AzTehsil.com


Xəbərlər
29 dekabr 2023
468


Azərbaycan Elm Fondunun icraçı direktoru Türkiyədə keçirilən seminarda iştirak edib - FOTO




Mehriban İmanova “Türk dövlətləri arasında regional və qlobal məsələlərin həlli üçün elmi əsaslı çoxtərəfli əməkdaşlıq və birgə fəaliyyət” seminarında iştirak edib


Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova dekabrın 26-da Türkiyənin Ankara şəhərində Beynəlxalq Türk Akademiyası, Türkiyə Elm və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) və Türk Dövlətləri Təşkilatının Katibliyinin birgə təşkilatçılığı ilə keçirilən “Türk dövlətləri arasında regional və qlobal məsələlərin həlli üçün elmi əsaslı çoxtərəfli əməkdaşlıq və birgə fəaliyyət” seminarında iştirak edib.


Mehriban İmanova tədbirin plenar iclasında çıxış edərək Azərbaycan Elm Fondunun əsas fəaliyyət istiqamətləri, Azərbaycanda tədqiqat, innovasiya fəaliyyətlərinə Fond tərəfindən göstərilən dəstək haqqında məlumat verib.   


İcraçı direktor bildirib ki, Azərbaycan Elm Fondu ölkədə elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqatların, proqramların, layihələrin və digər elmi tədbirlərin maliyyənləşdirilməsi, alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və onlara əlavə yaradıcılıq imkanının təqdim olunması istiqamətində fəaliyyət göstərir. Fond dünyanın bir sıra innovativ müəssisələri, elmi fondları, o cümlədən TÜBİTAK ilə elm, təhsil, innovasiya sahəsində bilik və təcrübə mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq əlaqələrini davam etdirir, birgə layihələrin həyata keçirilməsində yaxından iştirak edir.


O, türk dövlətlərinin elmi əsaslı birgə fəaliyyətini nəzərdə tutan seminarın əhəmiyyətini vurğulayaraq, elm və texnologiya sahələrində institut və mərkəzlər arasında əməkdaşlığın türk ölkələri üçün bir çox üstünlüklər təqdim etdiyini diqqətə çatdırıb. Mehriban İmanovanın sözlərinə görə, iştirakçı institutlar və mərkəzlər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməklə öz tədqiqatlarının və innovasiyalarının keyfiyyətini və təsirini artırmağa nail ola bilərlər. Həmçinin xüsusi avadanlıq, innovativ texnologiyalar və müxtəlif perspektivlər də daxil olmaqla, daha geniş təcrübə və resurslara çıxış əldə edə bilərlər.

Qeyd edək ki, seminarın əsas məqsədi iştirakçı müəssisə və qurumlar arasında şəbəkələşmə və əməkdaşlıq üçün zəmin yaratmaqdan ibarətdir.


Tədbirdə elm və texnologiya sahələrində birgə tədqiqat və təkmilləşdirmə layihələrinin hazırlanması, bilik və təcrübə mübadiləsinin təşviqi və türk dövlətləri daxilində potensialın artırılmasına dəstək məqsədilə əməkdaşlıq məsələləri müzakirə olunub.  









Загрузка...
Həmçinin oxuyun:
Təhsilin İnkişaf Fondu təhsil sektorunda hansı dəyişikliyə səbəb olacaq?

Təhsilin İnkişaf Fondu təhsil sektorunda hansı dəyişikliyə səbəb olacaq?

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

ATU ilə Ankara Universiteti arasındakı əməkdaşlığın geniş tərkibdə müzakirəsi

ATU ilə Ankara Universiteti arasındakı əməkdaşlığın geniş tərkibdə müzakirəsi

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondu tərəfindən 62 təhsil müəssisəsi istifadəyə verilir

Heydər Əliyev Fondu tərəfindən 62 təhsil müəssisəsi istifadəyə verilir

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov