AzTehsil.com
RU


Xəbərlər
06 dekabr 2017
3 301


Mikayıl Cabbarovun qazandığı etimadın sirri...



Azərbaycan Prezidentinin 2013-cü il 19 aprel tarixli sərəncamı ilə təhsil naziri təyin edilmiş Mikayıl Cabbarov bu vəzifədə çalışdığı illər ərzində təhsilin keyfiyyətinin yüksəldilməsi, onun məzmununun yenilənməsi üçün bir çox işlər görüb.


Bu müddət ərzində görülən ən əsas işlərdən biri müəllimlərin fəaliyyətinin stimullaşdırılması sahəsində həyata keçirilən tədbirlər - ilk dəfə olaraq, onların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması olub. Bu qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb. Bu proses müəllimlərin rifahının yüksəldilməsinə xidmət etməklə yanaşı, onların bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsinə, zəif müəllimləri müəyyən etməyə də imkan verib.


Ötən müddət ərzində müəllim peşəsinin ictimai statusunun artırılması istiqamətində də işlər aparılıb. Bu siyasət ölkədə daha bilikli və hazırlıqlı insanların müəllim peşəsini seçməsinə stimul yaradıb. Həyata keçirilən məqsədyönlü tədbirlər yüksək nəticə göstərən abituriyentlərdə müəllim peşəsinə marağı əhəmiyyətli şəkildə artırıb. Yalnız 2017-2018-ci tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında 500-dən çox bal toplamış 1359 nəfər müəllimlik ixtisasını seçib ki, bu da böyük nailiyyət sayıla bilər.


Təhsilin keyfiyyətinin yüksəldilməsi nəticəsində son illər ərzində ali məktəblərə qəbul imtahanı zamanı müsabiqə şərtlərini ödəyən abituriyentlərin də sayı artıb. Son 4 ildə 300-dən çox bal toplayan abituriyentlərin sayı 15.8 faizi, 400 baldan çox - 18.8 faiz, 500 baldan çox - 27.6 faiz, 600-dən çox bal toplayanların sayı isə 43.3 faiz artıb. Bu isə ali təhsil müəssisələrinə qəbul olunanların orta bal göstəricisinin artmasına gətirib. Müsbət dinamika bütün ixtisas qrupları üzrə müşahidə olunur.


Ötən illər ərzində yerlərdə regional təhsil idarələrinin yaradılması da təhsilin inkişafına xidmət edən addımlardan biri olub. Prezident İlham Əliyevin 24 iyul 2014-cü il tarixli "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" sərəncamına əsasən, regional təhsil idarələrinin yaradılması təkcə ümumi təhsilin idarəetmə strukturunun optimallaşdırılması yönündə deyil, eləcə də digər təhsil pillələrinin inkişafı üçün yerlərdə zəruri imkanların formalaşdırılmasında böyük əhəmiyyətə malik olacaq.


M.Cabbarovun təhsil naziri olduğu müddətdə ölkədə 5 yaşlıların məktəbəhazırlıq qruplarına cəlbi sahəsində də əhəmiyyətli addımlar atılıb. Orta məktəblərdə dövlət hesabına məktəbəhazırlıq qruplarının yaradılması məktəbəhazırlıq təhsilinə cəlb edilən uşaqların sayının xeyli artmasına yardım edib. Qeyd edək ki, əvvəllər 5 yaşlılar məktəbə hazırlıq təhsilinə ödənişli əsaslarla cəlb edilirdilər.


Aparılan islahatlar nəticəsində dövlət hesabına məktəbəhazırlıq qrupları ilk dəfə olaraq, 2016-2017-ci tədris ilində Bakı şəhərindəki dövlət ümumi təhsil məktəblərində fəaliyyətə başlayıb. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasıdır. Məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar tədris vəsaitləri ilə dövlət hesabına təmin edilib.


Ölkədə iqtisadiyyatın və əmək bazarının dəyişən tələblərinə cavab vermək üçün peşə təhsili də prioritet sahə elan edilib, müasir tələblərə cavab verən və ölkənin reallıqlarına uyğun peşə təhsilinin qurulması ölkənin təhsil sistemində hədəf istiqamət kimi qəbul edilib. İslahatlların uğurlu icrasını təmin etmək üçün Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb.

 

Bununla yanaşı, işəgötürənlərin peşə təhsilinə inteqrasiyasını sürətləndirmək məqsədilə maraqlı tərəflərin bu işə cəlb edilməsi, onların öhdəlik və maraqlarının müəyyən edilməsi üzrə məsləhətləşmələr çərçivəsində ölkədə ilk dəfə peşə təhsili haqqında qanun layihəsinin ilkin versiyası Milli Məclisin Elm və təhsil komitəsində hazırlanıb.


Ötən müddətdə ən üzdə olan yeniliklərindən və həm də tətbiqinə qədər ictimaiyyət tərəfindən xeyli müzakirəyə səbəb olan məsələlərindən biri orta məktəblərdə tədris ilinin müddətinin uzadılması ilə bağlı olub. Dərs ilinin uzadılması təklifi qaldırılarkən bu, bir çoxları tərəfindən narazılıqla qarşılansa da, 2016-cı ildə dərs ili ərzindəki tədris həftələrinin sayının artırılaraq orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılması barədə qərar verildi.

 

Əsas səbəb kimi isə bu göstərildi ki, məktəblərdə dərs günlərinin sayının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradırdı, xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olurdu. Bütün bunlar təhsilalanların sağlamlığına mənfi təsir göstərirdi. Tədris həftəsinin müddətinin uzadılması isə şagirdlərin təlim yükünün azaldılmasına, onların proqram materiallarını səmərəli mənimsəməsi üçün əlverişli təhsil mühitinin yaradılmasına kömək edəcək.


Ötən müddətdə ilk dəfə olaraq, IX sinfi bitirən məzunlara şəhadətnamə deyil, attestat verilməsi və eyni zamanda, məzunlara verilən attestatların fərqləndirilməsi barədə qərar verildi. Yeni redaksiyada təsdiq olunmuş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"na görə, 2016-2017-ci tədris ilinin sonundan başlayaraq, ümumi orta təhsil səviyyəsini bitirənlərə adi və ya fərqlənmə, tam orta təhsil səviyyəsini bitirən məzunlara isə adi, fərqlənmə və ya xüsusi nümunəli attestatlar verilir.


Son dövrün ən əsas yeniliklərindən biri isə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin (DİM) təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli ilə bağlı açıqlanan qərar olub. 2019-cu ildə tətbiqi nəzərdə tutulan bu modelə əsasən, ümumi (9 illik) orta təhsil bazasında ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının yenə də iki mərhələdə, lakin 3 fənn üzrə keçirilməsi nəzərdə tutulur. Hər iki mərhələdə şagirdlərin bilikləri tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qiymətləndiriləcək.


Mikayıl Cabbarovun ABŞ-ın Pasifik Universitetinin "McGeorge" hüquq məktəbində hüquq təhsili aldıqdan sonra 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alması nazirin iqtisadiyyat sahəsində də səmərəli fəaliyyət göstərməsinə səbəb olub. Belə ki, Mikayıl Cabbarov 2002-2003-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.

 

Azərbaycan Prezidentinin 2004-cü il 20 fevral tarixli sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilib. Həmin vəzifədə işlədiyi dövrdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, xarici iqtisadi əlaqələr, xarici investisiya siyasəti, beynəlxalq arbitrajlarda hüquqi məsələləri və korporativ idarəetmə kimi fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirib.


Mikayıl Cabbarovun təhsil naziri kimi apardığı uğurlu islahatların özünü doğrultmasını, eləcə də iqtisadiyyat sahəsində səmərəli fəaliyyətinin nəticəsidir ki, bu postdan sonra ona yeni bir sahə - vergilər sahəsi həvalə edildi. İqtisadiyyat sahəsində topladığı zəngin təcrübə Mikayıl Cabbarovun vergilər sahəsində də uğurla fəaliyyət göstərəcəyini, dövlət başçısının etimadını doğruldacağını deməyə əsas verir.




Загрузка...
Həmçinin oxuyun:
Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

500-dən çox bal toplamış 1359 nəfər müəllimlik ixtisasını seçib

500-dən çox bal toplamış 1359 nəfər müəllimlik ixtisasını seçib

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi iclasda vacib məqamlara toxunaraq məruzə edib

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi iclasda vacib məqamlara toxunaraq məruzə edib

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Azərbaycanda müəllimlərə ŞAD XƏBƏR

Azərbaycanda müəllimlərə ŞAD XƏBƏR

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət qurumları ilə iş aparıla bilər

Təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət qurumları ilə iş aparıla bilər

Avqustun 15-dən bölgələrdə məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılacaq

Avqustun 15-dən bölgələrdə məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılacaq

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

Məktəblərdə bu il üçün gözlənilən yeniliyə - START VERİLDİ

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında   fərqlənmə attestatlarının verilməsi   Qaydası

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Təhsil Nazirliyi: Son dörd ildə Azərbaycanda tələbə adı qazananların sayı 11,6% artıb

Təhsil Nazirliyi: Son dörd ildə Azərbaycanda tələbə adı qazananların sayı 11,6% artıb

Mikayıl Cabbarov yeni əmr imzaladı

Mikayıl Cabbarov yeni əmr imzaladı

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

Bu il müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulacaq

Bu il müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulacaq

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Təhsil naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı

Təhsil naziri Mikayıl Cabbarovun Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı