Bu il 41 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib
Bu il 41.360 müəllim diaqnostik qiymətləndirmədən keçib.
Aztəhsil.com xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 minədək müəllim diaqnostik qiymətləndirmədən keçib. Beləliklə, ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub.
2014-2016-cı illərdə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin maaşı müvafiq qaydada artırılıb. 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı isə 2018-ci il yanvarın 1-dən artırılacaq.