Xəbərlər
21 sentyabr 2020

Bakıda məktəb direktoru müəllimdən hicabını açmağı tələb edib? - RƏSMİ AÇIQLAMA

 

Sosial şəbəkədə 185 saylı məktəbin direktorundan şikayət yayılıb. Paylaşım edən şəxs iddia edir ki, direktor təhsil sistemində qaydaları saymır.

Belə ki, məktəb direktorunun MİQ-dən 55 bal toplayan və Təhsil Nazirliyinin əmri ilə 185 saylı məktəbə göndərilən hicablı müəllimə qarşı hörmətsizlik etdiyi irəli sürülür.

İddiaya görə, direktor müəllimin hicablı olmasına etiraz edərək, "ya hicabını aç, ya da burada işləyə bilməzsən” deyib.
 
Məsələ ilə bağlı 185 saylı orta məktəbdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, irəli sürülən iddia əsassızdır:

"Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək, 185 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi işləmək hüququ qazanmış Aynur Əziz 16.09.2020-ci il tarixində məktəbin direktoru Esmira Rzaquliyevanın qəbulunda olub.

Qeyd edək ki, məktəbə hicab geyim növü ilə gəlmiş həmin xanımla geyiminin dəyişdirilməsi barədə deyil, dərs zamanı geyiminə xüsusi fikir verməsi və səliqəyə salınması ilə bağlı söhbət əsnasında tövsiyə verilib. Aynur Əziz isə geyimi ilə bağlı dəyişiklik etmək istəmədiyini bildirib, sənədlərini təsdiqlənməsi üçün təqdim etmədən məktəbi tərk edib.

Belə ki, 185 nömrəli tam orta məktəbdə daha öncəki illərdə də hicablı müəllimlər fəaliyyət göstərib. Həmin müəllimlərə hicabı açmaları ilə bağlı heç bir göstəriş verilməyib. Bildiririk ki,  185 nömrəli tam orta məktəbdə ingilis dili fənni üzrə vakant dərs saatları mövcuddur. Aynur Əziz sənədlərini təsdiqlənməsi üçün elektron kabinetində qoyulmuş müddəti ötürmədən, məktəb rəhbərliyinə təqdim etdiyi təqdirdə işə başlaya bilər”.

Məktəbdən verilən açıqlamada o da qeyd edilib ki, sinfə daxil olan müəllim geyimi ilə nümunə olmalıdır. Tələb ondan ibarətdir ki, müəllimlər səliqəli geyinməli, görünüşü və davranışı baxımından nümunəvi olmalıdırlar. "Müəllimlərin etik davranış qaydaları”nda da müəllimin geyimi ilə bağlı məsələlər öz əksini tapıb.




Загрузка...
loading...

Həmçinin oxuyun:
Bakıda səkkiz fəndən “iki” alan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Bakıda səkkiz fəndən “iki” alan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Gəncədə müəllim onlayn dərs üçün ödəniş tələb edir? - AÇIQLAMA

Gəncədə müəllim onlayn dərs üçün ödəniş tələb edir? - AÇIQLAMA

Şagirdin həm Bakıda, həm də ABŞ-da təhsil almasına göz yuman saxtakar direktor işdən çıxarıldı

Şagirdin həm Bakıda, həm də ABŞ-da təhsil almasına göz yuman saxtakar direktor işdən çıxarıldı

Məktəb direktoru  işdən çıxarıldı

Məktəb direktoru işdən çıxarıldı

Mən də özümü Elina kimi məktəbdə öldürəcəm!-Müəllimə intihar anonsu verdi

Mən də özümü Elina kimi məktəbdə öldürəcəm!-Müəllimə intihar anonsu verdi

Direktor məktəbdə ölən şagirdin yaxınlarına başsağlığı verdi – Bilinməyənləri dedi

Direktor məktəbdə ölən şagirdin yaxınlarına başsağlığı verdi – Bilinməyənləri dedi

Döyülən “müəllim”lə bağlı  açıqlama

Döyülən “müəllim”lə bağlı açıqlama

10 məktəb “başsız” qalıb

10 məktəb “başsız” qalıb

Lənkəran Dövlət Universitetində hicab QALMAQALI

Lənkəran Dövlət Universitetində hicab QALMAQALI

Müəllim və valideynlərlə saçyolduya çıxan qadın direktor barədə yeni faktlar üzə çıxıb.

Müəllim və valideynlərlə saçyolduya çıxan qadın direktor barədə yeni faktlar üzə çıxıb.

Məktəbdə direktor-müəllim konflikti –“Sinfim əlimdən alınıb, xəstə uşağıma baxa bilmirəm”

Məktəbdə direktor-müəllim konflikti –“Sinfim əlimdən alınıb, xəstə uşağıma baxa bilmirəm”

Hicablı müəllimdən İRAD

Hicablı müəllimdən İRAD

Direktorla bağlı RƏSMİ AÇIQLAMA

Direktorla bağlı RƏSMİ AÇIQLAMA

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Gənc müəllimdən məktəbdə yığılan pula etiraz - Dərsi boykot etdi

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

Bakıda vərəm xəstəsi olan müəllim məktəblilərə dərs keçib - YENİLƏNİB

Bakıda vərəm xəstəsi olan müəllim məktəblilərə dərs keçib - YENİLƏNİB

Direktora deyilən nalayiq sözlər kameraya düşüb - Açıqlama

Direktora deyilən nalayiq sözlər kameraya düşüb - Açıqlama

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA

İngilis dili müəllimi davranışındakı uyğunsuzluğa görə işdən azad olunub

İngilis dili müəllimi davranışındakı uyğunsuzluğa görə işdən azad olunub

Jurnalisti təhqir edən direktor cəzalandırıldı – Rəsmi

Jurnalisti təhqir edən direktor cəzalandırıldı – Rəsmi

Gəncədə ara qarışıb: Nazirlik adından məktəbi yoxlayan kim imiş? - Şok təfsilat

Gəncədə ara qarışıb: Nazirlik adından məktəbi yoxlayan kim imiş? - Şok təfsilat

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI