AzTehsil.com


Xəbərlər
22 iyun 2017
3 548


”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"



 

"30 baldan az nəticə göstərən müəllimlərin işdən çıxarılması məsələsi gündəmdə deyil. Ötən ilin noyabr-dekabr aylarında baş tutan imtahanlarda iştirak edən 25 min 693 müəllimin təxminən 1 faizi imtahandan kəsilib.
 ***
Həmin kontingentin bir hissəsi öz istəkləri ilə iş yerlərini tərk edə bilərlər. Amma bu, müəllimin öz istəyindən asılıdır. Lakin onlar işlərində qalıb fəaliyyətlərini davam etdirməyi planlaşdırırlarsa, ilk növbədə öz üzərlərində işləməli və yenidən hazırlaşıb diaqnostik qiymətləndirmədən keçməlidirlər.” Təhsil Nazirliyi rəsmisinin son açıqlaması sosial şəbəkələrdə heç də birmənalı qarşılanmayaraq, yeni mübahisə və müzakirələrə geniş yol açıb. Məsələ ilə bağlı tanınmış təhsil eksperti Nadir İsrafilov öz fikirləri ilə bölüşüb. Hesab edirəm ki, müəllim əməyinin qiymətləndirilməsi və stimullaşdırılması kimi taleyüklü bir məsələ müxtəlif məzmunlu və bir-birinə zidd xarakterli açıqlama və bəyanatlarla deyil, bilavasitə təhsil qanunvericiliyinə müvafiq normativlər və ya təlimatlarla tənzimlənməlidir. Məlum olduğu kimi, hələ 1999-cu ildə qəbul olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nda pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stımullaşdırılmasına, onların əmək haqqının ödənilməsinə diferensial yanaşmanın tətbiqınə lazımi diqqət yetirilməməsı xüsusi olaraq vurğulanmış, bu məqsədlə rəhbər və pedaqoji kadrların attestasiyasının 2004-cü ilə qədər başa çatdırılması nəzərdə tutulmuşdu. Bununla əlaqədar, Nazirlər Kabineti "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə" 23 may, 2001-ci il tarixli, 97 №-li qərar da vermişdi. Sabiq təhsil naziri Misir Mərdanovun 21 oktyabr, 2002-ci il tarixli, 987 №-li əmrinə əsasən, təhsil sistemində fəaliyyət göstərən rəhbər və pedaqoji kadrların attestasiyasının keçirilməsi ilə əlaqədar bütün hazırlıq və sənədləşmə işlərinin dekabr ayına qədər yekunlaşdırılması, əvvəlcədən müvafiq qaydada təsdiq olunmuş qrafiklər əsasında 2003-cü ilin yanvar ayından etibarən başlanılması nəzərdə tutulmuşdu.Bu məqsədlə attestasiyanın Qaydaları hazırlanmış, Təşkilat komitəsi belə yaradılmışdı.
 ***
Mərdanov öz missiyasını yarımçıq qoyaraq, "Qoy hələ həkimlər attestasiyadan keçsin, biz də onların təcrübəsinə baxaq" gözləntisi ilə təhsillə vidalaşdı. Nəhayət, on illik bir dövr ərzində biganəlik göstərilən məsələni "Qaydalar”a müvafiq həll etmək istiqamətində ilk addım kimi Təhsil Nazirliyi Bakı Şəhəri üzrə təhsil İdarəsinin xidməti məktubunu əsas götürərək "Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə” (06 may,2014-cü il, № – 526) əmr verdi. Əmrə əsasən Bakı şəhəri üzrə Təhsil İdarəsinə tapşırılırdı ki, sınaq qiymətləndirmənin nətıcələri əsasında, ümumi təhsil üzrə fənn kurikulumlarının və ixtisasartırma təhsil proqramlarının təkmilləşdirilməsi, müəllim hazırlığı proqramlarının yeniləşdirilməsi üzrə təkliflər hazırlayıb, təqdim etsinlər. Təhsil Nazirliyinin yüksək çinli məmurları isə əmrin təbliği istiqamətində müəllimləri əmin edirdilər ki, "sınaq qiymətləndirilməsi müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan, zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcək. Sınaq qiymətləndirilməsi diaqnostik xarakter daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədi ilə keçirilir” Əmrdən və açıqlamalardan göründüyü kimi əmək haqqı məsələsi Nazir əmrinin predmeti olmayıb. Yeni əmrə əsasən qiymətləndirilmənin nəticələri Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilir, qiymətləndirilmədə iştirak edən müəllimlərin aylıq vəzifə maaşı həftəlik dərs yükünə müvafiq olaraq artırılırdı. Yəni stavka sovet dönəmində olduğu kimi yenidən 12 saatdan 18 saata qaldırılir, diaqnostik qimətləndirmə dedikdə isə bir müddət əvvəl paytaxt müəllimlərinin cəlb olunduqları ikimərhələli sınaq imtahanları nəzərdə tutulurdu. Bu mənada maaş artımının sınaq qiymətləndirmədə zəif və yüksək nətıcə göstərmələrindən asılı olmayaraq hər kəsə şamil edilməsi istər Təhsil sahəsində islahat Proqramının, istərsə də Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müddəaları ilə uzlaşmırdı. Çünki, Strategiya müəllimlərin maddı motivasiyasının yaxşılaşdırılmasını önə çəkərkən səriştə və nətıcə əsaslı diferensiallaşmış, əmək bazarında rəqabətəqabiliyyətli əmək haqqı sisteminin yaradılmasını nəzərdə tutur. Hazırkı məqamda isə sərıştə və nəticə nəzərə alınmamış olurdu. Gedişat prosesində müəyyən problemlərin üzə çıxması təbii ki, "Müəllimlərin attestasiyası məsələsi gündəmdədir. Amma bu, başqa bir məsələdir ki, biz attestasiyaya hazırıqmı?”;
 ***
"Attestasiyaya ən tez halda, ölkənin bütün regionlarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatdıqdan sonra başlamaq olar. Yaxud bunlar paralel də ola bilər”; "Məsələn, artıq Bakıda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Bakıda bəlkə də attestasiyaya başlamağı fikirləşə bilərik”; "Biz ən azından real vəziyyəti bilməliyik”; "Gərək müəllimlərə ixtisasartırma üçün kurslar təklif olunsun, yəni onlara şans verilsin. Çünki bu gün biz attestasiya etsək, nəticə yəqin ki, elə də ürəkaçan olmayacaq”; "Attestasiyadan fərqli olaraq, bu gün müəllimlik fəaliyyətinin lisenziyalaşdırılması məsələsi gündəmdə durmur: Amma bu gün müəllim işləmək istəyən şəxs ilk növbədə mərkəzləşdirilmiş qaydada imtahan verməli, ondan sonra diaqnostik qiymətləndirilmədən keçməlidir. Sonra da sertifikasiya prosesi olmalıdır” və s bu kimi açıqlama və bəyanatlarla müşayət olundu ki, bu da gözlənilən idi. Daha sonra könüllü attestasiya aparılacağı, müəllimlərə lisenziya veriləcəyi, onların sertifikasiyadan keçəcəyi manipulyasiya edildi, bir qədər sonra isə yenidən diaqnostik qiymətləndirmənin attestasiyaya hazırlıq mərhələsi olduğu bəyan olundu, 10 bal həddi 30 bal hədd versiyası ilə əvəz edildı və c. Bir də ki, müvafiq "Qaydalar”a uyğun olaraq "Diaqnostik qiymətləndirilmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarılması, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılması, aylıq vəzifə maaşlarının artırılması və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi, nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsidir. Diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur. ”Bunu hər dəfə "karusel əməliyyatına” çevirməyə nə ehtiyac var? Unutmayaq ki, "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nı, Nazirlər Kabinetinin Qərarını, Təhsil Nazirliyinin müvafiq əmrini arxivə göndərsək belə, qüvvədə olan Təhsil haqqında Qanunun "1.0.6. maddəsinə əsasən attestasiya – hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi prоseduru"dur. Arzu və ümid edək ki,Təhsil Nazirliyi təkcə çoxsaylı müəllim auditoriyasının deyil, habelə geniş valideyn ictimaiyyətinin də narahatçılıq və gərginliyinə səbəb olan problemin optimal həlli istiqamətində əməli və təxirəsalınmaz addımlar atmaqla sosial mediada geniş yer alan ehtimallara, fərziyələrə, abstrakt mülahizələrə son qoyacaq, yerlərdə Diaqnostik Qiymətləndirmənin nəticələri ilə əlaqədar yoı verilən müəllimlərə təzyiq və təhdid kimi sui-istifadə hallarının qarşısının alınmasına mümkün ola biləcək təsir mexanizmlərindən qanunvericiliyə müvafiq yararlanacaq.
Son olaraq qeyd edim ki, nə qədər ki, ali məktəblərdə peşəkar müəllim hazırlığı məsələsi yoluna qoyulmayacaq, orta məktəblərdə "karusel əməliyyatı” bir o qədər davam edəcək…
 
Nadir İsrafilov



Загрузка...
Həmçinin oxuyun:
DQ-nin nəticələri   müəllimlər üçün kabusa çevrilməməlidir - Nadir İstafilov

DQ-nin nəticələri müəllimlər üçün kabusa çevrilməməlidir - Nadir İstafilov

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI

Nadir İsrafiliov:-“Bu, özfəaliyyətin yeni metodudur”… İbtidai sinif müəllimləri imtahan ediləcək ?

Nadir İsrafiliov:-“Bu, özfəaliyyətin yeni metodudur”… İbtidai sinif müəllimləri imtahan ediləcək ?

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?

Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?

Bu gün müəllimlərin diaqnostik qiymətləndirilməsi başlayır

Bu gün müəllimlərin diaqnostik qiymətləndirilməsi başlayır

Diaqnostik Qiymətləndirmə  ilə bağlı xəbər var

Diaqnostik Qiymətləndirmə ilə bağlı xəbər var

Bu gündən 12 min müəllimin diaqnostik qiymətləndirilməsi başlayır

Bu gündən 12 min müəllimin diaqnostik qiymətləndirilməsi başlayır

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Tanınmış təhsil ekspertindən Təhsil Nazirliyinə məntiqli sual

Tanınmış təhsil ekspertindən Təhsil Nazirliyinə məntiqli sual

Təhsil Nazirliyinin əməkdaşları Diaqnostik Qiymətləndirmədə iştirak edəcək rayonlarda toplantı keçiriblər

Təhsil Nazirliyinin əməkdaşları Diaqnostik Qiymətləndirmədə iştirak edəcək rayonlarda toplantı keçiriblər

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

Diaqnostik qiymətləndirmə imtahanının vaxtı bəlli oldu

Diaqnostik qiymətləndirmə imtahanının vaxtı bəlli oldu

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Daha 12 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsinə başlanılıb

Daha 12 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsinə başlanılıb

Təhsil Nazirliyi: Növbəti diaqnostik qiymətləndirmədə 12 min müəllim iştirak edəcək

Təhsil Nazirliyi: Növbəti diaqnostik qiymətləndirmədə 12 min müəllim iştirak edəcək

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi