu kimi ideyaların bəzilərnə müəyyən aydınlıq gətirildi, bir çoxuna isə sonradan fərqli təkziblər verildi.

Hesab edirəm ki, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin bundan sonra attestasiya və ya sertifiasiyaya formasında icra ediləcəyindən asılı olmayaraq, müəllimlərin 18 saatlıq dərs yükünün toxunulmazlığı təmin edilməli, Dövlət təhsil sənədi olmayan və müsabiqədən kənar işə qəbul olunan, lakin diaqnostik qiymətləndirməyə buraxılmayan yüzlərlə müəllimin taleyinə nəhayət ki, bir aydınlıq gətirilməlidir.
 

Nadir İsrafilov:  "Müəllimlərin 18 saatlıq dərs yükünün toxunulmazlığı təmin edilməli,DQ-yə buraxılmayan müəllimlərin taleyinə aydınlıq gətirilməlidir."

 

Nadir İsrafilov:  "Müəllimlərin 18 saatlıq dərs yükünün toxunulmazlığı təmin edilməli,DQ-yə buraxılmayan müəllimlərin taleyinə aydınlıq gətirilməlidir."

 





Загрузка...
Həmçinin oxuyun:
Yeni qayda təhsil sisteminə nə verəcək?

Yeni qayda təhsil sisteminə nə verəcək?

Bu il müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulacaq

Bu il müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulacaq

"Bu əndrabadi bölgü hardan ortalığa çıxıb, heç özüm də baş açmıram” TN-in dərs bölgüsü müəllimləri çaşbaş salıb

"Bu əndrabadi bölgü hardan ortalığa çıxıb, heç özüm də baş açmıram” TN-in dərs bölgüsü müəllimləri çaşbaş salıb

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

42 min müəllimin maaşı artdı

42 min müəllimin maaşı artdı

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI

İlham Əliyev müəllimlərin əməkhaqqı ilə bağlı sərəncam verdi

İlham Əliyev müəllimlərin əməkhaqqı ilə bağlı sərəncam verdi

Nazirlikdən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükü və maaşı barədə AÇIQLAMA

Nazirlikdən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükü və maaşı barədə AÇIQLAMA

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

Həmin müəllimlərin dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq

Həmin müəllimlərin dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq

Diaqnostik imtahanlarda az bal toplayan müəllimlərə pis xəbər - Təhsil Nazirliyindən açıqlama

Diaqnostik imtahanlarda az bal toplayan müəllimlərə pis xəbər - Təhsil Nazirliyindən açıqlama

Müəllimlərin maaşı artırıldı - SƏRƏNCAM

Müəllimlərin maaşı artırıldı - SƏRƏNCAM

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Müəllimlərin maaşı artırıldı - SƏRƏNCAM

Müəllimlərin maaşı artırıldı - SƏRƏNCAM

Müəllimlərin maaşı 2 DƏFƏ ARTIRILDI - SƏRƏNCAM

Müəllimlərin maaşı 2 DƏFƏ ARTIRILDI - SƏRƏNCAM

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

Müəllimlərin attestasiya və ya sertifikasiya olunacağı tam bəlli deyilmiş

Müəllimlərin attestasiya və ya sertifikasiya olunacağı tam bəlli deyilmiş

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

Müəllimlər üçün növbəti diaqnostik qiymətləndirmənin vaxtı açıqlandı

Müəllimlər üçün növbəti diaqnostik qiymətləndirmənin vaxtı açıqlandı

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq