ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb
Qeyd edilib ki, 1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay sülh müqavilələrindən sonra Azərbaycan iki yerə bölünüb. Azərbaycan ərazisində düşünülmüş şəkildə ermənilər məskunlaşdırılıb. Namərd və xain ermənilər isə tarix boyu, xüsusilə də, son iki əsrdə xalqımıza qarşı dəhşətli faciələr, soyqırımları, terror aktları törədib. Ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərin arasında 1918-ci ilin mart hadisələri xüsusi amansızlığı və qəddarlığı ilə seçilir. 1918-ci ilin mart hadisələri zamanı azərbaycanlıların ermənilər tərəfindən kütləvi surətdə qırılması halı baş vermişdir. Belə ki, ermənilər 1918-ci il martın 31-dən aprelin 2-nə qədər Bakıda 17000, Şamaxıda isə 8000-dən çox dinc azərbaycanlı sakini xüsusi qəddarlıqla qətlə yetirmişlər. Qətlə yetirilənlərdən 2500 nəfərdən çoxu qadın, 200-ü isə uşaq olmuşdur. Bütövlükdə 1918-ci ilin mart hadisələri zamanı ermənilər 50 mindən çox azərbaycanlını öldürmüş, 10 mindən çox insanı isə öz yaşayış yerlərini qoyub qaçmağa məcbur etmişlər. Erməni vandalistləri eləcə də Qubada, Lənkəranda, Dağlıq Qarabağda, Qərbi Azərbaycanda, Naxçıvanda və Azərbaycanın digər bölgələrində 10 minlərlə dinc mülki vətəndaşı qətlə yetirmişlər. 10 il bundan öncə aşkar edilmiş Quba Soyqırımı Memorial Xatirə Kompleksi də 1918-ci ildə baş vermiş erməni vəhşiliklərinin əyani sübutudur. Erməni təcavüzkarları bu gün də Azərbaycana qarşı işğalçılıq və terror siyasətini həyata keçirməkdə davam edirlər.
31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar dəyirmi masa keçirilib
ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib
ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib
Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb
BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib
ADU-da Xocalı soyqırımı anıldı
ADPU-nun Şamaxı Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi
ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib
ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib
ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib
ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib