AzTehsil.com


Xəbərlər / Direktor / Müəllim / Ekspert
13 iyun 2018
6 504


Müəllimlərin iş saatı direktorların şərti bölgüsü ilə müəyyən olunur



 

 

Təhsil Nazirliyinin illik hesabatında  2014-2018-ci illər ərzində respublika üzrə ümumilikdə 140 000-dən çox pedaqoji işçinin diaqnostik qiymətləndirmədən keçdiyi bildirilib. Rəsmi məlumata görə, qiymətləndirməyə cəlb edilmiş müəllimlərin dərs yükü norması 1,5 dəfə yüksəldilməklə əməkhaqları 2 dəfə artırılıb.  2017-ci ildə 49 000-dən, 2018-ci ildə isə 16 000-dən çox müəllim diaqnostik qiymətləndirmədə iştirak edib.



Təhsil eksperti  İlkin Həsənov AzEdu.az-a açıqlamasında bildirib ki, məktəblərdə dərs bölgüsü diaqnostik qiymətləndirmədən toplanan bala görə  aparılmalıdır:


 

Müəllimlərin iş saatı direktorların şərti bölgüsü ilə müəyyən olunur

 

"Normalda belə olmalıdır və böyük əksəriyyyət də belə edir. Yüksək bal toplayan müəllimlərə daha çox iş saatı verilir. Bu da onun maaşına təsir edir. Yəni ortada neqativ hallar ola bilər, bu, danılmır. Ümumilikdə, prinsip belədir ki, iş bölgüsündə  narazılıq olmasın deyə, direktorların əlində diaqnostik qiymətləndirmə nəticələri olur. Məsələn, bir məktəbdə beş tarix müəllimi varsa, onlar arasında ən çox bal toplayana daha çox saat verilir”.

Ekspert deyib ki, hansı bal aralığında toplayana nə qədər saatın müəyyən olunması mexanizmi yoxdur. Bu, direktorun şərti bölgüsüylə aparılır:

"Elə bir düstur yoxdur ki, filan bal topladınsa,  bu qədər iş saatı veriləcək. Bu, məktəbdəki fənn müəllimlərinin sayından da asılıdır.  Bir az  qəliz məsələdir. Amma bu, direktorun öhdəsinə buraxılıb.  Diaqnostik qiymətləndirmədən bir dəfə keçilir, təkrar yoxdur. Ola bilər ki, orda az saatı olan müəllim  il ərzində hansısa kurslara gedə, özünü təkmilləşdirə bilər. Özünü təkmilləşdirib sertifikat alıb, direktora təqdim etdiyi halda da iş saatı arta bilər”. 

İ.Həsənov "Təhsil haqqında” qanuna sertifikasiya məsələsi ilə bağlı edilən əlavəyə  də fikrini bildirib. Onun sözlərinə görə,  sertifikasiyada hansı qaydaların tətbiq olunacağını heç kim bilmir:

"Cənab nazirin də dediyi kimi, qaydalar hazırlanıb və səhv etmirəmsə, Nazirlər Kabinetinə təqdim olunub. Təsdiq olunandan sonra ictimaiyyətə açıqlanaq. Qaydaların nədən ibarət olduğunu hələ dəqiq deyə bilmirik. Amma müəllimlərin sertifikasiyasına kəskin ehtiyac var. Bu istiqamətdə nazirlik  doğru yoldadır. Müəllim peşəsi daim inkişaf tələb edir. Cəmiyyət, dövr dəyişirsə, dəyişikliklərə uyğunlaşmaq lazımdır. Bu baxımdan düzgün istiqamətdir. Amma necə olacağı barədə tam detallı açıqlananda biləcəyik”. 

 

Müəllimlərin iş saatı direktorların şərti bölgüsü ilə müəyyən olunur

 





Загрузка...
Həmçinin oxuyun:
Bu il 41 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib

Bu il 41 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib

Diaqnostik qiymətləndirmədən sonra müəllimləri hansı sınaq gözləyir?

Diaqnostik qiymətləndirmədən sonra müəllimləri hansı sınaq gözləyir?

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi  təlimata açıqlama verən yoxdur??

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi təlimata açıqlama verən yoxdur??

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

Nazirlikdən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükü və maaşı barədə AÇIQLAMA

Nazirlikdən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükü və maaşı barədə AÇIQLAMA

"Bu müəllimlər işdən azad olunmalıdır"

"Bu müəllimlər işdən azad olunmalıdır"

Direktor və müavinləri də DQ-də iştirak edəcək..6 saatdan çox dərs saatı veriləcək

Direktor və müavinləri də DQ-də iştirak edəcək..6 saatdan çox dərs saatı veriləcək

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllimləri növbəti dəfə imtahana çəkəcəklər

Müəllimləri növbəti dəfə imtahana çəkəcəklər

42 min müəllimin maaşı artdı

42 min müəllimin maaşı artdı

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Müəllimlər üçün növbəti diaqnostik qiymətləndirmənin vaxtı açıqlandı

Müəllimlər üçün növbəti diaqnostik qiymətləndirmənin vaxtı açıqlandı

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

Bakı Humanitar Kolleci müəllimləri diaqnostik qiymətləndirmədən keçirmək üçün nazirliyə müraciət edəcək

Bakı Humanitar Kolleci müəllimləri diaqnostik qiymətləndirmədən keçirmək üçün nazirliyə müraciət edəcək

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

Müəllimlərin maaşı artırılacaq.

Müəllimlərin maaşı artırılacaq.

Məcburi köçkün müəllim diaqnostik qiymətləndirmədən yüksək bal topladı - FOTO

Məcburi köçkün müəllim diaqnostik qiymətləndirmədən yüksək bal topladı - FOTO

Diaqnostik imtahanlarda az bal toplayan müəllimlərə pis xəbər - Təhsil Nazirliyindən açıqlama

Diaqnostik imtahanlarda az bal toplayan müəllimlərə pis xəbər - Təhsil Nazirliyindən açıqlama

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"