AzTehsil.com


Xəbərlər
17 iyun 2021
1 310


Azərbaycanda təhsil tələbə krediti veriləcək - Fond yaradıldı



 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Fərmana əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində "Təhsil Tələbə Krediti Fondu” yaradılır. 

Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsidir. 

Sənədə görə, təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır.

Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən yeddi üzvdən ibarət Himayəçilik Şurası yaradılır. 

Fondun fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Fondun fəaliyyətinin əsas məqsədi təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir. Fond əhaliyə birbaşa təhsil tələbə kreditlərinin verilməsi ilə məşğul olmur.

Fondun aşağıdakı hüquqları vardır:

- fəaliyyətinin məqsədinə aid məsələlərlə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanmasına dair təkliflər vermək;

- müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

- beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxsləri ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

- fəaliyyətinin məqsədinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

- dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

- fəaliyyətinin məqsədinə aid məsələlərlə bağlı analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq və təkliflər vermək;

- fəaliyyət məqsədinə uyğun olaraq konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

- bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Fondun nizamnamə kapitalının məbləği 80 milyon manatdır.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda yeni fond yaradılıb– FƏRMAN

Azərbaycanda yeni fond yaradılıb– FƏRMAN

“Qarabağ Dirçəliş Fondu” yaradıldı - FƏRMAN

“Qarabağ Dirçəliş Fondu” yaradıldı - FƏRMAN

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında  Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə

Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə

Kredit almaq istəyən tələbələrin nəzərinə

Kredit almaq istəyən tələbələrin nəzərinə

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Maarifçi Tələbə Kredit Fondunun elan sessiyasının müddəti uzadılıb

Maarifçi Tələbə Kredit Fondunun elan sessiyasının müddəti uzadılıb

Aztəminatlı əhaliyə veriləcək tələbə kreditlərinin həcmi bilindi - RƏSMİ

Aztəminatlı əhaliyə veriləcək tələbə kreditlərinin həcmi bilindi - RƏSMİ

Azərbaycan Dillər Universiteti yenidən təşkil edilir

Azərbaycan Dillər Universiteti yenidən təşkil edilir

Müəllimlərə güzəştli ipoteka krediti verilsin

Müəllimlərə güzəştli ipoteka krediti verilsin

Mikayıl Cabbarov Azərbaycan təhsili üçün nə etdi?

Mikayıl Cabbarov Azərbaycan təhsili üçün nə etdi?

Prezident Təhsil nazirinə yeni səlahiyyətlər verdi — FƏRMAN

Prezident Təhsil nazirinə yeni səlahiyyətlər verdi — FƏRMAN

Azərbaycanda yeni ali məktəb yaradılır

Azərbaycanda yeni ali məktəb yaradılır

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Nadir İsrafilov: “Təhsil Nazirliyi yanında İctima Şura cəmiyyətə açıqdır və maraqlı tərəflərlə dialoqa hazırdır”

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

Müəllimlərə ipoeteka krediti veriləcək-FƏRMAN

Müəllimlərə ipoeteka krediti veriləcək-FƏRMAN

Təhsil haqqını verə bilməyən tələbələrə - Şad xəbər

Təhsil haqqını verə bilməyən tələbələrə - Şad xəbər

İlham Əliyev çox vacib FƏRMAN imzaladı-RƏSMİ

İlham Əliyev çox vacib FƏRMAN imzaladı-RƏSMİ

Magistrlar kredit ala biləcək- DİQQƏT

Magistrlar kredit ala biləcək- DİQQƏT

İlham Əliyev təhsillə bağlı sərəncam verdi

İlham Əliyev təhsillə bağlı sərəncam verdi

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılır

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılır

Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi

Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi