AzTehsil.com
RU


Xəbərlər / Müəllim / Ekspert
16 iyul 2021
2 475


Təhsilin İnkişaf Fondu təhsil sektorunda hansı dəyişikliyə səbəb olacaq?



Təhsilin İnkişaf Fondu təhsil sektorunda hansı dəyişikliyə səbəb olacaq?

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında" Fərman imzalayıb. Fərmanda göstərilir ki, fond təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri maliyyələşdirən, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına yardım edən publik hüquqi şəxsdir. Fond Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən, ianələr, qrantlar və cəlb edilən investisiyalardan, qanunla qadağan olunmayan digər mənbələrdən maliyyələşəcək.

Bəs yeni yaradılan bu fond təhsil sektorunun tərəqqisinə hansı töhfələr verəcək?

Mütəxəssislərin rəyi əsasında suallarımıza cavab tapmağa çalışacağıq.

Şəffaflıq prinsipi qorunacaq

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov "İki sahil”ə açıqlamasında bildirdi ki, Təhsilin İnkişafı Fondunun yaradılması gözlənilən idi: "Hələ, dövlət başçısının 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd edilirdi ki, Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq imkanı verir. Həmin sənəddə beşinci strateji istiqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır. Bu istiqamət, o cümlədən müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsini, təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsinə keçidi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsini, Təhsilin İnkişafı Fondunun yaradılmasını nəzərdə tutur. Bu müddət ərzində belə bir fondun yaradılmasının zəruriliyi haqqında ayrı-ayrı QHT-lər, ekspertlər, digər aidiyyatı mütəxəssislər tərəfindən də müəyyən fikirlər səsləndirilmiş,  konkret təkliflər irəli sürülmüşdü. Bir də ki, Gənclər Fondu, "Bilik" Fondu, Medianın İnkişafı Fondu, Elm Fondu, Maarifçi Tələbə Kredit Fondu  və s. fondlar  olduğu halda, niyə Təhsilin İnkişafı Fondu olmasın...? Təqdiredici haldır ki, nəhayət gözlənilən ideya gerçəkləşdi.”

N.İsrafilov vurğuladı ki,  yeni yaradılan Fond təhsilimizin inkişafına öz layiqli töhfəsini verəcək, aşkarlıq və şəffaflıq prinsipini rəhbər tutaraq, təhsilə əlçatanlığın təmin edilməsinə, imkansız ailələrə təhsil kreditinin ayrılmasına, ayrı-ayrı layihələrin və tədqiqatların maliyyələşdirilməsinə, xüsusilə regionlarda yerləşən təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, yaradıcı müəllimlərin və gənc istedadların stimullaşdırılmasına dəstəkçi olacaq. Elm və təhsilin vəhdətinin təmin edilməsi baxımından, "Təhsilsiz elm, elmsiz təhsil yoxdur” prinsipini nəzərə alaraq, çevikliyi və mobilliyi təmin etmək üçün elm və  təhsil sahəsində yaradılan digər fondların da vahid mərkəzdən koordinasiya olunması arzuolunandır.

Təhsilə kənardan investisiyalar cəlb ediləcək

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov isə vurğuladı ki, bu fond  birbaşa təhsilə kənardan investisiyaların  cəlb olunması,  təhsillə bağlı müxtəlif layihələr həyata keçirilməsinə zəmin yaradacaq.  Beləliklə, bu, təhsilin inkişafına  birbaşa dəstək göstərən fond olacaq: "Hesab edirəm ki, bu, ölkəmizdə təhsilə dövlət  tərəfindən dəstəyin  növbəti nümunəsidir. Bilirsiniz ki, Heydər Əliyev Fondu tərəfindən  Azərbaycanın  bütün bölgələrində kompleks məktəb infrastrukturunun yenilənməsi işi gedir. Ən müasir tələblərə cavab verən, modern standartlar çərçivəsində  məktəb kompleksləri inşa olunmaqdadır. Uzun müddətdir ki, Azərbaycanda dövlət büdcəsi hesabına bu proses davam edir. Dövlət büdcəsində ikinci yeri alan təhsil xərcləri  hər zaman büdcədə  artım olduğu təqdirdə mütləq şəkildə artırılır. Hesab edirəm ki,  bu, dövlətin öz gələcəyi üçün təhsilə münasibətini göstərən faktordur. Cənab Prezidentin  bu istiqamətdə imzaladığı sonuncu Fərman təhsilə əlavə investisiyaların cəlb olunmasına  böyük  önəm verəcək.” 

Fond azad olunmuş ərazilərimizdə məktəb infrastrukturunun yenilənməsi istiqamətində də işlər görəcək

İ.Orucov qeyd etdi ki, çox yaxın illərdə Azərbaycanı nəinki bölgədə, eyni zamanda, Şərqi Avropada təhsilə ən çox investisiya yatıran və təhsiltutumlu ölkə olaraq görəcəyik: "Bildiyiniz kimi, təhsilə qoyulan investisiya birbaşa  dövlətin gələcəyinə, onun güclənməsinə, dayanıqlı inkişafının  təmin olunmasına  yönələn yatırımdır. Hesab edirəm ki, təhsilə əlavə vəsaitlərin cəlb olunması məsələsi olduqca vacibdir. Azərbaycanda quruculuq istiqamətində ciddi işlər gedir. İşğaldan azad olunmuş torpaqların bərpası, eyni zamanda, həmin ərazilərdə  təhsil infrastrukturunun ən müasir tələblərə  cavab verən səviyyədə qurulması prioritetdədir. Təhsilin İnkişafı Fondunun fəaliyyəti ilə  işğaldan azad olunmuş ərazilərimizin məktəb infrastrukturunun yenilənməsi istiqamətində də müvafiq işlərinin görülməsinin şahidi olacağıq. Bu Fondun yaradılması təhsilin bütün pillələrində yenilənməni reallaşdıracaq".

Əslində, bu fond illər öncə yaradılmalı idi. Amma…

Təhsil eksperti Kamran Əsədov "İki sahil”ə açıqlamasında bildirdi ki, əslində, bu fondun yaradılması 2013-cü ildə qəbul edilmiş "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında” nəzərdə tutulmuşdu, amma nədənsə yaddan çıxmışdı. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələbləri Azərbaycan təhsilində dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modelinin qurulması ilə bağlıdır. Bununla yanaşı qeyd olunurdu ki, təhsilin maliyyələşməsi, əlçatanlığın təmin edilməsi üçün fond yaradılmalıdır. Yəni, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əməl edilsəydi, Azərbaycan təhsili bir neçə il sonra dünyanın ən etibarlı, ən güclü təhsil sisteminə çevrilə bilərdi. 

Təhsilin maliyyələşdirilmə mexanizminin təkmilləşməsinə ehtiyac var

K.Əsədov vurğuladı ki, hazırda təhsilin maliyyələşdirilmə mexanizminin təkmilləşməsinə ehtiyac var: "Ona görə də təhsil müəssisələrində adambaşı maliyyələşdirmə artıq başlamalıdır. Eyni zamanda, ödənişli təhsil xidmətləri dəstəklənməlidir.

Bunun üçün Təhsilin İnkişaf Fondunun yaradılması müasir təhsil sisteminin tələbidir. Beləliklə, qabaqcıl təhsil sisteminə əsaslanan strateji istiqamətdə səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının yaradılmasını müasirləşdirmək, səmərəli, şəffaf, cavabdeh idarəetmə mexanizmlərini yaratmaq, təhsildə müasir tələblərə uyğun infrastruktur qurmaq, dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modelini formalaşdırmaq əsas hədəf kimi götürülür. Bununla yanaşı, Təhsilin İnkişafı Fondu dövlət orta və ali təhsili müəssisələrinin büdcədənkənar gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin edəcək və peşə təhsilinin inkişafında maliyyələşmə mexanizmi rolunu oynayacaq.”

Təhsil sahəsində bu qədər fonda ehtiyac varmı?

Müsahibimiz bildirdi ki, təhsil sektorunda bir sıra fondlar var: "17 iyun 2021-ci il tarixində Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb. 18 avqust 2020-ci ildə Təhsil Nazirliyinin tabeliyində Peşə Təhsilinin İnkişafı Fondu yaradılıb. Elmin İnkişafı Fondu, Azərbaycan Gənclər Fondu, Maarifçi Kredit Fondu yaradılıb. Hesab edirəm ki, bu qədər fonda ehtiyac yoxdur. Çünki bu qədər qurumun idarə edilməsi, hesabatları, şəffaf nəzarət mexanizminin təşkili çətindir. Eyni zamanda, bu qədər çox fondun olması fəaliyyət mobilliyini aşağı salır. Digər tərəfdən, bu daha peşəkar mütəxəssislərin ayrı-ayrı yerlərdə çalışmasına gətirib çıxarır. Təklif edirəm ki, bu qədər fond elə bir fond adı altında fəaliyyət göstərsin və ən yaxşı mütəxəssislər tərəfindən idarəetmə sistemi təşkil edilsin. Çünki bu, dünya təcrübəsində də belədir". 

Həmsöhbətimiz xatırlatdı ki, yaradılan fonda böyük ümidlər bəsləyir: "Təhsilin maliyyələşdirilməsi sahəsində ciddi problemlər mövcuddur. Təhsilin kreditləşməsi, imkansız ailələrə təhsil kreditinin verilməsində problem yaşayırıq. İnanıram ki, yaradılan fond qeyd etdiyim problemlərin həllində mühüm rol oynayacaq. Fond öz fəaliyyətini əsasən bölgələrdə qurmalıdır. Bu istiqamətdə fəaliyyət zamanı dünya təcrübəsinə əsaslanmalıyıq. Yəni, tək təhsil alanların təhsil haqqını maliyyələşdirməməliyik. Həmçinin, tədqiqatları da maliyyələşdirmək lazımdır.”

Fondun maliyyə imkanlarından düzgün istifadə olunsa...

Təhsil eksperti Elçin Əfəndi isə bildirdi ki, Təhsilin İnkişaf Fondundan və onun maliyyə imkanlarından düzgün istifadə olunsa, bu, təhsilin inkişafı üçün təkan olacaq: "Fond büdcə qrantları ilə yanaşı sahibkarlıq fəaliyyəti, müxtəlif ianələ hesabına formalaşacaq. Həmin büdcədən isə təhsil layihələrinin həyata keçirilməsi üçün istifadə olunacaq. Bu vəsaitlərdən əsasən təhsil haqqı yüksək olan tələbələrə müvafiq kreditin ayrılması və ya həmin tələbələrə müəyyən güzəştlərin olması və s. kimi  işlərdə istifadə etmək mümkündür. Tələbələrimizə Fondun vəsaiti hesabına xaric ölkələrin universitetlərində təhsil almaq imkanı yaradılsaydı, çox yaxşı olardı".



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda Təhsilin İnkişafı Fondu yaradıldı – FƏRMAN

Azərbaycanda Təhsilin İnkişafı Fondu yaradıldı – FƏRMAN

Azərbaycanda təhsil tələbə krediti veriləcək - Fond yaradıldı

Azərbaycanda təhsil tələbə krediti veriləcək - Fond yaradıldı

Peşə təhsili ilə bağlı daha bir YENİLİK - Fond yaradılır

Peşə təhsili ilə bağlı daha bir YENİLİK - Fond yaradılır

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Azərbaycanda yeni fond yaradılıb– FƏRMAN

Azərbaycanda yeni fond yaradılıb– FƏRMAN

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Təhsil Tələbə Krediti Fondu – Əsas məqamlar

Təhsil Tələbə Krediti Fondu – Əsas məqamlar

Məktəblər şagird sayına görə maliyyələşdiriləcək

Məktəblər şagird sayına görə maliyyələşdiriləcək

Bakıda orta məktəblər pullu olacaq? (YENİLƏNİB)

Bakıda orta məktəblər pullu olacaq? (YENİLƏNİB)

Təhsil İdarəsi: Məktəblərin ödənişli olmasından söhbət getmir

Təhsil İdarəsi: Məktəblərin ödənişli olmasından söhbət getmir

“Qarabağ Dirçəliş Fondu” yaradıldı - FƏRMAN

“Qarabağ Dirçəliş Fondu” yaradıldı - FƏRMAN

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

Nadir İsrafilov: “Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti öz müsbət nəticələrini göstərəcək…”

Nadir İsrafilov: “Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti öz müsbət nəticələrini göstərəcək…”

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

Firudin Qurbanov: “Azad edilmiş ərazilərdə təhsilin təşkili ilə bağlı planlar hazırlanmalıdır”

Firudin Qurbanov: “Azad edilmiş ərazilərdə təhsilin təşkili ilə bağlı planlar hazırlanmalıdır”

“Ali təhsil haqqında” qanun layihəsinə bununla bağlı konkret maddənin salınması zəruridir.

“Ali təhsil haqqında” qanun layihəsinə bununla bağlı konkret maddənin salınması zəruridir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılır

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılır

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Yeni tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditləri faizsiz veriləcək

Yeni tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditləri faizsiz veriləcək

Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib

Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə

Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə

Magistrlar kredit ala biləcək- DİQQƏT

Magistrlar kredit ala biləcək- DİQQƏT

Qrant almaq istəyən alimlər üçün yenilik...

Qrant almaq istəyən alimlər üçün yenilik...