AzTehsil.com


Xəbərlər
01 mart 2018
3 014


Mikayıl Cabbarov Azərbaycan təhsili üçün nə etdi?



 

Mikayıl Cabbarov 2013-cü ilin 19 aprelindən 2017-ci ilin 5 dekabrına qədər Azərbaycan Respublikasının təhsil naziri kimi fəaliyyət göstərib.

Təhsil naziri kimi çalışdığı müddət ərzində kifayət qədər vacib addımlar atıb, qərarlar qəbul edib və dəyişikliklər həyata keçirib. 

AzEDU Mikayıl Cabbarovun dördillik fəaliyyətində Azərbaycan təhsilinə gətirdiyi ən yaddaqalan yenilikləri təqdim edir:

- Müəllimlərin Diaqnostik Qiymətləndirilməsi;

Məqsədi:

Müəllimlərin bilik və  bacarıq  səviyyəsinin  test  üsulu  ilə  müəyyənləşdirib  üzə çıxarılması;
Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının,  aylıq  vəzifə maaşlarının  artırılmasının  və  maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi;
Nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi;
-Təhsildə bütün vəzifələrə işə qəbulun müsabiqə əsasında aparılması;
-Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin müsabiqə əsasında həyata keçirilməsi;
-Məktəb direktorlarının seçiminin müsabiqə əsasında aparılması;

-Olimpiada Hazırlıq Mərkəzlərinin yaradılması;

Məqsədi:

Aşağı sinif şagirdləri arasından istedadlı şagirdlərin aşkar edilməsi, şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, istedadı və hazırlğı ilə seçilən şagirdlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şəraitin yaradılması, beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizəd şagirdlərin müəyyən edilməsi

-İlk Peşə-İxtisas Təhsili üzrə Dövlət Agentliyinin yaradılması;

Agentlik Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 20 aprel 2016-cı il tarixli 869 nömrəli  Fərmanına əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə yaradılıb və həmin Agentliyin Əsasnaməsi təsdiq olunub.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi  ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanıdır.

- Tələbə Kredit Fondunun yaradılması;

"Maarifçi" Tələbə Kredit Fondu Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələri tərəfindən təsis edilib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 14.10.2015 - ci il tarixində qeyri-hökumət təşkilatı kimi dövlət qeydiyyatına alınıb.

Fondun missiyası:

"Maarifçi Tələbə Kredit” Fondu tələbələr üçün yaradılmış fonddur. Fondun missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

- Məktəbəqədər Hazırlıq Qruplarının dövlət hesabına təşkili;

- Tələbələrin yerdəyişməsi və köçürülməsinin elektron sistem əsasında həyata keçirilməsi;

Məqsədi:

Tələbə köçürülməsində şəffaflığın, rahatlığın və sadələşmiş prosedurun yaradılmasıdır. İndi tələbə rahat şəkildə bir universitetdən digərinə və ya bir ixtisasdan başqasına köçürülmək istəyirsə, bunun üçün sadəcə, elektron şəkildə məlumatlarını daxil edərək istəyini reallaşdıra bilər.

Əsas hədəf müraciət edənlə məmur arasında birbaşa ünsiyyət olmadan məsələnin həllini tapmasıdır.

- 2015-ci ilin dekabrında alimlərin xüsusi imkanların yaradılması ilə bağlı Təhsil Nazirliyi ilə "ThomsonReuters” arasında müqavilə imzalanması;

Təhsil Nazirliyinin "Thomson Reuters” şirkətinin elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi ilə imzaladığı müqaviləyə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi dünyada məşhur elmi istinad indeksi olan "Thomson Reuters Web of Science” platformasına çıxış əldə etmək imkanı qazanıb. Bununla yanaşı, AMEA-nın alimləri də bu platformadan istifadə edirlər. Həmin bazaya çıxış beynəlxalq elmi dairələrdə tanınmaq və qlobal universitet reytinqlərində yüksəlmək imkanı verir.

Dünyanın ən tanınmış elmi-analitik informasiya təminatçısı olan "ThomsonReuters” şirkəti ilə əməkdaşlıq rəqabətəqabil insan kapitalının hazırlanması siyasətinə əsaslanır və ölkənin inkişaf konsepsiyasına dəstək göstərilməsi məqsədi daşıyır.

- Bir neçə özəl məktəbin fəaliyyətinin dayandırılması (Təfəkkür Universiteti, Bakı Asiya Universiteti), bəzilərinin birləşdirilməsi (Qafqaz Universitetinin Azərbaycan Mühəndislik Universitetinə);

- Məktəblərdə İş dəftərlərinin istifadəsində məcburiliyin aradan qaldırılması;

- Birinci sinfə və Məktəbəhazırlıq Qruplarına elektron qəbulun tətbiqi;

- Məktəblərdə müasir hərbi kabinetlərin yaradılması;

- Şagirdlərin mütaliə vərdişlərinin artırılması istiqamətində davamlı layihələr;

- SABAH qruplarının yaradılması;

- Startap layihələrinin həyata keçirilməsi üçün dəstək verilməsi, ümumi təhsil və ali məktəblərdə bunun üçün şəraitin yaradılması;

- Şagird və tələbələrin könüllülük proqramlarına qoşulması;

- Məktəbli və tələbələrin idman nailiyyətləri (yerli və beynəlxalq);

Qeyd edək ki, M.Cabbarov Prezident İlham Əliyevin 5 dekabr 2017-ci ild tarixli sərəncamı ilə vergilər naziri vəzifəsinə təyin edilib.

Nəzrin Rüstəmova 
anews.az//



Загрузка...
Həmçinin oxuyun:
Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə

Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Mikayıl Cabbarovun qazandığı etimadın sirri...

Mikayıl Cabbarovun qazandığı etimadın sirri...

Bu il müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulacaq

Bu il müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulacaq

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Müəllimlərin maaşları müəyyənləşdi

Müəllimlərin maaşları müəyyənləşdi

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması QAYDALARI

İlham Əliyev müəllimlərin əməkhaqqı ilə bağlı sərəncam verdi

İlham Əliyev müəllimlərin əməkhaqqı ilə bağlı sərəncam verdi

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

Bakıda ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar üçün mentorluq proqramı təşkil ediləcək

Bakıda ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar üçün mentorluq proqramı təşkil ediləcək

Daha iki şəhərdə “ASAN peşə” təhsil mərkəzləri yaradılır

Daha iki şəhərdə “ASAN peşə” təhsil mərkəzləri yaradılır

Müəllimlərin maaşı 2 DƏFƏ ARTIRILDI - SƏRƏNCAM

Müəllimlərin maaşı 2 DƏFƏ ARTIRILDI - SƏRƏNCAM

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Yeni tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditləri faizsiz veriləcək

Yeni tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditləri faizsiz veriləcək

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi iclasda vacib məqamlara toxunaraq məruzə edib

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi iclasda vacib məqamlara toxunaraq məruzə edib

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Təhsil naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı

Təhsil naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

Birləşdirilən peşə təhsili müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Birləşdirilən peşə təhsili müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək  Böyüt

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək Böyüt

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI