AzTehsil.com


Xəbərlər / İlk peşə təhsili
29 dekabr 2017
2 918


Azərbaycanda peşə təhsilinə maraq artır



Bu il peşə təhsili sahəsində də bir sıra işlər görülüb.


Aztəhsil.com modern.az-a istinadən 2017-ci ildə peşə təhsili sahəsində əldə edilən nailiyyətləri təqdim edir.


Bu il Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyəti təşkil olunub.


Agentliyin strukturu formalaşıb, kadr təminatı həyata keçirilib, Bakı ş.,N.Hacıyev 4 ünvanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin inzibati binası istifadəyə verilib.


"Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrasına başlanılıb.


Strateji Yol Xəritəsinin icrasının təşkili məqsədi ilə Fəaliyyət Planı təsdiq edilib,6 prioritet istiqamət əhatə olunmaqla icraçı qurumlarınnümayəndələrindən ibarət 5 işçi qrupu yaradılıb. "Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri”(7 sahə üzrə 51 göstərici) təsdiq edilib. İqtisadiyyatın prioritet istiqamətləri üzrə 10 pilot peşə təhsili müəssisəsi seçilib. 1500-ə yaxın müəllim-pedoqoji heyətin diaqnostik qiymətləndirməsi keçirilib.


İlk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı 20950 nəfərə çatdırılıb.


2017-2018-ci dərs ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı 20950 nəfər təşkil edib və tam yerinə yetirilib. Bu, 2016-2017-ci dərs ili ilə müqayisədə 2130 nəfər çoxdur. Bu dərs ilində ölkədə fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinə 11600 nəfər dövlət hesabına, 9350 nəfər ödənişli əsaslarla qəbul olunub.


Yeni ixtisaslar üzrə kadr hazırlığına başlanılıb.


Əmək bazarının dəyişən tələbləri nəzərə alınmaqla, əsasən əlavə dəyər yaradan22 yeni ixtisas üzrə şagird qəbulu həyata keçirilib və tədris təşkil olunub.


"ASAN Peşə” layihəsi üzrə 11684 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.


"ASAN Peşə” layihəsi üzrə elektron sənəd qəbulu vasitəsilə 11684 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Qəbul edilənlərin 20 faizinin orta attestat balı "4”-dən yuxarı olub. Ümumilikdə, sənəd qəbulunda iştirak edənlər arasında attestat qiymətləri "4” və ya "5” olanların sayı ötən illə müqayisədə 3 dəfə artıb.


İlk peşə-ixtisas təhsili müəssisələrinin normativ-hüquqi bazası təkmilləşdirilib.


İlk dəfə olaraq "Peşə təhsili haqqında” qanun layihəsi hazırlanıb və Milli Məclisin Elm və Təhsil Komitəsində müzakirə edilib. "Peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili Qaydaları”nın layihəsi hazırlanıb. "Dövlət və bələdiyyə tərəfindən yaradılan ilk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin layihəsi hazırlanıb.


Peşə təhsili müəssisələrinin mövcud vəziyyəti araşdırılıb, optimallaşdırma tədbirləri həyata keçirilib.


Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən ölkədə fəaliyyət göstərən bütün dövlət peşə təhsili müəssisələrindəmonitorinqlər keçirilmiş, mövcud vəziyyət araşdırılmış, infrastruktur,  maddi-texniki baza, tədrisin keyfiyyəti qiymətləndirilmişdir. Nazirlər Kabinetinin 2017-ci il 5 iyun tarixli 250 nömrəli Qərarı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb və 16 oktyabr 2017-ci il tarixində yeni inzibati binası istifadəyə verilib.Almaniya Federativ Respublikasının Kənd Təsərrüfatı, Qida və Ətraf Mühit Nazirliyinin dəstəyi ilə həyata keçirilmiş "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin möhkəmləndirilməsi”  Tvininq Layihəsi çərçivəsində Qəbələ Regional Peşə Təhsil Mərkəzində kənd təsərrüfatı sahəsində 7 ixtisas üzrənəticəyönümlü, modul strukturlu kurikulumlar hazırlanıb. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) çərçivəsində 20  modul,  BP şirkətinin maliyyə dəstəyi ilə Britaniya Şurası tərəfindən 12  modul olmaqla 32 modul hazırlanıb.  Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən Qəbələ Peşə Təhsil Mərkəzində çalışan mühəndis-pedaqoji heyət üçün idarəetmə və pedaqogika üzrə təlimlər təşkil edilib.


İşəgötürənlərlə əməkdaşlıq qurulub.


Peşə Təhsili üzrə Dövlət Agentliyi və peşə təhsili müəssisələri ilə işəgötürənlər ("MİDA” MMC, "GilanAgriculturalGroup” MMC, "NormCement” MMC, Bakı Tekstil Fabriki, "Yaşıl çay” MMC, "Zəhmət-ruzi” MMC və s.) arasında Əməkdaşlıq Memorandumları imzalanıb.


Peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq genişlənib.


"Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin və Avropa İttifaqının 4 qrant layihəsinin icrasına başlanılıb. Peşə Təhsili üzrə Dövlət Agentliyi və  Peşə Təhsili və Təlimi üzrə Koreya Tədqiqat İnstitutu (KRİVET) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Çin Xalq Respublikasından qrant vəsaitləri hesabına 70 adda 168 ədəd müxtəlif təyinatlı simulyatorlar, təlim və tədris vəsaitlərigətirilib.




Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur

Peşə məktəblərində təhsil almaq üçün 2000-dən çox şagird qeydiyyatdan keçib

Peşə məktəblərində təhsil almaq üçün 2000-dən çox şagird qeydiyyatdan keçib

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Peşə-ixtisas məktəblərinin müəllimləri də diaqnostik qiymətləndirmədən keçəcək

Peşə məktəblərində təhsil almaq 9000 nəfər qeydiyyatdan keçib

Peşə məktəblərində təhsil almaq 9000 nəfər qeydiyyatdan keçib

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

"Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” təsdiqlənib

"Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” təsdiqlənib

Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq

Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Peşə məktəblərində şagirdlərə xüsusi geyim formaları veriləcək

Peşə məktəblərində şagirdlərə xüsusi geyim formaları veriləcək

Peşə təhsili ilə bağlı daha bir YENİLİK - Fond yaradılır

Peşə təhsili ilə bağlı daha bir YENİLİK - Fond yaradılır